23 apr 13:40olke

Bəhlul Mustafazadə “Seltik” variantını təkzib etdi

Bəhlul Mustafazadə “Seltik” variantını təkzib etdi
Bezotosnı iki-üç həftə “Qəbələ”yə kömək edə bilməyəcək
Son günlər mediada "Qəbələ"nin müdafiəçisi Bəhlul Mustafazadənin karyerasını Şotlandiyada davam etdirəcəyi ilə bağlı xəbərlər dolaşır. Adını çəkdiyimiz ölkənin aparıcı idman portallarından biri olan “dailyrecord”un yaydığı xəbərə inansaq, “qırmızı-qaralar”ın 22 yaşlı mərkəz müdafiəçisini Şotlandiyanın ən titullu klublarından olan "Seltik" transfer etmək istəyir. Xəbərdə bildirilir ki, yayda Sedrik Boyata "Herta"ya keçəcəyi, Filip Benkoviç isə "Lester"ə qayıdacağı üçün Şotlandiya təmsilçisi yeni müdafiəçi axtarışına çıxıb. Mustafazadənin klubun yay toplanışına dəvət ediləcəyi qeyd olunub. Futbolçumuz özünü yaxşı tərəfdən göstərə bilsə, müqavilə imzalanacaq.
Şotlandiya mətbuatında gedən xəbərlə bağlı əvvəlcə şimallıların meneceri Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq. Səbuhi bəy yayılan xəbərin həqiqətəuyğun olmadığını bildirdi: “Bu günə kimi nə kluba, nə də futbolçunun özünə “Seltik”lə bağlı heç kim müraciət etməyib. Belə bir şey olsaydı, ən azı klub olaraq bizim də xəbərimiz olardı. “Dailyrecord”da yayılan xəbərin heç bir əsası yoxdu”.
Mustafazadənin “Qəbələ” ilə anlaşmasının müddətinin yayda başa çatacağını nəzərə alıb, düşündük ki, ola bilsin, ya hansısa agent, ya da “Seltik”in skautları klubla yox, birbaşa futbolçunun özü ilə təmasa girib və onu yayda baxışa dəvət ediblər. Ancaq U-21-in sabiq üzvü ilə söhbətdə məlum oldu ki, o da yazılanlardan xəbərsizdi: “Mənim heç bir agentlə əməkdaşlıq barədə müqaviləm yoxdu. Ancaq bəzən qulağıma çatır ki, bu işlə məşğul olan kimlərsə məni hansısa komandaya təklif edir, barəmdə əcnəbi klublara məlumat ötürürlər. "Seltik"in mənə maraq göstərməsinə, yayda baxışa dəvət etməsinə gəlincə, həqiqətən də bu haqda mənə heç kim heç nə deməyib. Bu üzdən yayılan xəbərə hansısa formada münasibət bildirməyim düzgün çıxmaz. Ancaq ümumi götürəndə fikrimdə legioner həyatı yaşamaq, Avropaya üz tutmaq planı var. Bunun nə vaxr reallaşacağı isə özümdən asılıdı. İlk növbədə şərəfini qoruduğum klubda və millidə özümü yaxşı tərəfdən göstərməliyəm ki, mənə təklif gəlsin. Hazırda bütün fikrim “Qəbələ”dədi. Məqsədim bu komanda ilə qitəmiqyasılı turnirə vəsiqə qazanmaqdı. Yetirməsi olduğum klubla anlaşmamın müddəti mövsümün sonunda başa çatır. Hələ ki müqavilənin artırılıb-artırılmayacağı ilə bağlı rəhbərliklə söhbətim olmayıb. Yəqin ki, indi hamının başı çempionata qatışdığından mövsümün sonunu gözləyirlər”.
“Qəbələ”dən söz düşmüşkən, onu da bildirək ki, son turda “Zirə” ilə oyunun ilk yarısında zədələnən Dmitri Bezotosnının durumuna aydınlıq gəlib. Ukraynalı qolkiperin omba nahiyəsində əzələsi dartılıb. Belə zədələrin bərpası isə minimum iki həftə çəkir. Bir sözlə, Bezotosnı təxminən 3 həftədən sonra yaşıl meydana dönə biləcək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar