19 apr 12:58olke

Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı

Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı
Elxan Məmmədov: “İstərdik ki, bu komanda premyer-liqada iştirak etsin”
Ötən həftənin şənbə günü AFFA-nın baş katibi Elxan Məmmədov Gəncə və Tovuza səfər etmişdi. Onun bu “reyd”indən sonra "Kəpəz”də hansı dəyişikliklərin baş verəcəyi maraqla gözlənilir. Qey edək ki, baş katib qərb bölgəsinə səfəri zamanı Tovuz və Gəncə stadionuna baş çəkib. Amma nə "Turan Tovuz”un, nə də "Kəpəz”in gələcək taleyi ilə bağlı konkret qərar yoxdu. Bölgə təmsilçilərinin gələn mövsüm elitada çıxış edib-etməyəcəyi hələ də dəqiqləşməyib. Ancaq sport7.az saytının məlumatına görə, bu səfərdən sonra “sarı-göylər”də ilk ayrılıq gerçəkləşib. Belə ki, Məmmədov Gəncədən qayıtdıqdan sonra "Kəpəz”in rəisi Ruslan Nağıyev klubdan ayrılıb. Komandanın rəisi vəzifəsini daşıyan Nağıyev özü ərizəsini yazıb. Onun yerinə yeni təyinat olmayıb.
Yeri gəlmişkən, AFFA Tovuzdan sonra Gəncədə də futbol akademiyası açacaq. Bu haqda AFFA-nın baş katibi Elxan Məmmədov "Kəpəz" telekanalına açıqlamasında məlumat verib. Məmmədov federasiya rəhbərliyinin artıq akademiya ilə bağlı tapşırıq verdiyini bildirib: "Gəncədə də futbol akademiyasının yaradılması üçün müvafiq tapşırıqlar verilib. Bununla bağlı bəzi hesabatlar hazırlayacağıq. Gəncədə hazırda neçə idman məktəbi fəaliyyət göstərir, stadion ərazisində infrastrukturu harda yerləşdirmək olar və bu kimi başqa məsələləri İcraiyyə Komitəsinin növbəti iclasında təqdim edəcəyik. AFFA rəhbərliyi bu tapşırığı verib və çalışacağıq ki, göstərişləri yerli İcra Hakimiyyəti ilə birgə, dəstəyi ilə qısa zamanda yerinə yetirək".
Daha sonra stadionun iki il öncə yenilənən əsas meydanını nəzərdən keçirən baş katib şəhərin ən böyük futbol arenasının tezliklə təmir olumasını arzuladıqlarını dilə gətirib: “Təbii, biz də istəyərdik ki, stadion təmir olunsun, bərpa edilsin və yaxın gələcəkdə bunun olacağına ümid edirik. Amma o vaxta qədər dövlətin dəstəyi ilə məşq meydanları inşa olunacaq. Növbəti mövsümdən öncə bu meydanlar fəaliyyətə başlayacaq”.
Məmmədov “Kəpəz”in növbəti mövsümdə premyer-liqaya buraxılması məsəlinə də toxunub: "Kəpəz” üç il öncə premyer-liqaya yüksəldi və uğurlu nəticə göstərdi. Hətta avrokuboklarda da ilkin mərhələni adladı. Bu sevindirici haldı. Amma indi nəsə etmək istəsək, təməldən etməliyik. Yəni bütün yaş qruplarında komandaların olmasını nəzərə almalıyıq. Bu, çox önəmlidi. Biz də istərdik ki, “Kəpəz” premyer-liqada iştirak etsin. Lakin bütün şərtlərə cavab vermək lazımdı ki, sağlam, təməlli klub kimi fəaliyyət göstərsin”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar