21 apr 12:29olke

Zaur Axundov araşdırmaya ehtiyac duyur

Zaur Axundov araşdırmaya ehtiyac duyur
“Mövsüm başa çatandan sonra müəyyən qərarlar qəbul olunacaq, dəyişikliklər qaçılmazdı”
“Qarabağ” – “Keşlə” görüşünü izləyənlər arasında Zaur Axundovu da görmək mümkün idi. “Qırmızılar”ın Müşahidə Şurasının sədri 90 dəqiqəni canlı izləyib yekun nəticəni görəndən sonra, təbii ki, üzgün idi. Odu ki, oyundan sonra paltardəyişmə otağına baş çəkən Axundovu danışdırmaq şansını əldən vermədik.
- Komandanız növbəti oyunu da məğlubiyyətlə başa vurdu. Matçdan əvvəl “Keşlə”nin sürpriz nəticəyə imza atacağını gözləyirdiz?
- İlk hissəni demirəm, amma ikinci yarıda komandamız heç nə ilə yadda qalmadı. Fasiləyə qədər yenə heç olmasa, hərəkətlilik var idi. İkinci 45 dəqiqədə futbolçular dayandı. Bununla bağlı söhbətimiz olacaq. Rəqib də “Qarabağ” idi, səviyyəsi göz qabağındadı.
- Xeyli sayda legioneriniz var, ona görə də heyət kasadlığından danışmağınız mümkünsüzdü. Çıxış yolunu nədə görürsüz?
- Sizinlə tam razıyam. Özümüz də işləyirik, nəsə etməyə çalışırıq. Futbolçuların maaşla, yaxud şəraitlə bağlı heç bir problemi yoxdu. Elə bir səbəb yoxdu ki, özümüzdə günah görüm. Hər şeyi artıqlamasıyla edirik. Ya özlərindəki inamı itiriblər, ya nədisə bilmirəm. İclaslar keçiririk, futbolçularla müntəzəm söhbətlər edirik. Özümə də maraqlıdı.
- Futbolçular ardıcıl yenilgilərin səbəbini nədə görür?
- Soruşuram, cavab verə bilmirlər. Hər dəfə “dəyişiklik olacaq” deyirlər, amma ortada heç nə yoxdu. Birinci hissəni oynayırlar, fasilədən sonra komandada nə baş verirsə, nə mən, nə də baş məşqçi bunu aydınlaşdıra bilirik.
- Bəlkə komandanın premyer-liqada qalacağına arxayındılar.
- Elə bir arxayınlıq olmamalıdı.
- Finişə 3 tur qalıb. Nəyə ümid edirsiz?
- Futboldu, hər şey ola bilər. Hədəfimiz maksimum xal qazanmaqdı. Futbolçularla görüşəcəyik, bu oyunla bağlı araşdırmalarımız olacaq. Özüm də komandadan kənarda deyiləm. Demək olar, hər gün məşqlərdə yaxından iştirak edirəm. Özləri də bilir ki, adımıza yaraşmayan pillədə qərarlaşmışıq. Sona yaxındı, futbolçular da, mən də, baş məşqçi də var gücümüzü ortaya qoymalıyıq ki, bu böhrandan çıxaq.
- Futbol ictimaiyyətində növbəti mövsümdə premyer-liqa iştirakçılarının sayının 10-a çatdırılmasına dair ümid var.
- Ötən mövsüm kuboku başı üzərinə qaldıran, qış fasiləsindən sonra uğurlu nəticələrlə yadda qalan komanda belə vəziyyətdədisə, mən bunu böhran adlandırardım. Uşaqlar çalışır, istək görürəm. Sadəcə, bəzi oyunlarda bəxtimiz də gətirmədi, qol şanslarını boşa verdiyimizi xatırlayıram. Bu dəqiqə əsas istəyimiz sonuncu pillədən qurtulmaqdı. Bunun üçün son 3 oyunda bacardığımız qədər çox xal toplamalıyıq.
- Bəs son pilləni tərk etmək mümkün olmasa? Hansısa dəyişikliklər mümkündü?
- Əvvəldən proqnoz vermək istəmirəm. Təbii, mövsüm başa çatandan sonra müəyyən qərarlar qəbul olunacaq. Dəyişikliklər qaçılmazdı. Baş məşqçi və məşqçilər heyəti ilə söhbətimiz olacaq. Yenə deyirəm, bu gün yalnız və yalnız qarşıdakı 3 görüşü fikirləşirik.
- Uzun illərdi futzala rəhbərlik edirsiz və ayrı-ayrı dövrlərdə uğurlu nəticələriniz olub. “Keşlə”dəki ardıcıl məğlubiyyətlər sizi bezdirmir?
- Xeyr, qətiyyən. Əlbəttə, ardıcıl yenilgilər mənə ağır gəlir. 10 ildən çoxdu futzaldayam. Futbol ictimaiyyəti yığmanın, ya da “Araz”ın uğurlarını görməyə alışıb. Orda da hər zaman qalib gəlməmişik, uğursuzluqlarımız da olub. İdman olan yerdə udmaq da var, uduzmaq da. Sadəcə, biri var mübarizə aparıb məğlub olasan, biri də var... Bir neçə dəqiqə öncə bu sözləri futbolçulara da dedim. Razıyam, rəqib “Qarabağ”dı, təcrübəlidi, səviyyəsi var. Açıq deyirəm, ikinci hissədə futbolçularda xarakter, istək görmədim. Uduzmaqdan çox bu mənə təsir edir.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar