26 apr 15:27olke

Bir baş məşqçi, 4 futbolçu cəzalandı

Bir baş məşqçi, 4 futbolçu cəzalandı
Aprelin 23-də AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Toplantı premyer-liqada 25-ci, birinci divizionda isə 23-cü turda baş vermiş qayda pozuntularının müzakirəsinə həsr olunub.
Komitə premyer-liqa təmsilçilərindən 4-nü ziyana salıb. Əslində isə 3 oyunda qayda pozuntusu baş verib. “Sabah” – “Neftçi” matçında hər iki tərəf əlini cibinə salmalı olacaq. “Neftçi” 4 futbolçusunun sarı vərəqə almasına görə 800 manat cərimələnib. Oyunun 56-cı dəqiqəsində azlıqda qalan “Sabah”ı isə Novruz Məmmədov “tərlədib”. Müdafiəçinin ikinci “sarı”sı ona 1 oyun, klubuna 200 manat cərimə bahasına başa gəlib.
“Sumqayıt” üzərində qələbə qazanan “Səbail” 200 manat, eləcə də Tome Kitanovskini itirib. Matçın 58-ci dəqiqəsində ikinci xəbərdarlıqdan sonra komandasını azlıqda qoyan makedoniyalı həftəsonu “Qəbələ” ilə vacib oyunu buraxmalı olacaq.
“Qarabağ” – “Keşlə” matçında hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırılan Tərlan Əhmədov da gözlənilən cəza ilə üzləşib. “Keşlə”nin baş məşqçisi 1 oyun cəza və 800 manat cərimə ilə canını qurtaracaq.
Diviziona gəlincə, 4 komanda sarı vərəqə bolluğuna görə “qarmağa keçib”. “Zirə-2” ilə matçda “Keşlə-2”nin, həmçinin bir-biri ilə üz-üzə gələn “Qaradağ Lökbatan”la “Ağsu”nun hərəyə 4, “Şüvəlan”la qarşılaşan “Turan Tovuz”un isə 6 futbolçusuna xəbərdarlıq edilib. Beləliklə, komandaların hər biri 80 (cəmi 320) manat cərimələnib. Ancaq “Qaradağ Lökbatan”la “Turan Tovuz” əlavə xərcə də düşüb. “Ağsu” ilə matçın 64-cü dəqiqəsində lökbatanlıların futbolçusu Xəyal Əmirli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alıb. Komitə onu 3 oyunluq diskvalifikasiya edib, kluba 240 manat cərimə kəsib. “Turan Tovuz” isə 70-cı dəqiqədə Eltay Tağıyevin “sonuncu ümid folu”na görə aldığı birbaşa qırmızı vərəqəyə görə 80 manat ödəyəcək. Təcrübəli futbolçu isə növbəti turda komandasına kömək edə bilməyəcək.
Beləliklə, komitə klublara 2640 manat cərimə kəsib. Nəticədə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 131880 manata çatıb.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb Bütün xəbərlər
Ən çox oxunanlar