01 may 16:22olke

“Qəbələ”nin aşağı yaş qrupları üçün uğursuz mövsüm

“Qəbələ”nin aşağı yaş qrupları üçün uğursuz mövsüm
Nail Kərimov: “Akademiya rəhbərlik üçün həmişə prioritet məsələ olub”
Artıq AFFA-nın bayrağı altında keçirilən müxtəlif yaş qruplarında da mövsüm başa çatmaq üzrədi. Bəzi yaş qruplarında qaliblər müəyyənləşsə də, qızıl medalların sahiblərinin bilinmədiyi liqalar da var ki, onlarda da yaxın günlərdə çempionlar məlum olacaq. Liqalarda “Qəbələ”nin aşağı yaş qruplarının hegemonluğuna hamı öyrəşib. “Qırmızı-qaralar”ın futbol akademiyasının komandaları çıxış etdikləri yaş qruplarında daim favoritlər arasında olublar ki, bu da başadüşüləndi. Ölkənin ən güclü akademiyasında həm öz yaş qrupunda seçilən uşaq və yeniyetmələr, həm də işinin mütəxəssisi olan məşqçilər toplaşıb. Ancaq cari mövsümdə “Qəbələ”nin aşağı yaş qrupları əvvəlki illərdən fərqli o qədər inamlı təsir bağışlamırlar. Düzdü, klubun U-19 və U-16 komandası 2018/19 “futbol ili”ni çempion kimi başa vurmağı bacardı. Ancaq şimallıların U-10, U-11, U12, U-13 və U-14 kollektivləri ümidləri doğrltmadı. U-10, U-11 mübarizəni 1/4 finalda dayandırıb. U-12 yarımfinalda “Neftçi” səddini aşa bilməyib. U-13 isə, ümumiyyətlə, pley-off görüşlərindən kənarda qalıb. U-14 yarımfinalda iki oyunun nəticəsinə görə “Binə”yə boyun əyib. Bütün bunları nəzərə alıb cari mövsümdə “Qəbələ” Futbol Akademiyasının yalnız iki yaş qrupunun, yuxarıda qeyd etdiyimiz kimi, U-16 və U-19-un klub muzeyini zəngilləşdirdiyini deyə bilərik. Qalan 5 yaş qrupunun zəif nəticə göstərməsi nədən qaynaqlanır, uğursuz çıxışın kökündə nə durur? Maraq üçün onu da qeyd edək ki, 2017/18 “futbol ili”ndə qəbələlilərin qazancı liqalarda 4 qızıl, 2 gümüş və 1 bürünc medal olmuşdu. Statistika da akademiyanın göstəricilərinin pisləşdiyini göstərir.
Bu və bizi maraqlandıran başqa məqamlara aydınlıq gətirmək üçün “Qəbələ” Futbol Akademiyasının baş meneceri Nail Kərimovla danışmağı lazım bildik: “Ötən həftənin 5-ci günü müxtəlif yaş qruplarının baş məşqçilərinin iştirakı ilə mövsümün yekunlarıyla bağlı toplantı keçirdik. Qeyd etdiyiniz kimi, U-19 və U-16 komandamız cari mövsümü çempion kimi başa vurdu. Ancaq aşağı yaş qruplarımız finala yüksələ bilmədilər. Buna görə o qədər də narahat deyilik. Çünki yarımfinal qarşılaşmalarında komandalarımız rəqibdən üstün futbol oynayıblar, sadəcə, ev və səfərdə vurulan qolların nisbətinə görə mübarizəni dayandırıblar. Toplantıda çatışmazlıqlar barədə fikir mübadiləsi apardıq. Bizim komandalarda bəzilərində olduğu kimi oyun bir və ya iki nəfər üzərində qurulmur. Akademiya olaraq, daha çox keyfiyyətli futbola üstünlük veririk. Xatırlayırsızsa, müxtəlif yaş qruplarımız liqalarda hegemonluq etdiyi dönəmdə mətbuata açıqlamalarımın birində “vaxt gələr, indiki durumun əksi ilə üzləşə bilərik” söyləmişdim. İndi həmin aqibəti yaşadıq”.
“Uğursuzluqda məşqçilərin payı nə qədərdi” sualına baş menecer belə cavab verdi: “Məşqçilərdən şikayətimiz yoxdu. Ola bilsin, hardasa cüzi xətaları olub. Ancaq bu o demək deyil ki, məhz onların işlərini layiqincə yerinə yetirməmələri səbəbindən müxtəlif yaş qrupu üzrə komandalarımız mövsümü titulsuz başa vurublar. Bir məqamı da qeyd etmək istəyirəm. Əvvəlki illərdən fərqli bu gün bəzi Bakı klublarında da uşaq futboluna xüsusi diqqət göstərilir ki, bu da nəticələrdə özünü göstərir. Belə deyim, indi liqalarda daha çox rəqabət hiss olunur”.
Nail bəylə söhbətdə “Qəbələ”də baş verən son dəyişikliklər ətrafında da fikir mübadiləsi apardıq. Görəsən, Tale Heydərovun prezident kürsüsündən getməsi akademiyanın fəaliyyətinə nə dərəcədə təsir göstərəcək? Həmsöhbətimiz narahatlığa heç bir əsas olmadığını bildirdi: “Klub prezidenti postunda dəyişiklik akademiyanın işinə təsir göstərməyəcək. Əvvəllər necə olubsa, elə də yolumuza davam edəcəyik. Akademiya rəhbərlik üçün həmişə prioritet məsələ olub və hər zaman da aşağı yaş qruplarına diqqət ayrılıb”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! Dünən, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir Dünən, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək Dünən, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen Dünən, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır Dünən, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal Dünən, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı Dünən, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi Dünən, 11:51 80 dəqiqəlik məşq Dünən, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı Dünən, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi Dünən, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı Dünən, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı Dünən, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb 18-01-2020, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu 18-01-2020, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? 18-01-2020, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır 18-01-2020, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı 18-01-2020, 10:58 30 il əvvəl, məhz bu gün... 18-01-2020, 10:48 Deviç “Sabah”a döndü 17-01-2020, 12:30 Şəhriyar övladları ilə bir arada 17-01-2020, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb 17-01-2020, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır 17-01-2020, 12:19 Yunis Hüseynov Antalyaya gedir 17-01-2020, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub 17-01-2020, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu 17-01-2020, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu 17-01-2020, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi 17-01-2020, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib 17-01-2020, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib 17-01-2020, 12:04 U-19 hər ay toplanış keçəcək 17-01-2020, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər 17-01-2020, 11:59 Bakı metrosunda əcaib irqçilik 17-01-2020, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı Bütün xəbərlər
Ən çox oxunanlar