10 apr 15:08olke

“Neftçi”nin, yoxsa “Qarabağ”ın xal itirmək ehtimalı yüksəkdi?

“Neftçi”nin, yoxsa “Qarabağ”ın xal itirmək ehtimalı yüksəkdi?
Ağdamlıların yolu daha hamar görünür
Artıq finişə təxminən bir ay vaxt qalıb. Təbii, hər kəsi düşündürən sual hələ də cavabını tapmayıb: görəsən, çempion kim olacaq? Onu da qeyd edək ki, hazırda yalnız iki komanda “qızıl” şansını qoruyur. Özü də “Neftçi” ilə “Qarabağ” eyni xala malikdi. Komandalar artıq bir neçə turdu ki, şərikli liderdilər. Şəxsi oyunlardakı üstünlük (1:1, 3:1, 1:1) flaqmanı ilk pillədə saxlayır. Əzəli rəqiblərin öz aralarındakı növbəti oyunu isə çempionatın sonuncu turunda gerçəkləşəcək. Deməli, tərəflər qarşıdakı 4 turda maksimum nəticə ilə irəliləmək fikrindədi. Əks halda, hansısa komanda qızıl medal hədəfindən uzaq düşə bilər. Maraqlıdı, öz aralarındakı oyuna qədər çempionluğa iddialı klublardan hansının xal itirmək ehtimalı yüksəkdi? Bu baxımdan şansları saf-çürük edərkən həm “Neftçi”nin, həm də “Qarabağ”ın qarşılaşacağı rəqiblərlə cari mövsümdəki əvvəlki duellərini yada saldıq.
Neftçi
“Ağ-qaralar”ın “Sumqayıt”la evdə, “Səbail”, “Sabah” və “Qəbələ” ilə səfərdə oyunu qalıb. Öncə “kimyaçılar”la duelləri yada salaq. Paytaxt təmsilçisi bu rəqiblə 1-ci, 14-cü və 20-ci turlarda üz-üzə gəlib. Roberto Bordinin komandası həmin 3 dueldən iksində qalib gəlibsə (2:0, 2:1), bir görüşdə heç-heçə (0:0) qeydə alınıb. Yalnız açılış turundakı qarşılaşmada “Neftçi” “gənclik şəhəri” təmsilçisini rahat məğlub edib. Qeyd etdiyimiz kimi, 2-ci dövrədə baş tutan qarşılaşmada “ağ-qaralar”ın qol vurmaq cəhdləri fayda vermədi. Son dueldə isə hesabda geri düşən flaqman çətinliklə oyunu çevirə bildi. Üstəlik, kubokun 1/4 final mərhələsində də məhz sumqayıtlılar “Neftçi”nin yolunu kəsdi (2:0, 0:1). Bu üzdən “Sumqayıt”ın “ağ-qaralar” üçün o qədər də rahat komanda olduğunu demək olmaz. “Sabah” haqda isə fərqli fikirləri söyləməliyik. Belə ki, çempionatın debütantı geridə qalan hər üç görüşdə “Neftçi”yə yenilib. 7-ci və 19-cu tur çərçivəsində keçirilən matçlarda “tələbələr”, ümumiyyətlə, rəqib qapısına yol tapa bilməyib (0:2, 0:3). 13-cü turda reallaşan və yetərincə qalmaqallı alınan qarşılaşmada isə “ağ-qaralar” minimal fərqlə (2:1) qalib gəldi. Bununla belə, debütantla hər üç dueldə flaqmanın qələbə qazanması Bordinin komandasının daha şanslı olduğunu göstərir. “Səbail”ə gəlincə, əslində cari mövsümdəki ilk iki dueldə “Neftçi” bu rəqib üzərində “quru” qələbələrlə diqqəti çəkmişdi. Həm 6-cı, həm də 12-ci tur çərçivəsində baş tutan oyunlarda “Səbail” rəqib qapısına yol tapa bilməmişdi (0:4, 0:2). Ancaq 18-ci turda Aftandil Hacıyevin komandası uğursuz seriyanın uzanmasına imkan vermədi (2:1). Deməli, “dənizçilər”lə oyunda da flaqmanın büdrəmək ehtimalı var. Nəhayət, “ağ-qaralar” üçün ən çətin qarşılaşmaya gələk. Söhbət “Qəbələ” ilə səfər matçından gedir. Özü də “Neftçi” məhz son turdan öncə Qəbələyə səfər edəcək. Bu rəqiblə geridə qalan turlarda balans bərabərdi. Hətta top fərqində “qırmızı-qaralar” öndədi. Belə ki, Bakıda baş tutan qarşılaşmalarda “ağ-qaralar” 4 xal qazanıb (2:1, 1:1). Qəbələdəki dueldə isə Sənan Qurbanovun komandası inamlı qələbəyə sevinmişdi (3:1). Odu ki, növbəti dueli “Neftçi” üçün ən çətin oyun adlandırmaq olar.
Qarabağ
“Köhlən atlar” isə “Sabah”, “Səbail” və “Keşlə” ilə evdə, “Zirə” ilə səfərdə üz-üzə gələcək. Maraqlıdı ki, çempionatın debütantı Qurban Qurbanovun yetirmələri üçün ən çətin rəqiblərdən biri sayılır. Belə ki, geridə qalan 3 dueldən yalnız birində ağdamlılar “tələbələr”i məğlub edib (2:0). Əslində 6-cı turun görüşündə də “Qarabağ” asan qələbə qazanmamışdı. O ki qaldı 12-ci və 18-ci turlara təsadüf edən matçlara, hər iki qarşılaşma eyni hesabla (1:1) başa çatdı. Doğrudu, “köhlən atlar” həmin oyunlarda itirilən xalların da əvəzini çıxmaq üçün döyüşə atılacaq. Ancaq fakt budu ki, Elşad Əhmədovun komandası ümumilikdə son çempiondan 4 xal qoparmağı bacarıb. “Sabah”la müqayisədə “Keşlə” “Qarabağ” üçün daha rahat rəqib hesab olunur. Ən azı ona görə ki, sabiq bankirlərlə 3 oyunda ağdamlılar 7 xalı hesabına yazıb (1:1, 5:1, 1:0). Özü də bu qarşılaşmalardan birində böyük hesab qeydə alınıb. Bundan başqa, kubokda da Qurbanovun yetirmələri məhz bu rəqibi yolundan kənarlaşdırmışdı (1:0, 1:1). Bu üzdən “Keşlə” ilə oyunda ağdamlıların xal itirmək ehtimalı daha azdı. “Qarabağ” “Zirə” üçün ən arzuolunmaz rəqibdi. Belə ki, qəsəbə təmsilçisi indiyə qədər “köhlən atlar”a qalib gəlməyib. Mövsümün ilk yarısında reallaşan iki qarşılaşmada bölgə klubu qalib gəldi (3:2, 6:0). Xüsusən 14-cü tur çərçivəsində keçirilən matçda “Qarabağ” “Zirə”yə əsl futbol dərsi keçdi. Ancaq 3-cü dövrədə “qartallar” son çempiondan 1 xal qoparmağı (0:0) bacardı. Lakin çətin ki, ağdamlılar növbəti belə gözlənilməz nəticəyə imkan versin. “Səbail”ə gəlincə, “köhlən atlar” geridə qalan 3 dueldə bu rəqibini məğlub etməyi bacarıb (2:0, 1:0, 2:1). Lakin ağdamlılar oyunlardan birində – 8-ci turdakı qarşılaşmada texniki məğlubiyyətlə üzləşmişdi. Bunu nəzərə almasaq, “dənizçilər”i də “Qarabağ” üçün təhlükəli rəqib adlandırmaq olmaz.
Nəticə
Statistika və geridə qalan oyunlarda yaşananlar qalan 4 turda “Qarabağ”ın xal itirmək ehtimalının az olduğunu göstərir. Belə ki, ağdamlıların qarşılaşacağı rəqiblərdən yalnız “Sabah”ın onları büdrətmək ehtimalı çoxdu. “Neftçi”nin isə yolu bir qədər çətin görünür. Xüsusən “Qəbələ” ilə səfər matçı “ağ-qaralar”ı narahat edən məqamlardan biridi. Bütün bunları nəzərə alanda, “köhlən atlar” bir addım öndə görünür. Amma futbol elə oyundu ki, bəzən gözləmədiyin rəqiblə qarşılaşmada xal itirə, ağır dueldən rahat qələbə ilə dönə bilərsən. Bəlkə də bu idman növünü sevdirən məqamlardan biri də məhz sürprizləridi. Qalan 4 turda necə olacağını və komandaların son turda öz aralarındakı oyuna hansı vəziyyətdə çıxacağını zaman göstərəcək. Bir məqam dəqiqdi ki, əzəli rəqiblər bir-birinə güzəştə getməyəcək. Son tur ərəfəsində komandalar arasındakı məsafə 3 xaldan çox olmasa, “Bakcell Arena”da ölüm-qalım savaşını izləyəcəyik. Hər halda, bizi qarşıda bir-birindən maraqlı oyunlar və çempionluq yolunda güzəştsiz mübarizə gözləyir. Hadisələrin belə axarı isə hər iki komandanın, eləcə də çempionatın, ölkə futbolunun xeyrinədi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar