03 may 16:08olke

Riçard Miçelə: “Bəzən məğlub olmağı da bacarmaq lazımdı”

Riçard Miçelə: “Bəzən məğlub olmağı da bacarmaq lazımdı”
Stankoviç ispanın ona hücum çəkməsinin səbəbini bildirdi
“Qarabağ” – “Qəbələ” görüşündən sonra meydan sahiblərinin üzgün görünməsi anlaşılan idi. Məsələn, Miçelin əsəbləri hələ də soyumamışdı. Son günlər ailə durumu müzakirə olunan Mahir Mədətov da jurnalistlərin əlinə keçməmək üçün arenanı tələsik tərk etdi. Buna baxmayaraq, hər iki tərəfdən matçla bağlı fikirlərini dilə gətirənlər oldu.
Fariz Nəcəfov: “Gözləyirdik ki, maraqlı oyun keçəcək. Belə də oldu. Komandamı təbrik edirəm. Həmişə axıra kimi gəlsək də, son nöqtəni qoya bilməmişik. Ümid edirəm ki, finalda daha yaxşı oyun göstərib qələbə qazanacağıq. 2 qoldan sonra nə düşünürdüm? Həmişə komandama sona kimi inanmışam. Bütün nəticələrdə - uduzsaq da, udsaq da, hər zaman inanmışam. İnanmasaq, onda işimizi davam etdirməyin məqsədi, mənası olmur. Finalda rəqibin hansı komanda olmasının fərqi yoxdu. Həlledici görüşün Naxçıvanda keçirilməsinə gəlincə, artıq qərar qəbul olunub. Bununla bağlı nəsə deməyim yanlış olar. Əvvəlcədən fikrimiz soruşulmayıb. Ona görə də harda olmağından asılı olmayaraq, matça maksimum hazırlaşmalıyıq. Növbəti mövsümün planları və büdcə ilə bağlı heç nə deyə bilmərəm. Kubokun və ya çempionatın bizim qərarlarımıza heç bir təsiri olmayacaq. Əvvəldən planlaşdırdığımız kimi gedirik. Komandanın gələcək taleyi ilə də bağlı yaxın günlərdə ətraflı açıqlama veriləcək”.
Riçard Almeyda: “Fikrimcə, bu gün çox gözəl oyun göstərdik. Kollektiv olaraq baxımlı oynadıq, məşqçinin bütün istəklərini həyata keçirməyə çalışdıq. Futbol belədi, bir səhvə görə finala adlaya bilmədik. "Qəbələ" bütün ümidlərini əks-hücumlara bağlamışdı. Bizim də bir neçə qol imkanımız oldu ki, yararlana bilmədik. 3-cü, hətta 4-cü qolu da rəqib qapısından keçirə bilərdik. Nə isə, "Qəbələ"ni finala çıxmaları münasibəti ilə təbrik edirəm. 3 gün sonra daha vacib matçımız var. "Səbail"lə qarşılaşmaya hazırlaşacağıq. “Səbail”lə qarşılaşmanın bu oyundan vacib olduğunu deməzdim. Bütün matçlar önəmlidi. Çox təəssüf ki, bu gün məğlub olmaqla finala çıxmaq imkanını əldən verdik. Bütün diqqətimizi "Səbail"lə qarşılaşmaya yönəldəcəyik. Naxçıvana getmək istəmirdik? Belə şey ola bilməz. Kim finalda oynamaq istəmir ki?! Çempionluq yolunda “Neftçi”ylə rəqabət? Mənə elə gəlir ki, futbolçu rəqibdən asılı olmayaraq titul qazanmaq istəyir. Yəni "Neftçi" və ya başqa rəqiblər haqda düşünmürük. Əsas olan tituldu. Rəqibin kim olması elə də önəmli deyil. Ola bilsin, iki klubun azarkeşləri arasında intriqa var. Bəzən hətta söyüş həddinə çatır. Futbolçu olaraq meydanda bir-birimizə hörmət edirik. Təkcə "Neftçi" yox, "Qəbələ" də rəqibimiz sayılır. Ona görə də futbolçular bir-birinə hörməti qorumalıdırlar. Miçelin qırmızı vərəqə alması? Bilirsiz ki, bir az çılğın futbolçudu. Stankoviç də onu təxribata çəkmək istəyirdi. İstənilən halda, bəzən məğlub olmağı da bacarmaq lazımdı”.
Voislav Stankoviç: "Qarabağ"a qarşı bu meydanda oynamaq çox çətindi. Sevindirici haldı ki, bu gün yetərincə qol vəziyyətimiz oldu. Rəqib birinci hissədə baxımlı qola imza atdı. Biz isə fasilə ərəfəsində iki dəfə yüzfaizlik qol şansını əldən verdik. Fasilədən sonra da gərgin mübarizə oldu, rəqib daha bir qol vurdu. Buna baxmayaraq, sona yaxın ələ düşən fürsətdən yararlandıq və finala vəsiqə qazandıq. Rəqib hətta 2:0 hesabıyla öndə olarkən də bilirdik ki, 1 qol bizi finala daşıyacaq. Əsl xarakter nümayiş etdirdik və lazım olan topu vurmağı bacardıq. Onlar qol vurduqları zaman necə sevinirdilərsə, mən də hakimin final fitindən sonra sevincimi göstərdim. Ancaq Miçel yaxınlaşaraq məni əllə qəsdən vurdu. Halbuki ona heç nə deməmişdim. Sadəcə, sevincimi azarkeşlərimizlə bölüşməyə çalışırdım. Ona görə də arada gərginlik yaşandı. Final oyununa maksimum dərəcədə hazırlaşmaq lazımdı. "Qəbələ"nin heyətində iki dəfə Azərbaycan kubokunun finalında oynamışam və hər ikisində məğlub olmuşam. Fikrimcə, üçüncü cəhddə, nəhayət, kuboku qazanacam. Finalda kimin rəqib olmasının isə bir önəmi yoxdu. Çünki həlledici qarşılaşmada zəif komanda olmur. İstənilən final görüşü çətin alınır və bu dəfə də hər şey ola bilər".
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! Dünən, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir Dünən, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək Dünən, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen Dünən, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır Dünən, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal Dünən, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı Dünən, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi Dünən, 11:51 80 dəqiqəlik məşq Dünən, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı Dünən, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi Dünən, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı Dünən, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı Dünən, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu 17-01-2020, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu 17-01-2020, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi 17-01-2020, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib 17-01-2020, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib 17-01-2020, 12:04 U-19 hər ay toplanış keçəcək 17-01-2020, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər 17-01-2020, 11:59 Bakı metrosunda əcaib irqçilik 17-01-2020, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı Bütün xəbərlər
Ən çox oxunanlar