19 apr 13:38olke

Nizami “Çərkəzköy 1911”dən ayrıldı

Nizami “Çərkəzköy 1911”dən ayrıldı
“Formada olmamağım özünü göstərirdi”
Futboldan ömürlük uzaqlaşdırılmasına baxmayaraq, həvəskarlar liqasında oynamasında problem olmayan Nizami Hacıyev bir müddət öncə Türkiyənin BAL liqasında mübarizə aparan “Çərkəzköy 1911” ilə anlaşmışdı. Hətta bir neçə gün öncə həmyerlimizin yeni komandasındakı durumu haqda məlumat vermişdik.
Martda ardıcıl 3 oyunda meydana çıxan, üst-üstə 39 dəqiqə oynamaq imkanı qazanan və 2 sarı vərəqə alan Nizami “Adaspor”la görüşdə ehtiyatda qalmış, “Kavaklıspor”la qarşılaşmada adı, ümumiyyətlə, protokola salınmamışdı. Düşünmək olardı ki, meydana çıxmaması zədə alması ilə bağlıdı. Lakin aprelin 16-da “İstasyonspor”la baş tutan matçda da Hacıyev soyadına “18-lik”də rast gəlmək mümkün olmadı. Bu artıq ortada hansısa müəmmanın olması demək idi. Ağla gələn ilk sual isə budu: olmaya klub rəhbərliyi Nizaminin peşəkar futboldan uzaqlaşdırılmasından indi xəbər tutub və bu addımı atıb?
Sabiq “Keşlə”linin çıxışını diqqət mərkəzində saxladığımızdan məlum durumla bağlı fikrini öyrənmək üçün dünən onunla əlaqə saxladıq. Eşitdiklərimiz heç də xoş olmadı: “Artıq Moskvadayam, iki gün əvvəl bura gəldim. Səbəb isə “Çərkəzköy 1911”dən ayrılmağımdı. Bildiyiniz kimi, uzun müddət futboldan uzaq düşmüşdüm. Düzdü, fərdi məşqlər edirdim, lakin bu, kollektiv çalışmaların yerini vermir. Türkiyəyə gedəndə də birbaşa oynamağım yox, növbəti mövsümə hazırlaşmağım nəzərdə tutulmuşdu. Komandada vəziyyət eləydi ki, liqada qalmaq üçün mübarizə aparırdılar. Ona görə də məşqçilər təcrübəmi nəzərə alıb bir neçə oyunda mənə şans verdilər. Lakin formada olmamağım özünü göstərirdi. Həm oyun təcrübəm yoxdu, həm də bir az artıq çəkim var. Belə olan halda isə ayağımda ağrılar hiss edirdim. Artıq mövsümün sonudu və məlum məsələdi ki, bir-iki həftəyə lazımi formanı yığa bilməyəcəm. Ona görə də komandadan ayrılmağı qərara aldım. Dediyim kimi, sözləşməmiz növbəti mövsüm üçün nəzərdə tutulmuşdu. Orda oynamağımla bağlı heç bir problem yoxdu. Sənədlərim qaydasındadı, klubdakılar da məni tanıyır. Sağlıq olsun, yaydan etibarən karyeramı yenidən Türkiyədə davam etdirəcəm”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Bu gün, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Bu gün, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Bu gün, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Bu gün, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Bu gün, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Bu gün, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar