23 apr 13:36olke

“Araz Naxçıvan” bizim üçün “sirli qutu”du”

“Araz Naxçıvan” bizim üçün “sirli qutu”du”
Qəzənfər Abbasov yenə finalı arzulayır
Məlum səbəbdən Region Liqasının yarımfinallarından biri - “FC Baku” ilə “Şahdağ” arasında keçirilməli olan qarşılaşma qeyri-müəyyən müddətə təxirə salınıb. Digər cütdə isə görüş baş tutacaq. Bu gün Binə İdman Kompleksinin meydanında liqanın ötənilki qalibi “Uğur” “Araz Naxçıvan”la üz-üzə gələcək.
Görüşün başlamasına saatlar qalmış Sumqayıt təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxlayıb, düşərgədəki son durumla maraqlandıq. Abbasov komanda daxilində ab-havanın yüksək olduğunu söyləməklə yanaşı, onları narahat edən məqama da toxundu: “Həftəboyu “Kapital Bank Arena”nın süni meydanında “Araz Naxçıvan”la matça hazırlaşmışıq. Görüşün baş tutacağı Binə stadionunun örtüyü süni olduğundan belə qərar verdik. Qarşılaşmadan öncə komanda “Sumqayıt Plaza” otelində məskunlaşıb. Əsas məqsədimiz ötən il olduğu kimi, bu dəfə də finala vəsiqə qazanıb, həlledici görüşdə qalib gəlməklə çempionluğu bayram etməkdi. Şükürlər olsun ki, sabahkı (bugünkü) qarşılaşma ərəfəsində kollektivdə heç bir itki yoxdu. Bütün futbolçular məşqlərdə iştirak ediblər, optimal formadadılar. Bir matçdan ibarət olan yarımfinalda qalib gəlib azarkeşlərimizi sevindirmək istəyirik”.
Qəzənfər bəy “Araz Naxçıvan” barədə məlumat toplaya bilmədiklərinə görə bir qədər narahat olduqlarını vurğuladı: “Yarımfinalda “Araz Naxçıvan”la qarşılaşacağımız məlum olandan sonra rəqib barədə məlumat toplamağa çalışdım. Bunun üçün ilk növbədə onların Muxtar Respublikanın daxili çempionatında keçirdiyi oyunların disklərini əldə etmək istəyirdim. Təəssüf ki, çox cəhd etsək də, istəyimizə çatmadıq. Ona görə də “Araz Naxçıvan” hazırda bizim üçün “sirli qutu”du. Bu gün axşam saatlarında mənə dedilər ki, dünəndən Bakıya gələn Naxçıvan çempionu bu gün “Neftçi”nin “köhnə bazası”nda məşqə çıxıb. Bu haqda əvvəlcədən bilgim olsaydı, ya özüm, ya da köməkçilərimdən biri rəqibin hazırlıq prosesini izləyər, az da olsa, məlumat əldə edə bilərdik. Bu məsələdə gecikdik. Lakin üzülməyə dəyməz. Artıq gedən qatarın dalınca baxmağın faydası yoxdu. Çox maraqlıdı ki, “Araz Naxçıvan”ın heyətində çıxış edən futbolçuları da tanımırıq. Mənə divizionda çıxış etmiş, hazırda onların şərəfini qoruyan bir-iki oyunçu barədə bilgi ötürsələr də, bu ümumi komandanı tanımaq üçün yetərli deyil. Odu ki, finala vəsiqə verəcək görüşdə öz oyunumuzu oynayıb, rəqibə diqtə edən tərəf biz olmalıyıq. Öz futbolçularıma güvənirəm və inanıram ki, finaldakı komandalardan biri məhz “Uğur” olacaq. Bildiyimə görə, “Araz Naxçıvan”la matçda azarkeşlərimiz də bizi tək buraxmayacaqlar. Fanklubumuz təxminən 50-yə yaxın üzvü sabah (bu gün) Binə stadionunun tribunasında olacaq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı Bütün xəbərlər
Ən çox oxunanlar