17 apr 16:21olke

İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi

İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi
Kamran Əlibabayev: “Qusar stadionunda işlər dayandırılıb”
Aprelin 23-də Region Liqasında yarımfinal qarşılaşmalarının keçiriləcəyindən xəbəriniz var. Ötən saylarımızın birində bu haqda məlumat vermişdik. Onu da bildirmişdik ki, Sumqyıtdakı Mehdi Hüseynzadə adına stadionda “Şahdağ”la “FC Baku”, “Bayıl Arena”da isə “Uğur”la “Araz Naxçıvan” üz-üzə gələcək. Bir oyundan ibarət olan yarımfinalda qalib gələn komanda finala adlayacaq. Məğlublar isə bürünc medallar uğrunda mübarizə aparacaqlar.
Bir həftədən sonra baş tutacaq qarşılaşmalar ərəfəsində “dördlər finalı”na vəsiqə qazanan kollektivlərin baş məşqçiləri, rəhbərləri ilə əlaqə saxlayıb, vacib oyunlara necə hazırlaşdıqlarını sizlərlə bölüşməyə qərar verdik. Bu məqsədlə dünən Qusar təmsilçinin baş məşqçisi Kamran Əlibabayevi aradıq. Onunla danışan zaman məlum oldu ki, “Şahdağ” həmin an “Şirvanovka” ilə yoxlama oyunu keçirir. Buna baxmayaraq, baş məşqçi bizi maraqlandıran sualları cavabladı.
- Yarımfinal ərəfəsində komandada ab-hava necədi?
- Hər şey qaydasındadı. Komanda gündəlik məşqləri davam etdirir. Sizinlə danışan zaman bu il Region Liqasında debüt etmiş “Şirvanovka”nın meydanında yoxlama görüşü keçiririk.
- “FC Baku” ilə oyuna qədər daha neçə yoxlama oyunu keçirməyi planlaşdırırsız?
- Vaxt az olduğundan yalnız bir oyun keçirməyi planlaşdırmışıq. Əsas diqqətimizi məşqlərə yönəltmişik.
- Ötən mövsümdən fərqli bu dəfə “Şahdağ” yarımfinala vəsiqə qazanmağı bacardı. Komandanın sponsoru olan AZENCO buna görə futbolçulara əlavə mükafat verdi?
- Xeyr. Hələ ki bizə heç nə verilməyib.
- Bəs çempion olacağınız təqdirdə AFFA-nın ayırdığı mükafatdan əlavə sponsor futbolçuların əziyyətini dəyərləndirməyi planlaşdırır?
- Nə deyim? Bununla bağlı bizə heç nə deyilməyib. Əsas məqsədimiz çempion olub birinci dəstəyə yüksəlməkdi. İndi bütün komanda bu haqda düşünür. Özünüz də bilirsiz ki, “Şahdağ” uzun illər premyer-liqada və birinci dəstədə çıxış edib. Bu klubun tarixi ənənəsi var. Görün “Şahdağ”dan kimlər çıxıb?! Müstəqillik illərində müxtəlif yaş qrupları üzrə yığmalarda, ölkənin əsas komandasında, eləcə də aparıcı klublarda daim Qusar futbolunun yetirmələri olub. Bu da ondan irəli gəlir ki, bu rayonda futbola maraq var. Qusarda istedadlı uşaqların sayı çoxdu. Sadəcə, bir qədər diqqət və qayğı lazımdı. Çox istərdik ki, Qusar təmsilçisi yenidən peşəkar liqada çıxış etsin. Əsas hədəfimiz budu.
- Yenidən birinci diviziona dönmək istədiyiniz bildirdiz. Bəs bununla bağlı AFFA rəhbərliyi ilə görüşüb müzakirələr aparmısız? Heç kimə sirr deyil ki, bizdə idman prinsiplərindən çox assosiasiyanın verəcəyi qərar önəmlidi.
- Mən kiməm ki?! Bu suallar baş məşqçiyə aid deyil. Mənim işim komandanı oyunlara hazırlamaqdı. Belə işlərlə sponsor, kluba rəhbərlik edən şəxslər məşğul olmalıdı. Bizə deyilib ki, AFFA rəhbərliyi ilə görüş olacaq. Nə vaxt, harda - artıq bu barədə məlumatımız yoxdu.
- Danışığınızdan belə başa düşdüm ki, sponsor komandaya əvvəlki kimi diqqət ayırmır...
- (bir qədər susur). Elə deməzdim. Sadəcə, son ayda maaşla bağlı bir qədər yubanma olub. Belə gecikmələr premyer-liqa klublarında da yaşanır. Yəqin ki, aprelin 20-dək futbolçuların əməkhaqqı ödəniləcək.
- Cari mövsümdə ev oyunlarınızı Siyəzəndə keçirməyə məcbur olduz. Qusar stadionunda vəziyyət necədi, təmir gedir?
- Xeyr. İşlər dayandırılıb.
- Niyə?
- Səbəbini bilmirəm. Bunu aidiyyatı qurumdan soruşsaz, yaxşı olar. Təmir işləri ilə AZENCO məşğul olur.
- Deyəsən, doğrudan da sponsor sizdən əl çəkib...
- Yenə deyirəm, bu günə kimi heç bir çətinliyimiz olmayıb. Hər ay vaxtında maaşlar verilib, komandaya lazımınca diqqət ayrılıb. Sadəcə, bu ay bir qədər maaşda ləngimə var. Başqa heç bir problemlə üzləşməmişik.
- Yarımfinal ərəfəsində heyətə yeni oyunçu dəvət etmisiz?
- İlham Allahverdiyevlə anlaşmışıq. Aprelin 17-dən komandaya qoşulacaq. Bildiyiniz kimi, İlham Türkiyədə çıxış edir. Onunla əvvəlcədən görüşüb söhbət etmişdik. Yarımfinala çıxacağımız halda bizə kömək edəcəyini bildirmişdi. Bu üzdən adını sifariş ərizəsində göstərmişdik. Yalnız onunla anlaşmışıq. Heyətdə başqa heç bir dəyişiklik yoxdu.
- Yarımfinalda rəqibiniz çempionluğa ən real namizəd sayılan “FC Baku” olacaq. Şansları necə dəyərləndirirsiz?
- Bir oyundan ibarət qarşılaşmalarda aşkar favorit olmur. “FC Baku”da təcrübəli futbolçular cəmləşib. Lakin biz də zəif deyilik. Ona görə də şansları 50-nin 50-yə nisbətində dəyərləndirirəm. Onların “Füzulu” ilə keçirdikləri son yoxlama oyunlarını da izləmişəm. Çalışacağıq Sumqayıtda keçiriləcək görüşdə sevinən tərəf biz olaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar