07 apr 14:05olke

“Araz Naxçıvan”ın çalışdırıcısı kəşfiyyata gəlir

“Araz Naxçıvan”ın çalışdırıcısı kəşfiyyata gəlir
Yarımfinal görüşlərinin vaxtı və məkanı gələn həftə məlum olacaq
Bu gün Region Liqasında ikinci pley-off matçlarının cavab görüşləri keçiriləcək. Məhz bu oyunlardan sonra ikinci dəfə təşkil olunan turnirin yarımfinalçılarının adları məlum olacaq. Xatırladaq ki, yarımfinalda iştirak edəcək komandalardan birinin adı artıq məlumdu. Söhbət “Araz Naxçıvan”dan gedir. Komanda Muxtar Respublikanın daxili çempionatında birinci olduğundan pley-off görüşlərinə qatılmadan birbaşa yarımfinalda iştirak hüquq qazanıb.
Yarımfinal görüşlərinin vaxtı və məkanı haqda bildi almaq üçün Region Liqasının işçi qrupunun üzvü, AFFA-nın Uşaq və Gənclər üzrə yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevlə əlaqə saxladıq. Yusif bəy hələ bu yöndə konkret qərar verilmədiyini bildirdi: “Yarımfinal matçlarının vaxtı final qarşılaşmasının hansı tarixdə keçiriləcəyindən asılıdı. Bununla bağlı gələn həftə qərar veriləcək və ictimaiyyətə açıqlanacaq. O ki qaldı yarımfinalların harda keçiriləcəyinə, bu da “4-lüy”ə düşəcək komandalardan asılıdı. Məsələn, “FC Baku” yarımfinala adlasa, onun bir oyundan ibarət yarımfinal görüşündə rəqibi Bakıda qəbul etməsi nə dərəcədə dügün olar? Belədə hansısa bölgə təmsilçisinin haqqını yemiş olarıq. Ona görə də ikinci pley-off qarşılaşamalarının nəticələrini gözləyirik. Ola bilər ki, yarımfinallardan biri bölgədə keçirilsin. “Araz Naxçıvan”la yanaşı, qalan 3 komandanın da adı müəyyənləşdikdən sonra matçların harda keçiriləcəyini açıqlayacağıq”.
Yuxarıda qeyd etdiyimiz kimi, yarımfinalda iştirak edəcək 4 komandadan biri “Araz Naxçıvan”dı. Dünən Muxtar Respublika təmilçisinin baş məşqçisi Sakit Rzayevi arayıb, çətin sınaq ərəfəsində komandanın durumu ilə maraqlandıq.
- “Araz Naxçıvan” premyer-liqadan çəkildikdən sonra artıq 5 ildi Muxtar Respublikanın daxili çempionatı təşkil olunur. Mövsümboyu 9 komanda çempionluq uğrunda mübarizə aparır. Əvvəlki illərdə olduğu kimi, bu il də “Araz Naxçıvan” çempion adına yiyələndi. Onu da qeyd edim ki, rəhbərlik etdiyim komanda sona iki tur qalmış çempionluğu rəsmiləşdirdi.
- Heyətdə yalnız gənclər çıxış edir, yoxsa təcrübəli futbolçular da yer alıb?
- Kollektiv əsasən gənclərdən qurulub. Ancaq heyətdə 3-4 təcrübəli oyunçu da var ki, onlar hələ komanda birinci divizionda çıxış edərkən “Araz Naxçıvan”ın şərəfini qoruyublar.
- Rəhbərlik etdiyiniz komandanın finala adlamaq perspektivi var?
- Bu haqda nəsə deməyim düzgün çıxmaz. Bunu yarımfinal qarşılaşması göstərəcək. Ancaq heç bir rəqibdən çəkinmirik. Futbolçularda özünəinam var və uğurlu çıxış edəcəyimizə inanıram. Kollektiv barədə ümumi danışsaq, istənilən komandada olduğu kimi, “Araz Naxçıvan”ın da üstün və zəif cəhətləri var. Məncə, dünyanın heç bir məşqçisi deməz ki, əlimin altında ideal heyət formalaşıb. Çatışmazlıqları da əzmkarlıq hesabına ört-basdır etməyə çalışacağıq.
- Yarımfinalda rəqibiniz olacaq komandaların oyunlarını izləmisiz?
- Sabah (bu gün) bu məqsədlə ilk reyslə Bakıya gələcəm. Sumqayıtda keçiriləcək “Uğur” – “Energetik” qarşılaşmasını canlı izləmək fikrindəyəm. Yarımfinalda bu cütün qalibi ilə qarşılaşacağımızdan mənim üçün əsas bu matçdı.
- Bəs komanda Bakıya nə vaxt gələcək?
- Tarix hələ dəqiqləşməyib. Bizə əvvəlcə deyilmişdi ki, yarımfinal görüşləri aprelin 13-ü və 14-də keçiriləcək. Lakin sonradan bildirdilər ki, vaxt dəqiqləşməyib. Bu məsələ dəqiqləşdikdən sonra “Araz Naxçıvan”ın Bakıya gələcəyi vaxt məlum olacaq.
- “Araz Naxçıvan”ın əsas himayədarı kimdi və paytaxta gələndə harda məskunlaşacaq?
- Komandanın himayədarı Naxçıvan Ali Məclisidi. Ali Məclis rəhbərliyinin tapşırığı ilə Muxtar Respublikanın Maliyyə Nazirliyi tərəfindən “Araz Naxçıvan”a vəsait ayrılır. Bakıda harda məskunlaşacağımız barədə bizə hələ heç nə deyilməyib. Ötən il “Neftçi”nin köhnə bazasında qalmışdıq. Görək bu dəfə AFFA bizə haranı ayıracaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Bu gün, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Bu gün, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Bu gün, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” Bütün xəbərlər
Ən çox oxunanlar