10 apr 14:26olke

“FC Baku” – “Şahdağ” oyunu Sumqayıtda keçirilə bilər

“FC Baku” – “Şahdağ” oyunu Sumqayıtda keçirilə bilər
Aydın Mirzəzadə: “Bu gün Mingəçevirdən Sumqayıta azarkeş gəlirsə, bu artıq liqanın uğurudu”
Şənbə günü keçirilən üç oyunla Region Liqasında ikinci pley-off mərhələsinə yekun vurulub və yarımfinalçıların adları məlum olub.
Bu mərhələnin ən prinsipial və ən maraqlı oyunu Horadizdə keçirilib. İlk görüşdə “Füzuli” ilə 1:1 oynayan "FC Baku" adını “dördlər finalı”na yazdırmaq üçün çətin səfərdən əlidolu dönməli idi. Meydan sahibləri paytaxt təmsilçisi ilə görüş ərəfəsində vaxtilə ölkənin aparıcı klublarının şərəfini qorumuş Ramazan Abbasovu rənglərinə bağlamaqla heyəti daha güclü olan rəqibə heç də asan təslim olmayacağını ortaya qoymuşdu. Yeri gəlmişkən, qarşılaşmanın prisinsipiallığını nəzərə alan AFFA rəhbərliyi matçla bağlı Füzuli rayonunun polis şöbəsindən təhlükəsizliyə daha çox diqqət ayırmağı xahiş etmişdi. Qonaqlar ilk hissədə vurduğu yeganə qolla turu adlayıb. Emin Mustafayev Ayaz Mehdiyevə qarşı kobudluğa görə təyin olunan penaltini dəqiq yerinə yetirib. Fasilədən sonra qol olmasa da, gərgin anlar bir-birini əvəzləyib. Ev sahiblərinin baş məşqçisi Vasif İsmayılov matçın baş hakiminə qarşı fiziki güc tətbiq etdiyindən, oyun bir neçə dəqiqə dayanıb.
Daha sonra mübahisəli vəziyyətlərə görə hər iki komandanın futbolçuları arasında söz-söhbət yaşanıb.
Bir həftə əvvəl Mingəçevirdə “Energetik”ə 1:3 hesabıyla uduzan “Uğur”u da çətin sınaq gözləyirdi. Ötən mövsüm liqanın qalibi olan sumqayıtlılar cavab görüşündə iki top fərqi ilə qalib gəlməli idi. “Kapital Bank Arena”nın köməkçi meydanında keçirilən qarşılaşamaya maraq yetərincə böyük idi. “Uğur” doğma divarlar” arasında oynadığından onları dəstəkləyənlərin olacağı nə qədər gözlənilən idisə, “Nur şəhəri”nin təmsilçisinin azarkeşlərinin geniş tərkibdə Sumqayıta səfər edəcəyi bir o qədər gözlənilməz oldu. Təxminən 40-a yaxın fanat Mingəçevirdən “gənclik şəhəri”nə təşrif buyurmuşdu. Mingəçevirli azarkeşlər klub rənginə uyğun bayraqlar və başqa atributlarla “silahlanmışdılar”. Milli Məclisin deputatı, Mingəçevirdən parlamentə seçilmiş Aydın Mirzəzadə də həmşəhərlilərini bu oyunda tək buraxmamışdı. Aydın bəy tribunadan 90 dəqiqəni izləməklə yadda qaldı.
Matça gəlincə, ilk dəqiqələrdən təşəbbüsə yiyələnən meydan sahibləri erkən qol arayışına çıxmışdı. Rəqibi öz qapısına doğru sıxışdıran “Uğur”in qol vuracağı gözlənilən idi ki, bunu da bacardı. İkinci pley-off mərhələsi ərəfəsində komandaya qoşulan Vüqar Nadirov penaltidən fərqləndi. Əsasən ək-hücuma bel bağlayan mingəçevirlilər hər nə qədər çalışsalar da, “Uğur”un müdafiə xəttini azlıqda yaxalaya bilmədilər. Əvəzində Qəzənfər Abbasovun yetirmələri ikinci hissənin sonlarına yaxın onlara hava-su kimi lazım olan ikinci qolu vurmağı bacardılar. Son dəqiqələrdə “Energetik”in oyunçuları çox çalışsalar da, meydan sahiblərinin müqavimətini qıra bilmədilər və liqada mübarizəni dayandırdılar.
Matçdan sonra mətbuata açıqlama verən Vüqar Nadirov “Uğur”a çempion olmaq üçün gəldiyini bildirib: “Artıq ikinci oyundu ki, komanda ilə bir yerdəyəm. Tədricən kollektivə də uyğunlaşıram. İlk qarşılaşma səfərdə olduğundan bir qədər çətinlik çəkdik. Cavab görüşünün əhəmiyyətini yaxşı başa düşürdük və bununla yanaşı, necə oynamalı olduğumuzu da bilirdik. Şükür Allaha, çətin işin öhdəsindən gəlməyi bacardıq. Bizi qarşıda çətin yarımfinal oyunu gözləyir. “Uğur”a gəlməkdə əsas məqsədim çempionluq sevinci yaşamaqdı. Hər bir rəqibə hörmətlə yanaşsaq da, inşallah, arzumuz çin olar”.
Sumqayıt təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasov da oyunla bağlı fikilərini bölüşüb: “Əvvəlcə Mingəçevirdə baş tutan ilk görüş barədə danışmaq istəyirəm. “Energetik” öz azarkeşləri qarşısında layiqincə mübarizə apardı və qələbə qazandı. Həmin matçdan sonra komanda olaraq bir araya gəlib, cavab qarşılaşması barədə danışıb, azarkeşlərimizi sevindirməyin vacibliyi haqda söhbət etdik. Cavab görüşünün ağır olacağını biliridk. Psixoloji cəhətdən də üzərimizdə təzyiq var idi. Qələbə qazandığımıza görə bütün futbolçularıma təşəkkür edirəm. Kimisə xüsusi fərqləndirmək olmaz. Hər biri meydanda bacardığından artığını etdi. Cari mövsüm ötənilkindən fərqlənir. Bütün komandalar heyətini gücləndirmişdi. Elita, birinci divizion təcrübəsi olan çox sayda futbolçu bu il Region Liqasına üz tutub. Yenidən çempion ola bilərik? Çətin sualdı. Bunun üçün əlimizdən gələni edəcəyik. “Araz Naxçıvan” barədə geniş məlumatımız yoxdu. Onlarla oyuna qədər yəqin ki, müəyyən informasiya toplayacağıq”.
“Energetik”in kapitanı Kamran Lalayev mingəçevirli azarkeşlərə komandaya dəstək olduqları üçün minnətdarlıq edib: “İlk növbədə azarkeşlərimizə təşəkkür etmək istəyirəm ki, bu qədər məsafə qət edib bura bizi dəstəkləmək üçün gəlmişdilər. Öz səhvlərimizlə yanaşı, hakimin də müəyyən qərarları nəticəyə təsir göstərdi. Rəqibə yarımfinalda uğurlar arzulayıram. İlk oyunda bir qolu buraxmasaydıq, çətin ki, “Uğur” bu gün qələbə qazana bilərdi. Səhvi özümüzdə axtarmalıyıq”.
Milli Məclisin deputatı Aydın Mirzazədə isə bunları söyləyib: “Eşitdim ki, Mingəçevir komandası bu gün Sumqayıtda cavab qarşılaşmasına çıxacaq. Ona görə də “Energetik”ə dəstək vermək üçün tribunada olmağı özmə borc bildim. Bildiyim qədər “Uğur” güclü komandadı. Ancaq “Energetik”də də güclü, xarakterli oyunçular var. Region Liqasında keçirilən oyunlar barədə saytlardan və sosial şəbəkələrdən xəbər tuturam. Liqada yetərincə maraqlı və gərgin matçlar baş tutur. Azarkeş sayı baxaımından da problem yaşanmır. Bu gün Mingəçevirdən Sumqayıta azarkeş gəlirsə, bu artıq liqanın uğurudu”.
Ağdaşda keçirilən ilk görüşdə qolsuz heç-heçə qeydə alındığından “Şahdağ” – “Şirvan” matçının da maraqlı idman mübarizəsi şəraitində keçəcəyini düşünmək olardı. Lakin ehtimalların əksinə, Qusar komandası çox asanlıqla ağdaşlıları məğlub edib. Kamran Əlibabayevin yetirmələri 6 cavabsız qolla “Şirvan”ın daşını daş üstə qoymayıb.
Tarix bəlli olmasa da, yarımfinalda qarşılaşacaq cütlər məlumdu:
FC Baku – Şahdağ (Qusar)
Uğur (Sumqayıt) – Araz-Naxçıvan
Yeri gəlmişkən, əldə etdiyimiz bilgiyə əsasən, “FC Baku” – “Şahdağ” matçı neytral meydanda, daha dəqiq desək, Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda kçeiriləcək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar