24 apr 15:19olke

“Xəzər Lənkəran”ın yaranmasından 15 il ötdü

“Xəzər Lənkəran”ın yaranmasından 15 il ötdü
Elman Tağıyev: “Üç ildi doğum günümü də qeyd etmirəm”
Aprelin 20-də “Xəzər Lənkəran”ın 15 yaşı tamam oldu. Cənub təmsilçisi 2004-cü ildə, Azərbaycan futbolunda canlanmanın yarandığı, iş adamlarının bu idman növünə böyük yatırımlar etdiyi vaxtda “dünyaya göz açdı”. Təbii, “ağ-yaşıllar”ın bu müddət ərzində ən çox yadda qalan oyunları “Neftçi” ilə duellər idi. Məhz “Futbol+”in “böyük oyun” adı verdiyi həmin qarşılaşmalar ölkə futbolu tarixində bu gün də unudulmayan izlər buraxdı. Ümumilikdə isə “Xəzər Lənkəran” 1 dəfə ölkə çempionu (2007), 3 dəfə ölkə kubokunun qalibi (2007, 2008, 2011) və 1 dəfə Superkubokun (2013) qalibi oldu. Bundan başqa, 2008-ci ildə lənkəranlılar “Birlik kuboku”nu Bakıya gətirdilər. Ancaq 2015/16 mövsümündə komanda premyer-liqada sonuncu yeri tutaraq birinci diviziona yuvarlandı. Hərçənd cənublular aşağı dəstədə çıxış etmədi və fəaliyyətini dayandırdı. Hazırda isə klubun yalnız 3 yaş qrupu (U-15, U-16 və U-17) fəaliyyət göstərir.
Təbii, “Xəzər Lənkəran”ın ən böyük üstünlüyü onun azarkeşləri idi. Ev və səfər oyunları demədən komandanın yanında olan fanatlar ölkə futboluna əlavə rəng qatırdılar. Artıq bir neçə ildi ki, onlar tribunalarda yoxdular. Bəs görəsən, aprelin 20-də ağ-yaşıl rənglərə könül verənlər bir araya gəlibmi? Onlar sevimli, ancaq hazırda böyük futbolda olmayan komandalarının doğum gününü qeyd edibmi? Bu haqda “Xəzər Lənkəran” fanklublarının bir neçəsinin fikrini öyrənmək istədik. Təəssüf ki, əksəriyyəti ilə danışmaq cəhdimiz alınmadı.
Hər halda, “Green Gate 2” azarkeş qrupunun üzvü, hətta “Neftçi” ilə oyundan sonra həbs olunan Elman Tağıyevin düşüncələrini öyrəndik: “Əlbəttə, həmin gün “Xəzər Lənkəran” yada düşdü. Heç yaddan çıxarmı?! Tək aprelin 20-ci yox, hər gün – yuxudan duranda da, yatanda da o günlər gözümüzün qabağında canlanır. “Xəzər Lənkəran”ı unutmaq mümkün deyil. Aprelin 20-də yığıncaq təşkil etmədim. Çünki “Xəzər Lənkəran” yox ikən bizim bir araya gəlib nəyisə qeyd etməyimiz, ən əsası da onun yoxluğunda yaş gününü keçirməyimiz, düşündük ki, düzgün olmaz. İnşallah, komanda bir gün qayıdacaq və hamı bizim o dönüşü necə qeyd etdiyimizi görəcək. “Xəzər Lənkəran” ölkə futbolunda bir brend idi. Gəlişi və gedişi ilə şox şey etdi. Ölkədə futbolunun kimlərin idarəçiliyində olduğunu açıq-aşkar sübut edən də təkcə “Xəzər Lənkəran” oldu. Ölkəyə futbolu gətirdi və gedişi ilə də futbolun bu gündə olmasına səbəb oldu. “Xəzər Lənkəran” yoxdu deyə, 3 ildi doğum günümü də qeyd etmirəm. Bu komanda mənim üçün başqa dəyər idi. Mən “Xəzər Lənkəran”ın ən birinci oyununu izləyəndə balaca uşaq idim. 2004-cü ildə Qubada Qusar “Şahdağ”ı ilə yoldaşlıq oyunu keçirmişilər. Dəqiq hesab yadımda deyil, amma böyük hesabla qalib gəlmişdik. “Xəzər Lənkəran”a görə bölmələrə, həbslərə düşmüş biri olaraq deyə bilərəm ki, bizi bu sevdadan yalnız ölüm ayıra bilər. Yolunu səbrizliklə gözləyirik, “Xəzər Lənkəran”... Bir komandanın ki, həsrəti də bir gözəllikdi, başqa sözə ehtiyac yoxdu”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar