12 apr 12:33olke

“Neftçi” - “Zirə” oyununun qiyməti: 5 min manat

“Neftçi” - “Zirə” oyununun qiyməti: 5 min manat
Aprelin 9-da AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Toplantı premyer-liqanın 23-cü, birinci divizionun isə 21-ci turunda yaşanan qayda pozuntularının müzakirəsinə həsr olunub.
Premyer-liqanın son turunda yalnz bir oyun sanksiyalara əsas verib. Gözlənildiyi kimi, “Neftçi” – “Zirə” matçı ilə bağlı hər iki komandaya cərimə “yağdırılıb”. Dörd futbolçusu sarı vərəqə ilə cəzalanan “Neftçi” 800 manat ziyana düşüb. Bundan başqa, qarşılaşmanın ikinci hissəsi məhz qonaqların səhlənkarlığı ucbatından 6 dəqiqə gec başlayıb ki, buna görə klub 2400 manat cərimələnib. Matç başa çatdıqdan sonra isə yaşanan münaqişə zamanı “Neftçi”nin mühafizəçiləri meydana daxil olub. İntizam Komitəsi buna görə kluba ciddi xəbardarlıq edib. Qərarda qeyd olunub ki, bu hal yenidən təkrarlanacağı təqdirdə daha ciddi sanksiyalar tətbiq olunacaq. “Zirə”yə gəlincə, qəsəbə təmsilçisini İlkin Muradovla Orxan Sadıqlı ziyana salıb. 90-cı dəqiqədə ikinci xəbərdarlıqdan sonra meydandan kənarlaşdırılan İlkin 1 oyun və 200 manat cərimə ilə canını qurtara bilibsə, görüş başa çatdıqdan sonra rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alan qapıçı 3 turluq diskvalifikasiya olunub. Onun intizamsızlığı kluba əlavə 1600 manat bahasına başa gəlib.
Diviziona gəlincə, “Zaqatala” – “Səbail-2” matçı gərgin keçib. Daha doğrusu, qonaqlar aressivlik nümayiş etdiriblər. Yeddi futbolçusu sarı vərəqə ilə cəzalanan və buna görə 80 manat cərimələnən Bayıl təmsilçisi 44-cü dəqiqədən azlıqda mübarizə aparıb. Əsas komandanın üzvü, Aftandil Hacıyev tərəfindən əvəzedicilərə “sürgün edilən” Maudo Jarjuenin ikinci “sarı”sı ona 1 oyun, kluba 20 manat cərimə bahasına başa gəlib. Oyun başa çatdıqdan sonra isə “Səbail-2”nin digər üzvü Rubin Seyidov hakimə fiziki təsir göstərməyə cəhd edib. “Vurmağa cəhd” onu 5 oyunluq diskvalifikasiyaya məruz qoyub. Klub intizamsız futbolçunun davranışını 400 manatla “sığortalayacaq”. “Sabah-2” – “Şüvəlan” qarşılaşması da qalmaqalsız ötüşməyib. Dörd futbolçusu sarı vərəqə ilə cəzalan və 80 manat “tərləyən” “Şüvəlan”ı baş məşqçisi də ziyana salıb. Belə ki, Adil Şükürov oyunun 67-ci dəqiqəsində hakimə kəskin etiraz edib. Buna görə texniki zonadan kənarlaşdırılan çalışdırıcı bu gün “Kəpəz”lə matçı tribunadan izləyəcək. Kluba isə 80 manat cərimə kəsilib. “Sumqayıt-2” ilə oyunda əldə olunan 1 xal “Qaradağ Lökbatan”a 80 manata başa gəlib. Meydan sahibləri matçın protokolunu vaxtında təqdim etmədiyinə görə cərimələniblər.
Son turda “Neftçi-2”nin qonağı olan “Ağsu” isə Kənan Əşrəfliyə görə ziyana düşüb. Matçın 64-cü dəqiqəsində “sonuncu ümid folu”na görə meydandan kənarlaşdırılan futbolçu 1 oyun cəza alıb, kluba 20 manat cərimə kəsilib.
Beləliklə, komitə klublara 5760 manat cərimə kəsib. Nəticədə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 124640 manata çatıb.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar