03 may 15:20olke

Səfər qolları həlledici oldu

Səfər qolları həlledici oldu
"Sumqayıt" tarixində ilk dəfə finalda!
Dünən ölkə kubokunun finalına adlayan komandaların adına aydınlıq gəldi. Öncə onu qeyd edək ki, ilk oyunlarda qapılara cəmi 1 qol vurulmuşdusa, cavab görüşləri məhsuldar alındı. Belə ki, iki qarşılaşmada qapılara ümumilikdə 9 qol vuruldu. Cütlərin taleyini isə səfər qolları həll etdi.
Cari mövsüm çempionatdakı bütün qarşılaşmalarda "Qarabağ"a uduzan "Qəbələ" yarımfinalın ilk görüşündə 1 cavabsız qolla qalib gəlmişdi. Bəziləri "köhlən atlar"ın bu məğlubiyyətin əvəzini artıqlamasıyla çıxacağını, ötən mövsümdən fərqli finala vəsiqə qazanacağını düşünürdü. Əslində Qurban Qurbanovun yetirmələri buna yaxın idi. İlk yarıda Miçelin mükəmməl qolu ilə hesabı açan ağdamlılar ikinci yarının əvvəllərində Kintana ilə fərqi artırdı. Lakin Volkovun qolu məhz "qırmızı-qaralar"ı finala daşıdı. Bununla da bölgə təmsilçisi uğurlu seriyasını davam etdirdi. Belə ki, "Qəbələ" ardıcıl 3-cü dəfə finalda oynayacaq. Şimallılar həm də ümumilikdə 4-cü dəfə yarımfinal səddini uğurla dəf etdi. "Qırmızı-qaralar" son 3 "futbol ili" ilə yanaşı, 2013/14 mövsümündə də bunu bacarmışdı. Lakin komanda indiyə qədər heç vaxt kuboku başı üzərinə qaldırmayıb. İndiyədək kuboku "Neftçi", "Qarabağ" və "Keşlə"yə "güzəştə gedən" qəbələlilər uğursuz sindromu yeni rəqib - "Sumqayıt" ilə dueldə qırmaq niyyətindədi. Bu baş verərsə, komanda ilk titulunu qazanacaq. Qurban Qurbanovun yetirmələri isə ardıcıl ikinci mövsümdə, ümumilikdə 6-cı dəfə yarımfinal səddində "ilişdi". Ötən "futbol ili"ndə komanda 1/4 finalda mübarizəni dayandırmışdı. Bundan başqa, "köhlən atlar" 1993/94, 1996/97, 2003/04, 2011/12 və 2012/13 mövsümündə də finalın biraddımlığında dayanıb.
İlk oyunda qolsuz "sülh"ə razılaşan "Sumqayıt"la "Zirə" bu dəfə də heç-heçə etdilər. Lakin budəfəki bərabərlik "kimyaçılar"ı finala çıxardı. Oyun yetərincə dramatik alındı. İlk yarıda Babayinin het-trikindən sonra "qartallar"ın işinin bitdiyini düşünürdük. Ancaq ikinci yarıda Samir Abasovun komandası buraxılan qolların hamısının əvəzini çıxdı. Bununla belə, geridönüşü sona çatdırmaq - qələbə qolunu vurmaq üçün yetərli vaxt qalmamışdı. Qollu heç-heçə isə məhz Ayxan Abbasovun yetirmələrini həlledici matça daşıdı. Beləliklə, "gənclik şəhəri" təmsilçisi tarixində ilk dəfə final oynayacaq. Sonuncu dəfə kubokda belə hesabın nə zaman qeydə alındığını xatırlamaq isə çətindi.
Sonda onu da bildirək ki, "Qəbələ" ilə "Sumqayıt" arasındakı final matçı mayın 19-da saat 16.00-da Naxçıvanda baş tutacaq. Həm Sənan Qurbanov, həm də Ayxan Abbasov ilk dəfə baş məşqçi kimi final həyəcanı yaşayacaq. "Qəbələ" isə ikinci dəfə həlledici matç üçün Muxtar Respublikaya yollanacaq. İki il öncə "qırmızı-qaralar"ın Naxçıvan səfəri uğurlu alınmamış, onlar “Qarabağ"a uduzmuşdu.
Ölkə kuboku
yarımfinal, cavab oyunları
1 may
Qarabağ - Qəbələ 2:1
(ilk oyun - 0:1)
Zirə - Sumqayıt 3:3
(ilk oyun - 0:0)
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! Dünən, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir Dünən, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək Dünən, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen Dünən, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır Dünən, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal Dünən, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı Dünən, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi Dünən, 11:51 80 dəqiqəlik məşq Dünən, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı Dünən, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi Dünən, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı Dünən, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı Dünən, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu 17-01-2020, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu 17-01-2020, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi 17-01-2020, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib 17-01-2020, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib 17-01-2020, 12:04 U-19 hər ay toplanış keçəcək 17-01-2020, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər 17-01-2020, 11:59 Bakı metrosunda əcaib irqçilik 17-01-2020, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı Bütün xəbərlər
Ən çox oxunanlar