30 mar 13:47olke

Bir-birini tərifləsələr də...

Bir-birini tərifləsələr də...
...qələbədən dəm vurdular

Bir neçə gün idi ki, bütün diqqətlər yığmanın oyununa yönəlmişdi. Artıq yenidən ölkədaxili yarışlar ön plana keçir. Bu gün kubokun yarımfinalçıları ilk oyunda üz-üzə gələcək. “İnter” “Qəbələ”ni, “Neftçi” isə “Qarabağ”ı sınağa çəkəcək. Təbii, bütün komandalar cavab görüşünə rahat çıxmaq üçün bu gün sərfəli nəticə qazanmaq haqda düşünür. Qeyd edək ki, “İnter” cari mövsüm çempionat çərçivəsində 3 dəfə üz-üzə gəldiyi “Qəbələ”ni məğlub edə bilməyib. İlk iki görüşdə heç-heçə (0:0, 1:1) qeydə alınmışdısa, 3-cü dövrənin oyununda “qırmızı-qaralar” 2 cavabsız qolla qalib gəldi. “Neftçi” isə “Qarabağ”la 3 premyer-liqa matçından yalnız birində heç-heçə edə bilib (1:1). Çempionatın ilk yarısında baş tutan hər iki görüşdə “köhlən atlar” “quru” qələbələr (3:0, 2:0) qələbə qazanmışdı. Deməli, həm “İnter”, həm də “Neftçi” çempionatda edə bilmədyini kubokda reallaşdırmaq fikrindədi. “Ağ-qaralar”ın çempionluq şansı qalmadığından, mövsümü titulla bitirmək üçün bütün ümidini “ikinci cəbhə”yə bağlayıb. “İnter”in də premyer-liqanın birincisi olacağı mümkünsüz görünür. Deməli, komanda “futbol ili”ni titulla başa vurmaq üçün kubokdan ikiəlli yapışmalıdı. Çempionluq yolunda əsas rəqiblər olan “Qarabağ”la “Qəbələ” də “qızıl dubl” haqda düşünür. Odu ki, bu komandaların “ikinci cəbhə”yə əhəmiyyət verməyəcəyini söyləmək doğru olmaz. Bir sözlə, yarımfinal oyunlarında bizi amansız mübarizə gözləyir. Bu mübarizənin ilk pərdəsi isə bu gün nümayiş etdiriləcək. Odu ki, dünən hər komandanın bir üzvü ilə söhbətləşdik.
Tərlan Quliyev (Inter): “Qəbələ” ilə oyun çox ağır olacaq. Kubokun yarımfinalındakı qarşılaşmalar həmişə belə olur. İstəyirik ki, ilk görüşdə qələbə qazanaq və qol buraxmayaq. Çempionatda mkafatlar uğrunda mübarizəni davam etdirdiyimiz kimi, kubokda da finala çıxmaq istəyirik. Düzdü, bu çox çətin olacaq. Nəzərə alaq ki, çempionat görüşlərində “Qəbələ”ni məğlub edə bilməmişik. Bu oyunda qələbə qazanmaqla həmin seriyanı da qırmaq niyyətindəyik. Bir sözlə, hər iki komandanı ağır oyun gözləyir. Rəqib elə komandadı ki, ilk oyundaca cütün taleyini həll etmək çətindi. Dediyim kimi, bizi asan mübarizə gözləmir. Yığmanın düşərgəsindən qayıdandan sonra fiziki baxımdan yorğunluğum yoxdu. Sadəcə, psixoloji cəhətdən yorğunluq var. Onu da üzərimdən atacam. İnşallah, oyuna tam hazır vəziyyətdə çıxacağıq”.
Rəşad Sadiqov (Qəbələ): “Açığı, çətin oyun olacaq. Çünki “İnter” hər bir komandaya başağrı olacaq gücdədi. Nə olur-olsun, bu qarşılaşmada yalnız qələbə haqda düşünürük. Əlimizdən gələni edəcəyik ki, meydandan qalib ayrılaq. İlk oyunda cütün taleyini həll etmək istəyirik. Düzdü, çətin olacaq. Amma yenə də əlimizdən gələni edəcəyik ki, ikinci oyuna daha rahat çıxaq. Bu çempionat oyununa hazırlaşmaq baxımından da önəmlidi. Meydan amilinə gəlincə, onsuz da 8 komandadan dördü ev oyunlarını süni örtüklü stadionda keçirir. Bu hər birimizə problem yaradır. Bilirsiz ki, təkcə bizim yox, başqa komandaların futbolçuları da zədələrin əksəriyyətini süni meydanlarda alıb. Doğrudan da bu yaxşı hal deyil. Gələcəkdə belə örtükləri yığışdırsalar, daha yaxşı olar. Hamı bundan əziyyət çəkir. Bu rəqiblə cari çempionatda 3 qarşılaşmadan 2-də heç-heçə edib, 1-də qalib gəlmişdik. Lakin bu hər şey demək deyil. Oyun olur ki, daha yaxşı çıxış edib, qələbə qazana bilmirsən. Bəzən də normal oynayıb, qalib gəlirsən. Açığı, bu komandanı çempionatın ilk dövrəsində “Dalğa Arena”da baş tutan görüşdə də məğlub edə bilərdik. İkinci hissədə penaltidən yararlana bilmədik. Həmin oyunda qələbə qazansaydıq, statistika fərqli olacaqdı. Qismət olmadı. İlk iki heç-heçədən sonra “İnter Arena”da qalib gəldik. Çalışacağıq ki, sərfəli nəticə ilə Qəbələdəki oyuna hazırlaşaq. Mənə elə gəlir ki, mövsümün sonuna kimi qalan müddətdə bizi ağır mübarizə gözləyir. Kubokun yarımfinalçılarının hamısına çətin olacaq. Çünki qısa müddətdə oyunlara çıxacağıq. Bu 4 komandanı ard-arda ağır oyunlar gözləyir. Digər komandalar kimi, biz də qələbə qazanmağa çalışacağıq. Nə qədər ağır, nə qədər çətin olsa belə, əlimizdən gələni etməliyik ki, mərhələni adlayaq. Düzdü, iki “cəbhə”də vuruşmaq çətin olacaq. Hədəfimiz istər çempionatın, istərsə də kubokun qalibi olmaqdı. Heyətimiz də buna imkan verir. Düzü, hələ ki iki futbolçumuz yığmanın düşərgəsindən dönməyib. Nika Kvekveskiri ilə Sergey Zenyovu nəzərdə tuturam. Onlar hələ millidədilər. Ona görə də istər-istəməz çətinlik olacaq. Özünüz də bilirsiz ki, heyətdə kimlərinsə olmaması hər bir komandaya çətinlik yaradır. Buna baxmayaraq, onların yerlərini dolduracaq futbolçularımız yetərincədi. Hər biri də layiqincə çıxış edir. Çalışacağıq ki, onların yoxluğunu hiss etdirməyək”.
İlqar Qurbanov (Qarabağ): “Təbii, “Neftçi” ilə oyunlar həmişə tam fərqli ab-havada keçir. Bizi bu dəfə də çətin, eyni zamanda maraqlı qarşılaşma gözləyir. “Neftçi”nin qış fasiləsi dönəmindən sonra “artırdığı” göz önündədi. Onlar avrokuboklara vəsiqə qazanmaq istəyirlər. Bu baxımdan sabahkı (bugünkü) qarşılaşma “Neftçi” üçün olduqca vacibdi. Onu qeyd etmək lazımdı ki, rəqibin meydanında oynayırıq. İlk görüşdə bizim üçün vacib məqam sərfəli nəticə qazanmaqdı. Bu baxımdan asan olmayacağını deyə bilərəm. Çətin olacağını gözləyirik. Çünki az öncə vurğuladığım kimi, “Neftçi” son zamanlar yaxşı formadadı. Fiziki üstünlüklərə malik futbolçuları var. Bu cəhətdən də çətin qarşılaşma olacaq. İstənilən halda, biz də ilk görüşdə sərfəli nəticə qazanmağa çalıaşcağıq”.
Fəhmin Muradbəyli (Neftçi): “Qarabağ”la oyunlarımız həmişə maraqlı alınır. Bu qarşılaşmalara azarkeş marağı da böyük olur. Sabah bizim üçün xüsusi gündü. Bildiyiniz kimi, oyunu bir sıra “Neftçi” veteranı izləyəcək. Həmçinin çox sayda azarkeş də gözləyirik. Biz istəyirik ki, veteranların və fanatların qarşısında yaxşı oyun göstərək və ilk qarşılaşmada sərfəli nəticə qazanaq. Başa düşürük ki, rəqibimiz çempionluğa iddialı, güclü komandadı. Ona görə çalışacağıq həm yaxşı oyun göstərək, həm də ilk oyunda elə nəticə qazanaq ki, iki oyunun nəticəsinə görə finala çıxaq. Yenə deyirəm, hamımızı gərgin və çətin oyun gözləyir. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
FARİZ

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar