16 apr 16:11olke

Emil oynayır, “Tobol” qələbələri sıralayır

Emil oynayır, “Tobol” qələbələri sıralayır
Dünən Qazaxıstan çempionatında 5-ci turun oyunları keçirilib. Emil Balayevli “Tobol” səfərdə “Okjetpes”lə qarşılaşıb. Qonaqlar 2:1 hesablı qələbə qazanıb. Kostanay təmsilçisinin baş məşqçisi bu görüşdə də Emilə güvənib. Görünür, bundan əvvəlki turdakı səhvi onun əsas heyətdə yerini itirməsinə səbəb olmayıb. Geridə qalan oyunlarda maksimum nəticə göstərən “Tobol” hazırda 15 xalla turnir cədvəlinin ikinci pilləsindədi. Bir oyun artıq keçirən “Astana”nın isə 16 xalı var. Emil dünənki oyunda bir neçə dəfə komandasını xilas etsə də, rəqibin fərqləndiyi epizodda kiçik səhvə yol verdi, yəni bir qədər diqqətli olsaydı, qapısını toxunulmaz saxlaya bilərdi.
Bosniya və Hersoqovina premyer-liqasında 26-cı turun qarşılaşmaları baş tutub. Amit Quluzadə yenə də şans qazanmayıb. Belə ki, “Çelik” səfərdə autsayderlər qrupunda qərarlaşan “Krupa” ilə üz-üzə gəlib. Qonaqların ağır məğlubiyyətində (2:5) futbolçumuz iştirak etməyib. “Çelik” hazırda 35 xalla sıralamada altıncıdı.
Ufuk Budakın formasını geydiyi “Boluspor” Türkiyənin 1-ci liqasının 29-cu turunda “Dənizlispor”un qonağı olub. Matçda qolsuz "sülh" qeydə alınıb. Ufuk start heyətində meydana çıxıb və sonadək oynayıb. 43 xalı olan “Boluspor”un 18 iştirakçı arasında 9-cu olduğunu da qeyd edək.
Ukrayna premyer-liqasında 24-cü turun matçları reallaşıb. Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya” rəqib meydanında “Lvov”la üz-üzə gəlib. Futbolçumuzun komandası 2:1 hesablı qələbə qazanıb. Paşayev də görüşün iştirakçısı olub. Zədədən yeni qayıdan yığma üzvü 90 dəqiqə mübarizə aparıb. “Aleksandriya” hazırda çempionluq uğrunda mübarizə aparan ilk "altılıq"da 44 xalla 3-cü yerdədi.
Uzun müddətdi heyətdə görmədiyimiz Ziya Əzizov üçün də həftəsonu fərqli keçməyib. Belə ki, “Neymegen” Hollandiyanın ikinci liqasının 34-cü turunda "doğma divarlar" arasında “Helmond Sport”la münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri minimal fərqlə (3:2) qalib gəlib. Qeyd etdiyimiz kimi, Əzizovun adı matçın iştirak ərizəsinə salınmayıb. “Neymegen”in 48 xalı var və turnir cədvəlində 12-ci pillədədi.
Almaniyanın 2-ci bundesliqasında 29-cu turun oyunları gerçəkləşib. Dmitri Nazarovlu “Ertsgebirge” doğma meydanda “Haydenhaym” ilə qarşılaşıb. Aue təmsilçisi 0:1 hesabıyla uduzub. Nazarov 78-ci dəqiqədə şans qazanıb. Meydana çıxandan cəmi 1 dəqiqə sonra isə yığma üzvü sarı vərəqə alıb. 32 xalı olan “Ertsgebirge” 14-cü yerdədi.
Almaniyanın 3-cü liqasının 33-cü turunda isə Rüfət Dadaşovun formasını geydiyi “Proyssen” “1860 Münhen”lə üz-üzə gəlib. Münster klubu bir qolla qalib gəlib - 1:0. Rüfət 90 dəqiqə mübarizə aparıb. Komandasına qələbə qazandıran qolu da Dadaşov vurub. 30-cu dəqiqədə rəqib qapısına yol tapan millimizin forvardı 77-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Dadaşovun komandası 33 turdan sonra 45 xalla 6-cı yerdədi.
Gənclər arasında təşkil olunan Almaniya bundesliqasının cənub zonasında 23-cü turun oyunları keçirilib. U-21-in üzvü Murad Mahmudovlu “Frankfurt” “Ştutqart Kikkers”in qonağı olub. Qonaqlar 0:1 hesabıyla uduzub. Murad 84-cü dəqiqədə meydana çıxıb. Frankfurt təmsilçisi 23 turdan sonra 9 xalla sonuncudu.
Bu arada "Zenit" Futbol Akademiyasının 2006 təvəllüdlü fubolçulardan ibarət komandasının baş məşqçisi Aleksandr Selenkov Ramil Şeydayevdən danışıb. O, cari mövsümdən yenidən Rusiya premyer-liqası təmsilçisi "Krılya Sovetov"da çıxış edən hücumçunun milli seçiminə təəssüfləndiyini bildirib: "Ramil "Zenit"in 1996 təvəllüdlü futbolçulardan ibarət komandasında çıxış edəndə qanımızı az qaraltmayıb. Demək olar, hər oyunda qapımıza qol vururdu. Hələ onda görünürdü ki, yüksək səviyyəli futbolçudu. Çox təəssüf, Azərbaycan vətəndaşlığını qəbul etdi və Rusiya millisində oynaya bilməyəcək. Əminəm ki, o, hələ özünü göstərəcək. "Krılya Sovetov" Ramilin səviyyəsində komanda deyil".
Onu da qeyd edək ki, Şeydayev yetirməsi olduğu "Zenit"in şərəfini 2016-cı ilədək qoruyub.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar