24 apr 15:01olke

“Sabah”ın yeniyetmələri Madridə yollanacaq

“Sabah”ın yeniyetmələri Madridə yollanacaq
Onlar həm də Çempionlar Liqasının finalını canlı izləyəcək
“Sabah”ın yeniyetmə futbolçuları mayın sonunda Madridə yollanacaq. Buna səbəb isə İspaniyanın paytaxtında təşkil olunacaq “Footbal for friendship” (Dostluq üçün futbol) sosial layihəsidi. Dünən bununla bağlı “Bridge Plaza”da jurnalistlər üçün mətbuat konfransı təşkil olunmuşdu ki, konfransda 10-a yaxın media mənsubu ilə yanaşı, layihənin Azərbaycan qrupunun rəhbəri Rüstəm Əzimov, “Sabah” Futbol Akdemiyasının seleksiya xidmətinin rəhbəri İlqar İsrafilov, klubun U-12 komandasının baş məşqçisi Samir Əbdürrəhmanov və səfərə yollanacaq dörd yeniyetmə - Ayxan Əlizadə, Babamirzə Mehdiyev, Fatimə Məhərrəmli və Timur Jeltenkov iştirak edirdi.
Söz öncə masa arxasında əyləşənlərə verildi, daha sonra suallarımız cavablandırıldı.
Rüstəm Əzimov: “Konfransda iştirak etdiyinizə görə hər birinizə təşəkkür edirəm. “Dostluq üçün futbol” hər il “Qazprom” tərəfindən həyata keçirilən beynəlxalıq uşaq sosial proqramıdı. Proqramın məqsədi futbol vasitəsilə gənc nəsildə aktual dəyərlərə və sağlam həyat tərzinə marağı artırmaqdı. Məqsədimiz bütün dünyadan olan uşaqları futbol vasitəsilə bir araya gətirmək, birləşdirmək, onların arasındakı mədəni və mənəvi əlaqələri gücləndirməkdi. Proqram çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan 12 yaşlı futbolçular illik beynəlxalq uşaq forumunda, “Dostluq üçün futbol” dünya çempionatında, beynəlxalq futbol və dostluq günündə iştirak edirlər.
Qeyd edim ki, 2017-ci ildə “Dostluq üçün futbol” üzrə dünya çempionatının qalibi 9 ölkədən gənc məşqçi və yeniyetmə futbolçuların daxil olduğu “narıncı” komanda oldu. Komandada Sinqapurdan, İspaniyadan, Boliviyadan, Bolqarıstandan, Argentinadan, Çexiyadan, Liviyadan iştirakçılar olub. Azərbaycanı isə Rəvan Kazımov təmsil edib. Sevindirici haldı ki, bu il “Sabah” bu proqrama yerli operatora kimi dəvət olunub. Ümid edirəm ki, nə vaxtsa ölkəmizdə ”Dostluq üçün futbol”un final yarışları keçiriləcək və dünyanın bütün uşaqlarını Azərbaycana dəvət edə biləcəyik”.
İlqar İsrafilov: “Hamınızı salamlayıram. Bildiyiniz kimi, “Sabah” yeni yaranmış futbol klubudu. Akdemiyaya aid olan məsələlərə ilk gündən ciddi yanaşmışıq və bu cür də davam edəcək. Bu layihədə iştirakımız ilk addımlarımızdandı. “Dostluq üçün futbol” böyük bir sosial layihədi. Hansı ki, orda 200-dən çox ölkə iştirak edir. Əsas məqsədləri uşaqları bir araya gətirmək, aktual və sağlam həyat tərzini aşılamaqdı. Təklifi alan kimi dərhal dəyərləndirdik. Həm klubumuzun adı ön planda olacaq, həm də yeniyetmə futbolçularımız üçün yaxşı təcrübədi. Məndə olan məlumata görə, layihə çərçivəsində məşqçilər üçün də xüsusi şəkildə onlayn kurslar təşkil olunacaq. Akademiyamıza rəhbərlik tərəfindən xüsusi diqqət yetirilir. Bütün aşağı yaş qruplardan ibarət komandalarımız daxili yarışlarda pley-off mərhələsinə vəsiqə qazanıb, yuxarı yaş qrupları medallar uğrunda mübarizə aparır. O ki qaldı Madridə gedəcək uşaqlar arasındakı seçimlərə, indiki U-12 komandamız ötən il Azərbaycan çempionu olub. Seçdiyimiz iki nəfər – qapıçımız Ayxan Əlizadə ilə hücumçumuz Babamirzə Mehdiyev öz mövqelərində turnirin ən yaxşıları adını qazanıblar. Ona görə də seçimi onların üzərində dayandırdıq”.
Samir Əbdürrəhmanov: “Ölkəmizi bu layihədə təmsil edəcəyik. Həqiqətən də sevindirici haldı. Ümid edirəm ki, “Sabah”ın adına yaraşan şəkildə iştirak edəcəyik. Ötən il komandamız ölkə çempionu oldu. 2017-ci ildə isə “İzmir Cup” adlı, 50 komandanın iştirak etdiyi beynəlxalq turnirin qalibi olmuşduq. “İzmir Cup”un qalibi olan komanda Avstriyada keçirilən kiçik dünya çempionatına qatılmaq imkanı qazanmışdı. İştirakçılar arasında “Barselona”, “Atletiko”, “Yuventus” kimi nəhəng klubların 11 yaşlılardan ibarət komandaları da vardı. Buna baxmayaraq, Avstriyadan vətənə uğurlu nəticə ilə qayıtmağı bacarmışdıq. Babamirzə həm ötənilki daxili çempionatda, həm də “İzmir Cup”da ən yaxşı futbolçu adına layiq görülmüşdü. Ayxan isə hər iki yarışda ən yaxşı qapıçı seçilmişdi. Üstəlik, başqa nominasiyalarda da qalib olublar. Bu iki futbolçu ən yaxşılardan olduğu üçün onları Madridə aparmağı qərara aldıq”.
İlqar bəy müdaxilə edir: “Əsas məqsədimiz yeniyetmə və gənc futbolçular arasında sağlam rəqabət yaratmaqdı. Bu uşaqların xarici turnirlərdə iştirak etməsi digər komanda yoldaşlarına da stimul verir. Mayda daha bir komandamız Xorvatiyada təşkil olunacaq beynəlxalq turnirdə mübarizə aparacaq. Hesab edirəm ki, futbolun və futbolçuların məqsədyönlü inkişafı üçün beynəlxalq turnirlər olduqca vacibdi. Bununla bağlı gələcək adına da böyük planlarımız var”.
- Ayxanla Babamirzəni başa düşdük. Bəs digər uşaq kimdi?
- R.Ə.: Bu turnirə Azərbaycandan ilk dəfə qadın futbolçu da iştirak edəcək ki, “Sabah”ı Fatimə Məhərrəmli təmsil edəcək. Digəri isə yarışda özünü gənc jurnalist kimi sınayacaq Timur Jeltenkovdu. Timuru çox sayda uşağın iştirak etdiyi müsabiqədə seçmişik. O, sosial layihədə yazılar hazırlayacaq, həmyaşıdlarından müsahibələr götürəcək. Ötən il bu missiyanı Rəna Əliyeva yerinə yetirmişdi.
- Turnir nə vaxt başlayıb hansı tarixdə bitəcək? “Sabah”ın üzvləri hansı komandaların heyətində yer alacaq? Zəhmət olmasa, turnir barədə daha ətraflı danışardız.
- R.Ə.: Mayın 28-də yola düşürük. İyunun 1-də Madriddə Çempionlar Liqasının finalını birlikdə izləyib geri qayıdacağıq. Yarışın detallarına gəlincə, futbolçuların hansı komandalarda iştirak edəcəyi püşkatma nəticəsində bilinəcək. Qarışıq heyətlər olacaq. Püşk atılmadığından hələ ki dəqiq nəsə demək olmur.
- “Sabah”dan öncə müraciət etdiyiniz klublar olmuşdu?
- R.Ə.: Buna qədər “Şahdağ”ın məlum yaş qrupundakı uşaqlar həmin layihədə iştirak etmişdi. Bu ilə isə ilk müraciətimiz “Sabah”a oldu və dərhal müsbət cavab aldıq.
- İ.İ.: Tunirdə iştirak etmək işin marketinq tərəfindən də bizim üçün maraqlıdı. “Sabah” yeni klubdu, beynəlxalq arenalarda tanınması üçün bu cür layihələrin rolu ola bilər. Bir məqamı da qeyd edim ki, “Dostluq üçün futbol” ardıcıl 7 ildi keçirilir. Təşkilatçılar turnirin final mərhələsinin təqvimini mötəbər yarışlara uyğun qururlar. Məsələn, ötənilki iştirakçılar dünya çempionatının açılış oyununu canlı izləmişdisə, bu dəfə Çempionlar Liqasının finalına stadiondan baxacaqlar. Layihədə əsas məqsəd kütləvilikdi. Gördüyünüz kimi, iki futbolçu ilə yanaşı, bir qız və bir jurnalist də Madridə yollanacaq. Fərqli mentalitet, fərqli dünyagörüşü, fərqli mədəniyyətə sahib uşaqların turnirdə üz-üzə gəlməsi, dostlaşması olduqca yaxşı haldı.
- Bunun üçün ingilis dili biliyi də vacibdi. Bu uşaqların xarici dil savadı var?
- İ.İ.: Layihənin əsas tələblərindən biri də ingilis dili biliyidi. Bu gün nəinki uşaq, hətta peşəkar futbolumuzda da dil biliyi ilə bağlı problem var. Bu baxımdan öz üzərilərində işləmirlər. Bu uşaqların kifayət qədər beynəlxalq dil sayılan ingilis dili bilikləri var. Belə deyim, özlərini idarə idəcək qədər varlarıdı. Qarşıda bir aya yaxın vaxt var deyə, hər birinə ingiliscələrini təkmilləşdirmək tapşırığı verilib. Hətta Samir müəllimin özü də ingilis dili kurslarına yazılıb.
S.Ə.: Yaxşı sual verdiz. Müasir futboldan danışırıqsa, həm futbolçular, həm də biz məşqçilər ingilis dilini bilməliyik. Artıq o vaxtlar deyil, 21-ci əsrdəyik. Ona görə də rəhbərliyim altında oynayan uşaqlara dil öyrənməyin vacibliyini söyləyirəm. Nəinki bu layihə çərçivəsində, nə vaxtsa hansısa turnirdə iştirak edəndə, yaxud gələcəkdə əcnəbi klublardan birinə transfer olunanda dil biliyi əsas tələblərdən biri olur. Xarici dil bilmədən legioner həyatı yaşamaq demək olar mümkün deyil. Çünki daim komanda yoldaşlarınla, məşqçilərlə ünsiyyətdə olmalısan. Belə deyim, Madriddəki 4-5 gün bizim üçün yaxşı məktəb olacaq.
- Maliyyəni kim qarşılayacaq: klub, yoxsa təşkilatçılar?
- R.Ə.: Bilet, məskunlaşma, qidanlanma – bütün xərclər “Qazprom” şirkəti tərəfindən qarşılanacaq.
- Məlum turnirdə əcnəbi agentlərin, skautların bu uşaqlarla maraqlanması mümkündü?
- R.Ə.: Dediyimiz kimi, bu, sosial layihədi. Əsas məqsəd uşaqların bir-birini yaxından tanıması, dostlaşmasıdı. Uşaqların adları püşkatmayla “Qırmızı kitab”a daxil olan heyvanların adlarını daşıyan komandalara salınacaq. Məsələn, ötən il yarışın qalibi “Şimpanze” komandası olmuşdu. Orda başqa ölkələrdən gələn məşqçilər olacaq. Bizdən Samir müəllim iştirak etdiyi kimi, Avropa ölkələrindən də məşqçilər təşrif buyuracaq. Ola bilsin, hansısa uşaq hansısa məşqçinin diqqətini çəkə bilər.
- İki futbolçudan biri qapıçı, digəri hücumçu olmalıydı, yoxsa adları özünüz müəyyənləşdirdiz?
- S.Ə.: Akademiyada kifayət qədər bacarıqlı uşaqlar var. Amma Madridə yollanacaq uşaqlar U-12-nin üzvləri olmalıydı. Çünki turnirdə ancaq bu yaş qrupundan olan futbolçulardı. İki nəfər seçməliydim ki, Ayxanla Babamirzəyə üstünlük verdim. Az öncə dediyim kimi, müxtəlif yarışlarda ən yaxşılardan olublar. Mövqe fərq etmirdi, sadəcə, iki nəfərin adını göndərməliydik. Əslində, belə olması yaxşıdı. Bundan sonra digərləri də öz üzərilərində məsuliyyət hiss edəcəklər.
- Digər ölkələrin təmsilçiləri yüksək dəstənin uşaq komandalarıdı?
- (sualı “Sabah”ın mətbuat katibi Elnur Həmidov cavablandırır) Hər cür komandalar var, hətta tanınmışlar da. Məsələn, ötən il “Bavariya” və “Real”ın komandaları da iştirakçılar arasındaydı.
- Qalib komanda nəylə mükafatlandırılacaq?
- R.Ə.: Kubok, medallar və müxtəlif hədiyyələr olacaq.
İ.İ.: Açığı, bizim üçün əsas olan turnirdə iştirak etməkdi. Söhbət sosial layihədən gedirsə, qalibiyyət, yaxud məğlubiyyət xüsusi rol oynamır. Yarışın adından göründüyü kimi, dostluq üçün futboldu.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar