14 apr 20:19olke

Benet “Neftçi”dən həm razıdı, həm də narazı

Benet “Neftçi”dən həm razıdı, həm də narazı
“Texniki və fiziki cəhətdən çox geridəyik”
Bir neçə gün öncə "Neftçi”nin U-12 komandası "İzmir Cup” beynəlxalq turnirində iştirak etdi. “Ağ-qaralar” ilk oyun günündə Türkiyə "Konyaspor”una qalib gəlmiş (3:0), Hollandiya “Alkmaar”ına (0:1) və Polşa "Şlask Vrotslav”ına (0:1) yenilmişdi. İkinci gündə isə paytaxt təmsilçisininin 12 yaşlıları 5 oyun keçirib. "Anderlext” (Belçika) və "Siqma” (Çexiya) ilə qolsuz heç-heçə (0:0) edən "Neftçi” "Bursaspor”a (Türkiyə) və "Seltik”ə (Şotlandiya) 0:3, "Lill”ə (Fransa) 0:2 hesabı ilə məğlub olub və beləliklə, növbəti mərhələyə adlaya bilməyib. Bundan başqa, azyaşlı "ağ-qaralar" "İzmir Cup”ın sonuncu günündə iki yoxlama oyunu keçirib. Fransa "Monako”suna məğlub olan (0:2) təmsilçimiz "Hamburq”a (Almaniya) 1:0 hesabı ilə qalib gəlib. "Neftçi” Futbol Akademiyasının direktoru Mik Benet klubun rəsmi saytına müsahibəsində aprelin 5-dən 7-dək davam edən "İzmir Cup” ilə bağlı danışıb. O, əsas çatışmazlığın nədən ibarət olduğunu da dilə gətirib.
- "İzmir Cup” haqda fikirlərinizi bilmək istərdik.
- Turnir çox yaxşı təşkil olunmuşdu. Möhtəşəm stadion və meydançaları var. Avropadan müxtəlif yüksək səviyyəli yaxşı komandalar iştirak edirdi. Mən əminliklə bütün Azərbaycan klublarının U-12 komandalarının bu turnirdə iştirakını tövsiyə edərdim.
- "Neftçi” "Anderlext”, " Alkmaar”, "Seltik”, "Lill”, "Bursaspor” kimi komandalarla qarşılaşdı. Ümumiyyətlə, turnir yeniyetmə futbolçulara nə verdi?
- Sözügedən yarış gənc futbolçuların xarici komandalara qarşı oynamaq üçün həyatlarında bir dəfə qazandıqları fürsətdi. Biz ordakı komandaların çoxundan geridəyik. Lakin top-komandalarla yarışmaq möhtəşəm idi. Bu turnir hansı səviyyədə olduğumuzu qiymətləndirməyə imkan verir. Texniki və fiziki cəhətdən çox geridəyik. Azərbaycanda 7-11 yaş dövründə əsas diqqət topla məşq, koordinasiya və balans üzərində işləməyə yönəlməlidi. Turnir hər kəsə faydalıdı. Gələcəkdə səviyyəli komandalara qalib gəlmək istəyiriksə, daha yüksək standartlı futbolçular yetişdirməli olduğumuzu və nəyin inkişaf etdirilməsinə ehtiyacın olduğunu görmək şansı yaradır.
- Komandamızın turnirdəki çıxışı sizi qane etdi?
- Bəli. Taktiki olaraq yaxşı təşkil olunmuşduq və rəqibə oynamaqda çətinlik yaradırdıq. "Anderlext” və "Siqma” ilə heç-heçə (0:0), "Konyaspor” üzərində 3:0 hesablı qələbə, "Hamburq”u yoldaşlıq matçında olsa belə, 1:0 hesabı ilə məğlub etmək möhtəşəm idi.
- Hansı çatışmazlıqları və müsbət halları qeyd edə bilərsiz?
- Çatışmazlıqlar odu ki, futbolçularımızın texniki bacarıqları aşağı səviyyədədi, koordinasiya zəifdi. Uşaqlar qərar qəbul edə bilmirlər. Müsbət hal komanda işimiz, komanda ruhumuz və təşkilatçılığımız idi.
- Turnirdə komandamızdan ümumi gözləntiniz nə idi?
- Yeganə gözləntim o idi ki, bizə qalib gəlmək rəqib üçün çətin olsun. Rəqibin "Neftçi” haqda "asan keçiləsi komandadı” deyə düşünməsini istəmirdim. Biz bunu nəticələrimizlə sübut etdik və rəqiblərimizi təəccübləndirdik. Əslində komanda gözlədiyimdən yaxşı çıxış etdi. Əlbəttə, futbolçuların hər biri oynadı. Bu çox vacib idi. Hər kəs bu təcrübədən zövq aldı.
- Bu cür turnirlər yeni futbolçuların üzə çıxmasında, təcrübə qazanmasında nə kimi rol oynayır?
- Bu təcrübə futbolçularımız üçün qiymətsizdi. Onlar gördülər ki, yüksək səviyyəli futbol oynamaq istəyirlərsə, çox çalışmalıdılar. Futbolda təkcə oyunlarda yox, məşqlər zamanı və meydandan kənarda da nə etdiyin vacibdi. "Meydandan kənarda” deyəndə, düzgün hazırlıq, qidalanmaq, yatmaq, məşqlərə düzgün yanaşmaq, var gücünlə çalışmaq, ayağınla yanaşı, beynindən də istifadə etməyi nəzərdə tuturam. Bütün bunlar "Mançester Siti”, "Ayaks”, "Valensiya” kimi komandalarda açıq-aşkar görünürdü.
FARİZ hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar