12 may 11:05olke

Kubokun final oyununa bilet satılmayacaq

Kubokun final oyununa bilet satılmayacaq
Azarkeşləri konsert proqramı gözləyir
Premyer-liqada mövsümü artıq bitmiş saymaq olar. Düzdü, çempionatın bir turu hələ qarşıdadı. Ancaq əsas sual doğuran məqamlar bilinir: istər çempion, istər medalçılar, istərsə də elitanı kimin tərk edəcəyi. Bu üzdən 28-ci tur formal xarakter daşıyır. Lakin ümumilikdə mövsüm yekunlaşmayıb. Çünki daha bir önəmli matç – kubokun finalı bizi gözləyir. Mayın 19-da reallaşacaq həmin dueldə “Qəbələ” ilə “Sumqayıt” üz-üzə gələcək. Hər iki komanda tarixində ilk titulunu qazanmaq istəyir. Bundan başqa, qalib həm də Avroliqaya sonuncu vəsiqəyə yiyələnmiş olacaq. Bu üzdən “ikinci cəbhə”nin həlledici matçında ölüm-qalım savaşı olacağını proqnozlaşdırmaq mümkündü.
Məlum olduğu kimi, final görüşü Naxçıvan Muxtar Respublika stadionunda keçiriləcək. Hansı ki, bu stadion 12800 azarkeş tutumuna malikdi. Ötən saylarımızdan birində finalçı klubların Muxtar Respublikaya nə qədər azarkeş aparacağı ilə maraqlanmışdıq. Aydın məsələdi ki, Qəbələ və Sumqayıtdan gedən futbolsevərlər stadionun çox az hissəsini dolduracaq. Yerli azarkeşlər üstünlük təşkil edəcək. Bəs görəsən, oyuna bilet satışı necə tənzimlənəcək? Qəbələdə, Sumqayıtda və ya Bakıda satış olacaq? Yoxsa klublara müəyyən qədər bilet veriləcək və onlar öz azarkeşlərinə paylayacaq?
Suallara cavab almaq üçün PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə danışdıq: “Bununla bağlı müzakirəmiz olub, amma tam qərar verməmişik. Ola bilər, bilet satışı olmasın. Dediyim kimi, bu hələ yekun qərar deyil. Ancaq apardığımız müzakirələr zamanı bildirilib ki, yaxşı olar, bilet satışı olmasın, stadion tam dolsun. Biletlər finalda oynayan klublar arasında yarı-yarıya bölünmür. Bir hissə birinə, bir hissə isə digərinə verilir. Qalanları yerli sakinlər üçün nəzərdə tutulur. Burda isə bilet satmaq istəmirik. Çünki məqsəd qazanc əldə etmək yox, finalda stadionun dolu olması, anşlaq yaşanmasıdı”.
Kubokun finalı futbol bayramıdı. PFL də bunu nəzərə alaraq hər dəfə oyundan öncə konsert proqramı təşkil edir. Elə 2017-ci ildə Naxçıvanda baş tutan finaldan öncə Röya mahnıları ilə azarkeşlərin könlünü oxşamağa çalışmışdı. Ötən il Qəbələdə reallaşan qarşılaşmadan öncə isə dünyaca ünlü rumın müğənni Seeya konsert proqramı ilə çıxış etdi. Maraqlıdı, bu dəfə də belə tədbir planlaşdırılıb? Azarkeşlər hansı məşhur müğənninin ifasından feyziyab olacaqlar? Aslan bəyi dinləyək: “Konsert nəzərdə tutulub. Amma detallarla bağlı indidən nəsə deyə bilmərəm. Bu haqda premyer-liqada son tur başa çatandan sonra ətraflı danışmaq olar”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:32 Finalın meydanda görünməyən tərəfləri Bu gün, 20:21 Naxçıvanda üç gün Bu gün, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Bu gün, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Bu gün, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Bu gün, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Bu gün, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Bu gün, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bu gün, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Bu gün, 19:17 Azərbaycan səfirindən sərt sual Bu gün, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Bu gün, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Bu gün, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Bu gün, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar