01 may 15:42olke

“Neftçi”nin uğursuzluğunu şərtləndirən səbəblər

“Neftçi”nin uğursuzluğunu şərtləndirən səbəblər
Əsas günahkar Bordindi!
Ötən turun ən gözlənilməz hesabı “Bakcell Arena”da qeydə alındı. Sabah keçirəcəyi kubok oyununu düşünən “Sumqayıt” “Neftçi” önünə, demək olar, ehtiyat qüvvə ilə çxışmışdı. “Kimyaçılar”ın heyətinə nəzər salanda düşünmək olardı ki, “ağ-qaralar” 3 xalı asanlıqla əldə edəcək. Əslində Roberto Bordinin komandası oyuna pis başlamadı. Uzun müddətdən sonra ilk dəfə start heyətində yer alan Ruslan Abışov matçın əvvəllərində hesabı açdı. Ancaq Ayxan Abbasovun yetirmələri fasiləyə qədər 2 qol vuraraq hesabı xeyrinə dəyişə bildi. Düzdü, flaqman “status-kvo”nu bərpa etdi. Lakin Roberto Bordinin komandası nəinki vəziyyəti xeyrinə dəyişdi, əksinə, yenidən qapısında qol gördü. Bu məğlubiyyət çempionluq yolunda “Neftçi”yə böyük zərbə oldu. Hətta “Qarabağ” 2 xal önə keçəndə belə, “ağ-qaralar”ın fanatları ümidini itirmirdi. Çünki ən azı komandanın taleyi öz əlində idi. Lakin “Sumqayıt”a məğlubiyyət qeyd etdiyimiz məqamın üzərindən xətt çəkdi. Artıq “Neftçi”nin taleyi öz əlində deyil. “Ağ-qaralar”ın sona iki tur qalmış bu duruma düşməsinin bir neçə səbəbi var. Bununla belə, öncə “Neftçi” azarkeşlərinin ümid etdiyi möcüzəyə bərabər varianta toxunaq.
“Səbail” sensasiya edərsə...
Çempionluğun taleyi böyük ölçüdə həll olunsa da, “Neftçi”sevərlər sonuncudan əvvəlki turda sensasiya gözləyir. Söhbət “Səbail”in “Qarabağ”la oyunda xal qazanmasından gedir. Hərçənd bunun reallaşması o qədər də inandırıcı deyil. Əvvəla, yəqin ki, “Qarabağ” çempionluğun taleyini son tura saxlamaq niyyətindən uzaqdı. Bundan başqa, Qurban Qurbanovun yetirmələri elə sürət yığıb ki, “dənizçilər”in onları büdrətməsi çətin məsələdi. Özü də “Səbail” bürünc medalı, demək olar, özü üçün təmin edib. “Qəbələ”nin qalan iki matçın birində xal itirməsi fonunda Aftandil Hacıyevin komandası özü xal qazanmasa belə, üçüncülüyü təmin edəcək. Bir sözlə, “Səbail”in taleyi “Qarabağ”la oyundan asılı deyil. Odu ki, “Neftçi”nin “Tofiq Bəhramov”da keçiriləcək görüşdə sensasiyaya ümid etməsi suda boğulanın saman çöpündən yapışması kimi bir şeydi. Yalnız “Səbail”in hər rəqibə asan təslim olmaq kimi bir xarakterinin olmaması və Hacıyevin əzmkar kollektiv formalaşdırması “ağ-qaralar”ı ümidləndirir. Hə, “Neftçi” özü də “Qəbələ” səfərindən əlidolu dönməməlidi. Əks halda, “Səbail”in xal qazanması da flaqmanın köməyinə çatmayacaq. Hərçənd paytaxt təmsilçisinin şimallılarla oyunda qalib gəlməsi o qədər də asan görünmür. Bütün bunları nəzərə alanda “Neftçi”nin çempion olmaq şansı minimum faizlə dəyrələndirilir. Hansı ki, bu da “futbolda hər şey olur” deyimindən o qədər də kənara çıxmayan riyazi hesablamalardı. Odu ki, “ağ-qaralar”ın şanslarını saf-çürük etmək əvəzinə uğursuzluğun səbəblərini gözdən keçirmək daha məntiqlidi.
Bordinin səhvləri
Təbii, bir işdə uğursuzluq varsa, onun əsas səbəkarı futbolçular və baş məşqçidi. Bəlkə də çoxları düşünə bilər ki, “Neftçi” bu mövsüm “Qarabağ”la başabaş mübarizə apardısa, sona iki tur qalmış hələ də çempionun adı rəsmiləşməyibsə, bunun da səbəbkarı Bordindi. Ümumi yanaşsaq, müəyyən mənada bu düşüncəyə haqq qazandırmaq olar. Ancaq başqa məsələlər də var. “Ağ-qaralar” qış fasiləsi ərəfəsindəki sonuncudan əvvəlki turda rəqibindən 5 xal irəlidə idi. Hazırda isə bir bu qədər də geridədi. Çempionluq yolunda mübarizə apardığın komanda bu fərqi öz xeyrinə dəyişibsə, artıq başqa bəhanələrə yer yoxdu. Bordin rəqibləri özü motivasiya etdi! Zaman-zaman Ayxan Abbasov, Samir Abasov və Aftandil Hacıyevlə mübahisələrə, münaqişələrə girişən italiyalı mütəxəssis bunun öz əleyhinə işləyəcəyini hesablamamışdı. İstər-istəməz həmin komandalar da “Neftçi” ilə oyunlara xüsusi motivasiya ilə çıxdı və nəticələr də bunu təsdiq edir. Doğrudu, Bordinin italiyalı, futbolun emosiyalar oyunu olduğunu hər kəs yaxşı bilir. Ancaq hər dəfə baş məşqçilərlə mübahisə edən, hətta azarkeşlə “atışan” biri zərbəni yalnız öz komandasına vurur. Dəfələrlə həm azarkeşlər, həm də mütəxəssislər Bordinin ehtiyatlı, daha doğrusu, qorxaq oyununu tənqid edib. Ümumiyyətlə, bu oyun üslubu “Neftçi”yə xas deyil. “Bir qol vurum, hesabı qoruyum” taktikası bu gün öz fəsadını göstərir. Bir neçə oyunda “ağ-qaralar” məhz bu düşüncənin qurbanı olub. Elə “Qəbələ”, “Səbail”, “Sumqayıt”la matçlar da bunu təsdiq edir. Fakt isə budu ki, komanda mövsümü titulsuz bitirməyə çox yaxındı.
Transferlər və rotasiyalar
Rəhbərlik maksimum şəkildə Bordinin hər istəyini yerinə yetirməyə çalışıb. Hərçənd onun bütün transfer istəklərini gerçəkləşdirmək bir qədər mübahisəli məsələdi. Bu gün Canluka Sansonenin “Neftçi”də özünü doğrultmadığı faktdı. Vaxtilə A seriyasında top qovan hücumçu ağ-qara formada cəmi 1 dəfə rəqib qapılarına yol tapıb. Bu futbolçu haqda “uğurlu transfer” sözünü işlətmək absurd olar. Kiril Petrov zədəli, Mamadu Mboc isə cəzalı olmasaydı, çətin ki, Petru Raku meydana çıxacaqdı. Bu futbolçunun alınması ikinci yanlış addım idi. Heç Mamadu Kane haqda da müsbət fikirlər səsləndirmək olmaz. Yeri gəlmişkən, vurduğu qollara görə Mbocun adını çəkən yoxdu. Üstəlik, futbolçu “Sumqayıt”la oyunu cəza üzündən buraxırdı. Ancaq müdafiə planında da Mbocu tərfiləmək doğru olmaz. Qış fasiləsində edilən transferlərdən Vangelis Platellası fərqləndirmək mümkündü. Hansı ki, “Sumqayıt”la görüşdə Bordin bu futbolçunu nədənsə ehtiyatda saxlamışdı. Əvəzində neçə müddətdi oynamayan Soni Mustivara şans vermişdi. Elə məğlubiyyətin səbəblərindən biri də baş məşqçinin məhz bu addımı idi. Eləcə də gününü ehtiyatda keçirən Raku ilə Abışovun birdən-birə şans qazanması da müdafiə xəttinin bərbad çıxışında əksini tapdı. Hər halda, “Sumqayıt”dan 3 qol buraxan komandanın arxa xətt oyunçuları məsuliyyətdən qaçmaq üçün heç bir bəhanə axtarmamalıdı. Ümumiyyətlə, Bordinin heyətlə bağlı rotasiyaları işə yaramır.
“Qarabağ”ın yüksəlişi
Əsas rəqibinin uğurlu çıxışı “Neftçi”yə təsir etdi. Əslində hələ qış fasiləsi ərəfəsində - xal fərqi 3-ə düşərkən qışdan sonra “ağ-qaralar”ın işinin daha çətin olacağını bir neçə dəfə vurğulamışdıq. Bunun üçün də müəyyən əsaslar var idi. “Qarabağ” artıq Avroliqada mübarizə aparmırdı, Qurban Qurbanov yığmadan ayrılmışdı və bütün diqqətini kluba yönəltmişdi və s. Proqnozlarımızda yanılmadıq və qışdan sonra “köhlən atlar” yüksəlişdədi. Ağdam təmsilçisinin qələbələri sıralaması, özü də əksər oyunlarda 3 xalı darmadağınla qazanması sanki “Neftçi” üzərində təzyiq yaradırdı. Həmin gərginlik altında meydana çıxan komandanın uğur qazanması isə elə də asan deyil. Bu baxımdan da əsas yük baş məşqçinin çiyinlərinə düşür. O, kollektivi elə kökləməliydi ki, sonda belə nəticələr qeydə alınmasın. Bordin bunu da bacarmadı.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi Dünən, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama Dünən, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” Dünən, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub Dünən, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı Dünən, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi 11-10-2019, 12:55 Boş tribunalar önündə əzmkar qələbə 11-10-2019, 12:52 Hakimlərin mühakiməsi 11-10-2019, 12:49 3120 manatlıq iclas 11-10-2019, 12:45 “CBC Sport”un baş redaktoru suallardan yayındı 11-10-2019, 12:44 “Bu yolda əməyimizi, köməyimizi göstərməyə hər zaman hazırıq” 11-10-2019, 12:43 APOEL-in hücumçusu ikinci yerə layiq olduqlarını düşünür 11-10-2019, 12:39 “Araz” meydan sahibləri ilə bacarmadı 9-10-2019, 12:00 Dron qalmaqalının təşkilatçısı Mxitaryanla telefonla danışıb 9-10-2019, 11:57 “Zirə” Buma görə 100 min dollar tələb edib 9-10-2019, 11:55 Jezniçak Bakıya gəldi 9-10-2019, 11:54 Aftandil Hacıyev ilk dövrəni qənaətbəxş sayır 9-10-2019, 11:50 “Neftçi” böhrandan çıxır, “Səbail”də böhran başlayıb 9-10-2019, 11:45 "Qarabağ" “Sabah”la oyunda da büdrəmədi 9-10-2019, 11:38 Zirədən qonaqlar razı getdi 9-10-2019, 11:30 “Araz” ÇL-də mübarizəyə başlayır 9-10-2019, 11:27 “Kapital Bank Arena”da səssiz gecə 9-10-2019, 11:25 Rüfət “Proyssen”i məğlubiyyətdən xilas etdi 9-10-2019, 11:23 Dron qaldırdı, indi də təhdid yağdırır! 9-10-2019, 11:16 Hardasan, Azərbaycan dövləti? 9-10-2019, 11:14 Dövrə yekunu: "Qarabağ" ən yaxın izləyicisindən 10 xal öndə! 4-10-2019, 12:46 “UltrAslan Azərbaycan”ın 7 min manat xərci çıxıb 4-10-2019, 12:44 Verniduba vasitəçilik edən Səbuhi Səfiyarlı deyil 4-10-2019, 12:42 Yurçeviç Eddini yığmaya qaytardı 4-10-2019, 12:39 Alesio ÇL üçün 12 futzalçı sifariş etdi 4-10-2019, 12:34 Musa Qurbanlı sabiq komandasını cəzalandırdı 4-10-2019, 12:33 Emil yenə ən yaxşılar arasında 4-10-2019, 12:31 Özat “Sabah”la danışıq apardığını təsdiqlədi 4-10-2019, 12:29 Sumqayıtda danışılmış oyunlarla bağlı seminar 4-10-2019, 12:13 Riad Rəfiyev: “Bizim günahımız nədi ki, Nazim Süleymanov məndən, klubdan narazılıq edir?” 4-10-2019, 12:06 “Qəbələ” Nikosiyadan yaxşı nəticə ilə qayıdır 4-10-2019, 12:04 "Qarabağ"ın baş meneceri yenidən seçildi Bütün xəbərlər
Ən çox oxunanlar