12 apr 10:55olke

Sansone Bakını Milana bənzədir

Sansone Bakını Milana bənzədir
“İşıqforda sarı işıq yanan kimi arxadakı maşın siqnal verir”
Roberto Bordinin xarakterinə bələd olan biri kimi həmyerlisi Canluka Sansone ilə müsahibənin asan olmayacağını düşünürdüm. Bəzi sualları emosiya ilə qarşılayacağını, bəzən “yola verəcəyini”, ya da sualı sualla qarşılayacağını təxmin etmişdim. Sən demə, “italyanlar çılğın olur” təxminimiz heç də həqiqəti əks etdirmirmiş.
Gülərüz, olduqca sadə və ünsiyyətcil, sualları həvəslə dinləyib cavablayan Sansone ilə görüşümüz ötən həftə baş tutmalı olsa da, klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevin “Zirə”ylə oyundan sonraya saxlayaq” deməsindən sonra dünəni gözlədik. Bazaya yollandım, komandanın məşqindən öncə görüşüb, moldovalı tərcüməçinin köməyi ilə suallarıma cavab tapa bildim.
“Elə yerə getməliydim ki, tək özüm yox, itim üçün də rahat olsun”
- Cenoa, Turin, Sassuolo, Bolonya... İndi də Bakı. Çətin deyil ki?
- Heç bir çətinliyi yoxdu. Elə bir vaxt idi ki, İtaliyanı tərk edib legioner həyatı yaşamaq haqda düşünürdüm. Və belə bir anda Azərbaycandan təklif gəlməsi yerinə düşdü.
- Sualımı düz anlamadın. Deməyim odu ki, o cür şəhərlərdə top dalınca qaçandan sonra karyeranı Azərbaycanda davam etdirib futbol oynamaqda çətinlik çəkmirsən?
- Əlbəttə, ilk günlər müəyyən qədər çətinlik yaşayırdım. Nə qədər də olmasa, yeni ölkədi, yeni mühit, yeni insanlar, yeni mədəniyyət... Məncə, tək məndə yox, hamıda belədi. Yeni mühitə öyrəşmək müəyyən vaxt aparır. Biz italyanların üstün cəhəti də odu ki, getdiyimiz yerə tez öyrəşə bilirik. Hazırda Azərbaycanda və Bakıda hər şey ürəyimcədi.
- Bakını İtaliyanın hansı şəhəri ilə müqayisə edə bilərsən?
- Müəyyən mənada Milanla oxşarlığı var. Hər iki şəhər kifayət qədər inkişaf edib və etməkdədi. Bu gün İtaliyada iqtisadi-siyasi böhran müşahidə olunmaqdadı. Bu da başqa şəhərlərin məqsədyönlü inkişafına maneə törədir. Nəinki irəli gedirlər, əksinə, geriləyirlər. Amma Milan həmişəki kimidi: gözəl və müasir. Burda yerli və əcnəbi vətəndaşlarla söhbətim olub. Onlar da düşünmədən Bakının son 10-15 ildə sürətlə inkişaf etdiyini deyir.
- “Neftçi”dən təklif alanda düşünmək üçün nə qədər vaxt itirdin? Hər halda, təxminən 15 illik peşəkar karyeranda ilk dəfə legioner həyatı yaşamalıydın.
- Səmimi deyəcəm, düşünmək və tərəddüd etmək üçün zamanım yox idi. Başqa ölkədə top qovmağı qətiləşdirmişdim və belə bir məqamda “Neftçi”dən gələn təklif yerinə düşdü. Yanvarın sonuydu, hətta fevralın əvvəli. 3 gün ərzində düşünüb qərar verib, çantamı yığıb uçmalıydım. Belədə düşünməyə vaxt qalmadı. Zaman itirmədən qərarımı verdim.
- Və heç kimin məsləhətinə ehtiyac duymadan...
- Azərbaycanla heç bir əlaqəm yox idi deyə, istəsəydim belə, kimdənsə məsləhət ala bilməzdim. Yalnız ümumi məlumatlar əldə edə bilərdim ki, bu mənada Bruno mənə kömək etdi. Bruno “Neftçi”yə keçidimdə vasitəçilik edən şəxsdi. Onun dediklərini dinlədikdən sonra özümə, sevgilimə və ən əsası da itimə rahat olacağını qətiləşdirdim. İtimə hədsiz bağlıyam. Elə yerə getməliydim ki, tək özüm yox, itim üçün də rahat olsun. Çünki ölkələr arasında mədəniyyət fərqi var. Bildiyimə görə, bəzi ölkələrdə küçədə itlə gəzməyə yaxşı baxmırlar.
- İtin neçə yaşı var?
- 8.
- Və uşaqlıqdan sənin yanındadı?
- Bəli, 2 aylığından mən baxıram ona. Ona görə də bir-birimizə çox bağlıyıq.
“Paytaxtınız kriminaldan çox uzaqdı”
- İtə münasibətindən sadiq insan olduğunu hiss edirəm. Lakin karyeran ərzində 10-dan çox komandanın şərəfini qorumusan. Bəs kluba sadiqlik hanı?
- (gülümsəyir) Canlı ilə futbol fərqli anlayışlardı. Sən iti sevirsənsə, it də sənə sevginin qarşılığını verir. Lakin futbol elədi ki, sən klubu sevdiyin qədər klub səni sevməyə bilər. Yəni bəzən hər şey heç də sırf futbolçudan asılı olmur. Digər tərəfdən, müasir futbolda uzun illər eyni komandada çıxış edən çox az sayda oyunçunun adına rast gələ bilərsiz. Müasir futbolun özünəməxsus tələbləri var. Tez-tez sərfəli şərtlər irəli sürülür və istəsən də, istəməsən də, iş yerini dəyişməli olursan.
- Bura gələnə qədər ölkəmiz, futbolumuz haqda hansı məlumatlara sahib idin?
- Düzünü desəm, Azərbaycan futbolu haqda geniş bilgiyə sahib deyildim. Bunun səbəbi də laqeydliklə bağlı deyil. Sadəcə, müasir futbol elədi ki, daha çox mediada yazılanlarla “qidalanırsan”. Təəssüf ki, burdakı futbol haqda bizdə çox da yazılmır. Həm də İtaliyada oynayırdım deyə, məni daha çox oynadığım çempionat maraqlanırdı. Yəqin ki, nə demək istədiyimi başa düşürsüz.
- Elədisə, səni bura gəlməyə nə vadar etdi? Roberto Bordin amili, “Neftçi” kimi köklü komandada oynamaq istəyi, avrokuboklarda çıxış etmək həvəsi, yoxsa pul?
- Bu başdan deyim ki, işin maliyyə tərəfi ən sonuncu variant idi mənim üçün. Açığı, bu faktın üstündə çox da dayanmadım. Çünki əsas istəyim legioner həyatı yaşamaq, titul qazanmaq, avrokuboklarda iştirak etmək idi. Əlbəttə, Bordin amili də seçimimdə əsas rollardan birini oynadı. Tanımadığın ölkəyə gedirsənsə və baş məşqçi də italyandısa, komandaya öyrəşmək və məşqçinin səndən nə istədiyini bilmək baxımından işin rahatlaşır. Bir sözlə, maliyyə amilindən başqa sadaladığınız digər məqamların hər biri əsas idi.
- Bakıda xoşuna gələn nədi?
- Bilmirəm, səhv edirəm, ya yox, mənə görə Bakı olduqca təmiz və sakit şəhərdi. İtaliya ilə müqayisədə burda hər şey tez və effektli işləyir. Nəqliyyatdan tutmuş bank sisteminə qədər. Belə deyim, heç yerdə yubanmırsan. Və ən əsası, paytaxtınız kriminaldan çox uzaqdı. Günün istənilən saatında şəhərin istənilən yerində tək və problemsiz gəzə bilərsən. Bəlkə də burdakı qayda-qanunlar daha sərtdi, ona görə belədi. Turistlərin axın etdiyi şəhər üçün yaxşı xüsusiyyətdi.
- Bəs xoşuna gəlməyən nədi?
- Bəzi restoranlara və ticarət mərkəzlərinə itlə girməyə icazə vermirlər. Bu məni çox üzür (gülür). Kütlə çox olan yerlərə itlə giriş qadağandı. Hə, bir də insanların avtomobil idarə etmək manevri ürəyimcə deyil. İstədikləri kimi sürürlər. İşıqforda sarı işıq yanan kimi arxadakı maşın siqnal verir. Halbuki “yaşıl”dan sonra hərəkətə başlamalısan.
“Bakıya düşən kimi yarım saat ərzində təxminən 10 evə baxmalı olduq”
- Bakının harasında yaşayırsan?
- “Port Baku”da. Açığı, ilkin təəssüratım belə idi ki, “Port Baku” yaşamaq üçün şəhərin ən uyğun yeridi. Ona görə də evi orda seçdim. Lakin sonradan şəhəri gəzmək imkanım oldu və anladım ki, mərkəzə daha yaxın olmaq üçün də münasib evlər var imiş.
- “Port Baku”da yaşadığına görə təəssüflənirsən?
- Təəssüflənirəm deməzdim. Sadəcə, seçimi tez etdim. Bunun da səbəbi sadədi. Bakıya düşən kimi yarım saat ərzində təxminən 10 evə baxmalı olduq. Açığı, şəhərin harası olduğunu bilmirdim. Ona görə də tələsdik. Halbuki vaxtımız çox olsaydı və daha çox gəzsəydik, seçimim başqa cür də ola bilərdi.
- Evin kirayə pulunu klub ödəyir?
- Klub ev kirayəsi üçün müəyyən olunmuş vəsait ayırır. Kimsə daha bahalı evdə yaşamaq istəyirsə, həmin məbləğin üstünə pul əlavə edir.
- Az öncə avtomobildən düşdüyünü gördüm. “Port Baku”da ən böyük problemlərdən biri parkinqdi. Öz yerin var, yoxsa hər axşam boş yer axtarmalı olursan?
- Fərasətin varsa, yer tapmaq çətin olmur. Məsələn, sizə sadə üsul deyim. Bəzi dükanlar var ki, maşınlar saxlamasın deyə, qarşısına fişka qoyurlar. Bilmirəm, personal üçündü, yoxsa müştərilər. Bəzən boş yer tapmayanda həmin fişkanı götürüb orda saxlayıram. Kimsə dükandan çıxıb “nə edirsən” sualını verəndə, mən də alternativ olaraq “heç nə, fişkanı götürdüm, maşınımı saxladım. Məgər yerdə adınız yazılıb” sualını ünvanlayıram.
- İtaliyada maşının var, yoxsa bura gələndə satdın?
- Satmışam.
- Hansı model idi?
- “Porsche Cayenne”.
- “Porsche”dən düşüb “Hyundai Accent”ə minmək qeyri-adi hisslər yaratmır?
- Heç bir problem yoxdu. Açığı, belə şeylərə fikir vermirəm. Dedi axı, biz italyanlar düşdüyümüz mühitə tez alışırıq (gülür).
- Həmin məntiqlə, Azərbaycan mətbəxinə də alışmalısan.
- Daha çox tərəvəz həvəskarıyam. Amma mili mətbəxinizin təamlarından da dadıram, heç bir problem yoxdu. İndi isə azərbaycanlıları italyan mətbəxinə alışdırmaq istəyirəm. Çünki makaronu kremsiz də yemək mümkündü.
- Məndə olan məlumata görə, bəzi qida məhsulları sənin üçün İtaliyadan sifarişlə gəlir. Həqiqətdi?
- Xeyr, belə bir şey yoxdu. Yanlış məlumatdı. Kim göndərəcək ki?!
- Azərbaycanlıları necə xarakterizə edə bilərsən?
- Mülayim və qonaqpərvərdilər.
- Bəs xoşuna gəlməyən xüsusiyyətimiz?
- Hələ ki görməmişəm.
- Deyilənə görə, italyanlarla azərbaycanlılar təbiətcə oxşardılar. Razısan?
- İtaliyanın cənubunda yaşayanlarla azərbaycanlılar arasında xarakter bənzərliyi var. Xüsusən də bir-birinə kömək etmək baxımından. Amma şimallılar bir az başqa cürdülər.
“Bunu “Ağaşka”nın özü hamıdan yaxşı bilir”
- Meydandakı davranışlarına fikir vermişəm, olduqca sakit birisən. Hakimlərlə danışmır, rəqib futbolçularla mübahisə etmir, komanda yoldaşlarınla söz güləşdirmirsən. Belə deyim, Bordinlə sən fərqli xarakterlərə sahibsiz. Sanki sən italyan deyilsən.
- Məncə, bu, millətlə yox, fərdlərlə bağlı olan bir şeydi. Hərə bir cürdü.
- Deməli, səndə əsəb yoxdu.
- Məncə, insan özünü ələ almağı bacarmalıdı. Mən də buna əməl etməyə çalışıram.
- İtaliyanın kriminal ölkə olduğunu az qala beşikdəki körpə də bilir. İmkanlı təbəqənin nümayəndələri, hətta futbolçular da oğruların hücumuna məruz qalıblar. Nə vaxtsa sənə hücum ediblər?
- Xeyr, başıma gəlməyib. Heç buna bənzər halla da rastlaşmamışam.
- Avrokuboklarda oynamaq həvəsindən söz açdın. Maraqlıdı, indiyə qədər legioner həyatı yaşayıb arzuna çatmağa nə mane olurdu?
- Cəhd etdiyim anlar olub, sadəcə, hansısa səbəblərdən alınmayıb. Ya ortaq məxrəcə gəlməmişik, ya münasib vaxt olmayıb, ya da başqa problemlər ortaya çıxıb. Həm də tarixə fikir versəz, görərsiz ki, italyan futbolçular ölkələrinə bağlıdılar. Çox az sayda italyan legioner həyatı yaşayıb, yaşayır.
- Bir neçə il A seriyasında top qovsan da, möhkəmlənə bilməmisən. Səbəbi kimdə, nədə görürsən?
- İtaliya A seriyasında daim yüksək səviyyədə oynamaq asan məsələ deyil. Həm də hər adama qismət olmur. Belə olmasında kimisə günahlandıra bilmərəm. Çünki əsas günahı özümdə axtarmalıyam. A seriyasında oynamaq imkanım olubsa və bu hansısa müddəti əhatə edibsə, nöqsanı özümdə görməliyəm. Ümumiyyətlə, karyeram eniş-yoxuşlu olub.
- “Qarabağ” və “Neftçi” – bu iki komandadan birinin çempion olacağı gün kimi aydındı. “Qızıl”ın taleyinin son turda, böyük azarkeş kütləsi qarşısında həll olunmasının tərəfdarısan, yoxsa daha erkən?
- Zamanın elə bir önəmi yoxdu. Əsas istəyimiz çempionluq kubokunu başımızın üzərinə qaldırmaqdı. Hədəfə çatmaq üçün isə əlimizdən gələni edəcəyik. Son turda olacaq, yoxsa daha erkən – bu haqda düşünmək belə istəmirəm. İndi elə bir dönəmdəyik ki, sonuncu tura yox, bir-bir qarşımızdakı oyunlara hazırlaşmalıyıq.
- Mirabdulla Abbasov gələcəyinə ümid etdiyimiz yerli futbolçulardandı. Ötən il ölkənin ən yaxşı futbolçusu seçilsə də, bu il işləri yaxşı getmir. Səncə, Mirabdullanın çatışmayan cəhətləri hansılardı?
- Bunu “Ağaşka”nın özü hamıdan yaxşı bilir. Mənim deməyimə ehtiyac yoxdu. Komanda yoldaşlarımı mühakimə etmək mənim işim deyil. Onu deyə bilərəm ki, yaxşı futbolçudu və nə etmək lazım gəldiyini bilir.
- Son olaraq premyer-liqamızda çıxış edən futbolçular arasında ən çox bəyəndiyin üç nəfərin adını çəkərdin.
- Kiminsə adını çəkmək istəmirəm. Amma maraqlı və perspektivli oyunçuların sayı kifayət qədərdi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar