07 may 20:49olke

EFA ŞRFF-nin təşkil etdiyi turnirin qalibi oldu

EFA ŞRFF-nin təşkil etdiyi turnirin qalibi oldu
Abdulla Məmmədov: “Həmin anı görmək üçün görün neçə il gözləmişik”
Şimal Regional Futbol Federasiyasının (ŞRFF) təşkilatçılığı, AFFA-nın dəstəyi ilə Sumqayıtda keçirilən, Heydər Əliyevin doğum gününə həsr olunmuş turnir dünən başa çatdı. Yarışda yerli klublarla yanaşı, Bakını və Qubanı təmil edənlər də iştirak edirdi. Ümumilikdə 9 komandanın qatıldığı yarışın finalında EFA və “Sabah” üz-üzə gəldi. Daha üstün oyun sərgiləyən EFA 2:0 hesabıyla qalib gələrək turnirin əsas mükafatına sahib çıxdı. Üçüncü yer isə “Sumqayıt”ı eyni hesabla yenən “Əlincə”yə qismət oldu. Bağlanış mərasimindən sonra ŞRFF-nin prezidenti Abdulla Məmmədovla söhbətləşdik. Abdulla bəy öncə turnirlə bağlı fikirlərini bölüşdü.
- Şimal Regional Futbol Federasiyası artıq bir neçə ildi ki, Heydər Əliyevin doğum günü ilə bağlı tunir keçirir. Ənənə halını alan bu yarışda Sumqayıt klubları ilə yanaşı, paytaxt və bölgə təmsilçiləri də iştirak edir. Bu il də istisna olmadı. Turnirdə 2008/09 doğumlu uşaqlar mükafatlar uğrunda mübarizə apardılar. Yarışa 9 komanda qatılmışdı ki, onlar da 3 yarımqrupa bölünmüşdü. İlk pilləni tutan 3 kollektiv və ən yaxşı göstəricilərə malik ikinci yerin sahibi yarımfinalda üz-üzə gəldilər. Bu cür mini turnirlər uşaq futbolunun inkişafına təkan verir. Bildiyiniz kimi, artıq AFFA-nın təşkil etdiyi bütün yaş qrupları üzrə liqalarda çempionat başa çatıb. Yaranmış boşluqda belə yarışlarda iştirak etmək komandaların da işinə yarayır. Əslində turnirdə 11 kollektiv iştirak etməliydi. Təəssüf ki, “Qarabağ” və “Keşlə” son anda yarışa qatılmaqdan imtina etdilər.
- Turnirə qatılanlar arasında “Sabah”, “Zirə”, “Əlincə” klubları ilə yanaşı, Quba təmsilçisi də var idi. Onlar üçün hər gün Sumqayıta gəlib-qayıtmaq çətinlik yaratmadı ki?
- Təklifimizi qəbul edən bütün komandalara təşəkkürümü bildirirəm. Yəqin maraqlı turnir olduğu üçün iştiraka razı olublar. Əslində əlimizdən gələni etməyə çalışdıq ki, iştirakçılar özlərini normal hiss etsinlər, çox əziyyət çəkməsinlər. Özünüz də gördüz ki, təşkilatçılıq yüksək səviyyədə idi. Bu işdə bizə kömək edən AFFA-ya da minnətdarlıq etmək istəyirəm. Assosiasiya müraciətimizi nəzərə alıb turnirə hakimlər briqadası göndərməklə yanaşı, qaliblərə təqdim etmək üçün kubok və diplomlar da hazırlamışdı. Oyunlarda istifadə olunan topları da AFFA göndərib. Ümumiyyətlə, assosiasiya daim ŞRFF-nin keçirdiyi yarışlara diqqət ayırır, lazımi inventarla təmin edir.
- ŞRFF hər il müxtəlif yaş qrupları arasında bir neçə turnir təşkil edir. Bu il belə yarışların davamı gələcək?
- Bu il Sumqayıtın 70 illik yubileyidi. Şəhərimizin yubileyi çərçivəsində silsilə yarışlar planı hazırlamışıq ki, ilin sonuna kimi onları keçirməyi düşünürük. Yeri gəlmişkən, bu turnirlərin keçirilməsində şəhərin Cənclər və İdman İdarəsi də bizə yardımçı olur. 70 illiklə bağlı həm müxtəlif yaş qrupları, həm futzal, həm də veteranlar arasında yarışlar keçiriləcək. Artıq bu yöndə müəyyən addımlar atılır, növbəti turnirə dəvət olunacaq komandaların siyahıları hazırlanır.
- Şəhərin futbol veteranı olmaqla yanaşı, eyni zamanda “Sumqayıt”ın Müşahidə Şurasının sədrisiz. Komandanın ölkə kubokunun finalına yüksəlməsi yəqin ki, həm rəhbər, həm də veteran kimi sizi çox sevindirdi...
- Sumqayıtda futbolun necə sevildiyini deməyim artıq olar. Şəhərimizə gələn istər rəqiblər, istərsə də media nümayəndələri hər dəfə qeyd edirlər ki, belə ab-havada oyun izləmək çox xoşdu. Təəssüf ki, bu günə kimi Sumqayıtı təmsil edən komandaların heç biri geridə qalan illər ərzində heç vaxt nə ölkə kubokunun finalına vəsiqə qazanıb, nə də avrokuboklara qatılıb. Rəhbər işini qoyum bir tərəfə, futbol veteranı, şəhər sakini kimi həmişə buna çox məyus olmuşam. Bu dəfə isə ilkə yaxınıq. “Zirə” ilə matçdan sonra mən də, Telman Salahov da, adını çəkmədəyim başqa veteranlarımız da çox sevindik. “Sevindik” sözü bəlkə də bir qədər yumşaq çıxır, həmin an hansı hissləri keçirdiyimizi dillə ifadə etmək çox çətindi. Həmin anı görmək üçün görün neçə il gözləmişik. Artıq finala vəsiqə rəsmiləşib. Bircə qalıb son nöqtəni qoymaq. İnanıram ki, şəhərimizin yubileyinə ən böyük hədiyyəni də məhz futbolçular edəcək. Səbirsizliklə mayın 19-da Naxçıvanda keçiriləcək həlledici qarşılaşmanı gözləyirik.
- “Sumqayıt”la yanaşı, daha bir komanda yubileyə öz töhfəsini verə bilər. Söhbət Region Liqasının finalına yüksələn “Uğur”dan gedir...
- Mən “Uğur”u qeyd edəcəkdim. Ancaq siz məni qabaqladız (gülür). Təbii ki, “Uğur”un da ardıcıl ikinci dəfə çıxış etdiyi liqada finala yüsəlməsi bizi sevindirir. Bu bir daha onu göstərir ki, Sumqayıt futbol şəhəridi. “Sumqayıt-2”ni və “Uğur”un qadın komandasını da yaddan çıxarmayaq. Elbrus Məmmədovun rəhbərlik etdiyi kollektiv birinci divizionda gümüş medallara sahib çıxdı. Qızlarımız isə ilk dəfə ölkə kubokunun qalibi oldu. Bunlar hamısı qürrələnəsi nəticələrdi. Bir məqama da diqqət yetirməyinizi istərdim. “Uğur” finalda hansı komanda ilə qarşılacaq? Qusar “Şahdağ”ı ilə. Qusar da ŞRFF-nin tərkibindədi. Bu il Region Liqasında bizim federasiyanın tərkibində olan 3 komanda çıxış edirdi. Adını çəkdiklərimlə yanaşı, bir də “Şirvanovka” var idi. Onlardan ikisi mövsümün əsas qarşılaşmasında üz-üzə gəlirsə, deməli, ŞRFF-də həyat davam edir, gördüyümüz işlər bəhrəsini verir. Əsas odu ki, ardıcıl ikinci il də liqanın kuboku başqa yerə yox, məhz şimala gələcək. Fikrimiz var ki, həmin kuboku, ümumiyyətlə, heç kimə verməyək (gülür).
- Siz həm də “bəxtiqara” Mehdi Hüseynzadə adına stadionun direktor müavinisiz. Arenanın taleyi necə olacaq? Neçə illərdi “tezliklə təmir başlayacaq” deyilsə də, bu yöndə heç bir addım atılmır.
- “Mehdi Hüseynzadə” Azərbaycan idmanının tarixində özünəməxsus yeri olan stadionlardan biridi. “Tofiq Bəhramov”dan sonra ən çox daxili və beynəlxalq yarışlara evsahibliyi edən bu arena mütləq yaşamalı, 10 il, 50 il əvvəl olduğu kimi gündəmdə olmalıdı. Ölkə başçısının Sumqayıta son səfərindən sonra sabaha inamımız artıb. Şəhərin idman ictimaiyyəti İlham Əliyevə stadionla bağlı müraciət etdi. Elə həmin görüşdə cənab prezident arena ilə bağlı göstərişlərini verdi. Şəhərin icra başçısı Zakir Fərəcov da stadionun yenidən təmir olunmasını, köhnəlmiş arenanın yerində daha yeni, müasir tələblərə cavab verən idman kompleksinin olmasını istəyir. Bu yöndə də işlər gedir, layihə hazırlanır. İnanıram ki, tarixi oyunlara və müxtəlif yarışlara evsahibliyi etmiş “Mehdi Hüseynzadə” qısa vaxtda ikinci gəncliyinə qovuşacaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar Bu gün, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” Bu gün, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... Bu gün, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir Bu gün, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu Bu gün, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi Bu gün, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! Bu gün, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar