21 apr 12:54olke

Tərlan Əhmədov futbolçulardan şübhələnir

Tərlan Əhmədov futbolçulardan şübhələnir
Qurban Qurbanov: “Çempionluq mübarizəsi sona qədər davam edəcək”
Mətbuat konfransına adəti üzrə öncə qonaq komandanın çalışdırıcısı Tərlan Əhmədov təşrif buyurdu. Olduqca üzgün görünən təcrübəli çalışdırıcı oyunla bağlı fikirlərini səsləndirəndən sonra jurnalistlərin suallarını cavabladı: “Qarabağ” çempionluq yolunda vacib 3 xalını qazandı. Buna görə rəqibi təbrik edirəm. Son oyunlarda buraxdığımız kobud səhvlər məni çox məyus edir. Bu cür uşaq səhvləri məni yorur. Nə qədər danışırıq, komandanı hazırlayırıq, xeyri yoxdu. Ən çox da gənc qapıçımızın ağır zədələnməsinə üzüldüm. Dua edirik ki, xoş xəbər eşidək. Onsuz da itirə-itirə gedirik. Şahini də itirsək, qarşıdakı 3 oyunda bir qapıçının ümidinə qalacağıq. Məğlubiyyət olar. Lakin xüsusən ikinci hissədə baş verən hadisələr bizdə başqa fikirlər formalaşdırır. Hər halda, sakitliyi qorumağa, çıxış yolları tapmağa çalışıram”.
- Şahin xəstəxanaya aparıldı?
- Bəli, hazırda xəstəxanadadı. Burnu və gözünün altındakı çanaq sınıb. MRT olunmalıdı, ondan sonra durumuna aydınlıq gələcək.
- Etiraza görə texniki zonadan uzaqlaşdırıldız. Nəyə etiraz edirdiz?
- Əsas Zəkiyevə qarşı kobudluğa göz yumulmasına. Buna qədər də Kamaraya lazımsız sarı vərəqə verilmişdi. Kamaranın 3 “sarı”sı vardı, bu 4-cü oldu və növbəti oyunu buraxacaq. Biz də uzun illər futbol oynamışıq, nələrisə başa düşürük. Orda heç bir dirsək əlaməti yox idi. Görünür… Ağlıma çox şey gəlir. Hər halda, bunu araşdıracağıq.
- Kobudluğa görə Mahirə “qırmızı” verilməliydi, yoxsa ilk qol qeydə alınmamalıydı?
- Hakim qapıçıya təzyiqi görməli və qolu qeydə almamalıydı.
- Daim güvəndiyiniz oyunçulardan olan Mitroviçin fasilədən sonra meydana çıxmaması nə ilə bağlıydı?
- Yorulmuşdu, mövqeyində boşluqlara yol verirdi. Ona görə də əvəzləmək məcburiyyətində qaldım.
- İkinci hissəyə şübhə ilə yanaşdığınızı gizlətmədiz. Bir az açıq danışa bilərsiz?
- “Zirə” və “Sumqayıt”la oyunlara nəzər salsaq, bütün qolları fasilədən sonra buraxmışıq. Bu komanda yaydan bəri ilk hissənin əvvəlində və sonlarında qol buraxırdı. Qış fasiləsindən sonra isə əsasən ikinci yarıda qapımızda top görürük. Bu da istər-istəməz adamda bəzi fikirlər yaradır. Bir deyil, iki deyil, beş deyil… Bunlar araşdırılmalıdı. Təəssüf ki, araşdırmağa vaxtımız yoxdu. Mənim yerimdə siz olsaz, ağlınıza çox fikir gələ bilər.
- Kontorlarla işbirliyi ola bilər?
- Onun necə oynanıldığını bilmirəm. Ona görə də imanımı yandırıb, kiminsə haqqına girmək istəmirəm.
Əhmədovdan sonra media mənsubları önündə Qurban Qurbanov əyləşdi. Lakin onun da üz cizgiləri həmkarınınkından fərqlənmirdi. Sanki komandası 3:0 qələbə qazanmamışdı, bu hesabla uduzmuşdu. Matçla bağlı fikirləri belə oldu: “Kənardan baxanlar rahat qələbə qazandığımızı düşünə bilər. Lakin qətiyyən belə deyil. “Keşlə”lilər hətta 3:0-dan sonra da təzyiq göstərirdilər. Bu gün qalib gəlməkdən başqa meydanda yaxşı futbol və gərgin mübarizə izlədik. Nəticədən və komandamın çıxışından razı qaldım”.
- Bu gün Araz Abdullayevin ad günüydü. Qələbəni ona həsr etdiz, yoxsa…
- Bu məsələni futbolçular öz aralarında həll edəcəklər (gülür). Belə günlər olur, qeyd edirlər. Yaş üstə yaş gələndə sevinirik. Amma futbolçular bundan narahat olmalıdılar. Yaşa dolurlar, ömürdən gedir. Bacardıqca peşəkar olmalıdılar. Şans hər zaman ələ düşmür, ona görə də bundan maksimum yararlanmaq lazımdı. Araza isə karyerasında uğurlar arzulayıram.
- Dekabrdan bu yana “Keşlə”ni 5:1, 3:0, “Sumqayıt”la “Zirə”ni 6:0, “Sabah”ı 3:0 hesabı ilə darmadağın etmisiz. Bu nəticələr “Neftçi”yə çempionluq yolunda gözdağıdı, yoxsa Avroliqa və Millətlər Liqası kimi yarışlardan sonra futbolçular tam bacarığını nümayiş etdirməyə başlayıb?
- Qətiyyən “Neftçi”ylə bağlı elə bir fikrimiz yoxdu. Özümüzü göstərmək üçün oynamırıq, işimizi görürük. Futbolçulardan hər oyun daha yaxşı çıxış etməyi tələb edirik. Dünya futbolunda belə hesablar çox olur. Hətta önəmli turnirlərdə də. Ola bilsin, dekabra qədər həddən artıq ağır qrafikdə oynamağımız hardasa özünü göstərirdi. Çətin dönəm idi. Hətta böyük hesabla udduğumuz bəzi oyunlarda bizim üçün heç də asan olmayıb. Qətiyyən rahatlıq olmamalıdı, hər cür təhlükəni göz önünə almalıyıq.
- Bir neçə saat öncə “Sabah” rəhbərliyi Təmkin Xəlilzadəni intizam qaydalarını dəfələrlə pozduğuna görə komandadan kənarlaşdırdı. Həmin futbolçu ki, vaxtilə rəhbərliyiniz altında yığmada çıxış edib. Millidə özünü necə aparırdı?
- Belə bir məlumatım yoxdu. Yığmada çalışdığım müddətdə bütün futbolçulardan razı qalmışam. Ciddi bir problemlə üzləşməmişdim. Nəsə olmuşdusa da, məncə, xəbəriniz olmuşdu.
- “Neftçi”nin “Səbail”lə mümkün heç-heçəsi “Qarabağ”a çempion olmağa bəs edəcək?
- Mövsümün əvvəlindən bəri rahat dönəm olmayıb. Daim xal fərqi ilə bağlı dəyişikliklər olub. Xatırlayırsızsa, qış fasiləsindən sonra demişdim ki, çempionatın sonuna qədər xal itkilərimiz çox olacaq. Hələ də həmin fikirdəyəm. Qarşıda 3 oyun var və çox şey ola bilər. Hər komandanın qarşısında hansısa hədəf var. Ona görə də hamı öz mənafeyini düşünür, yaxşı nəticə qazanmağa çalışır. Belədə sürpriz nəticələr də qeydə alına bilir. Çempionluq mübarizəsi sona qədər davam edəcək.
- Kubokun finalının Naxçıvanda keçirilməsinə 2 il öncə ordakı şəraiti canlı görmüş məşqçi kimi münasibətiniz necədi?
- Bu, biz məşqçilərə aid məsələ deyil. Çempionatı keçirən qurum var, onlar nə məsləhət bilsələr, əməl etmək məcburiyyətindəyik. Hamı yaxşı stadion, yaxşı meydan, yaxşı şərait görmək istəyir, o cümlədən də biz. Düzdü, hələ finala yüksəlməmişik və bu haqda danışmaq tezdi. Lakin hansı qərar verilməsindən asılı olmayaraq, hörmətlə yanaşmağa borcluyuq. Hər halda, bölgələrdə böyük futbolun olması və təbliği baxımından atılan addımdı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar