31 mar 15:46olke

"Araz"a növbəti debütant silləsi

"Araz"a növbəti debütant silləsi
Dünən futzal üzrə yüksək liqada 23-cü turun oyunları keçirildi. “Yasamal” MFK – "Ekol" oyunu, gözlənildiyi kimi, birincilərin təyin edilən vaxtda meydana çıxmaması səbəbindən baş tutmadı. Nəticə ilə bağlı İntizam Komitəsi qərar verəcək. Daha doğrusu, komitə gələn həftə baş tutacaq iclasında yasamallıların çempionatdan kənarlaşdırıldığını rəsmən elan edəcək.
Saat 14.30-da isə "Araz"la "Xəzər Cənub" üz-üzə gəldi. Bəribaşdan qeyd edək ki, son iki dueldə debutantın “qolunu bükə bilməyən” çempion bu dəfə daha betər aqibətlə üzləşdi. "CBC Sport" vasitəsilə canlı yayınlanan mərkəzi oyun yetərincə maraqlı keçdi. Hesabı 3-cü dəqiqədə Şahab Şahnazın qolu ilə “Xəzər Cənub” açdı. Lider Xətai Bağırovun sayəsində dərhal “status-kvo”nu bərpa etsə də, nominal meydan sahibləri yenidən üstünlüyünü bərpa etdi. Bu dəfə digər iranlı legioner Fərid Məzahiri fərqləndi. Düzdü, “Araz” yenə qol vurdu, 17-ci dəqiqədə İsa Atayev yenidən bərabərliyi təmin etdi - 2:2. Amma çox keçmədi ki, müdafiədən topu uzaqlaşdıran zaman səhvə yol verilməsi “Xəzər Cənub”un işinə yaradı. Rəşid Qalapur şansını boşa vermədi. Beləliklə, Lənkəran təmsilçisi fasiləyə hesabda üstün yollanmağı bacardı. İkinci hissədə də qarşılıqlı hücumlara şahidlik etdik. “Araz” iki dəfə qapı tirini silkələməklə yadda qaldı. Əvəzində daha çox hesabı qorumağa çalışan və qapıçının inamlı oyunu sayəsində məqsədinə nail olan “Xəzər Cənub” rəqibin növbəti səhvini qola çevirməyi bacardı. Belə ki, 32-ci dəqiqədə İsaq Surqalı fərqi iki topa çatdırdı. Bundan sonra Alesio qapıçını da meydan oyunçusu ilə əvəzlədi. Əli Mikaili sabiq komandasını qapıçı formasında cəzalandırmağa çalışdı. Oyunda sonuncu qol 37-ci dəqiqədə vuruldu. Xətai Bağırov ikinci qolunu vurmaqla fərqi minimuma endirdi. Ancaq qalan 3 dəqiqə ərzində məğlubiyyətdən qurtulmaq mümkün olmadı.
Turun son oyununda liderlər qrupunda yer alan “Neftçi” aşkar autsayder "Yasamal" İSK-nı sınağa çəkdi. Hacıbala Abdullazadənin komandasının az əvvəl xal qazana bilməyən “Araz”a çatmaq imkanını əldən verməyəcəyi gün kimi aydın idi. Oyuna kifayət qədər itki ilə çıxan “Neftçi”də kapitan sarğısı Rəcəb Fərəczadəyə həvalə olunmuşdu. 13-cü dəqiqəyə kimi “Neftçi” artıq rəqibini 3 dəfə meydanın mərkəzinə dəvət etmişdi. Oruc Baxşəlizadə, Salar Şahnazi və Vahib Xocayev prinsipcə görüşün taleyini həll etdilər.
"Neftçi" fasilədən sonra da qol yağışını davam etdirdi. Təcrübəli Vitali Borisov autsayderi cəzalandırdı. Amma Yasamal təmsilçisi də “siftə” etmək imkanı qazandı. 0:4-dən sonra Amil Əlimirzəyev təsəlli qoluna imza atdı. Sonrakı dəqiqələrdə bir neçə qol imkanını sağa-sola xərcləyən “Neftçi” hərdən “çərçivə”yə də düşürdü. 32-ci dəqiqədə Tural İsmayılov komandasının növbəti qolunun müəllifi oldu. Son iki dəqiqədə Oruc Baxşəlizadə və Vahib Xocayevin ifasında daha iki dəfə fərqlənən "Neftçi" darmadağını rəsmiləşdirdi - 7:1.
23-cü tur
Xəzər Cənub - Araz 4:3 (3:2)
Xəzər Cənub: 24. Həmid Rəşidi, 9. Fərid Məzahiri, 11. Şahab Şahnaz, 13. Əmir Şocayi, 20. İsaq Surqalı; 1. Əli Xadimi, 33. Rza Təbrizi, 7. Hadi Rizvan, 12. Rəşid Qalapur, 10. Mehdi Pənahande (k), 78. Behzad Şebli, 99. İlkin Mirzəyev.
Menecer: Tuğsal Eliz.
Araz: 12. Rövşən Hüseynli, 8. Rizvan Fərzəliyev (k), 10. Nihad İsmayılov, 11. Xətai Bağırov, 17. İsa Atayev; 1. Kamran Hacıyev, 7. Əli Mikaili, 9. Oktay Rüstəmli, 13. Hüseyn Seyidəbülfəz, 14. Məsud Nəsirzadə, 15. Məhəmmədtaha Neməti, 18. Adil İsmayılov, 19. Sadiq Cavid, 20. Emil Həsənzadə.
Baş məşqçi: Joze Alesio Da Silva.
Qollar: Ş.Şahnaz, 3 (1:0). X.Bağırov, 3 (1:1). F.Məzahiri, 4 (2:1). İ.Atayev, 17 (2:2). R.Qalapur, 17 (3:2). İ.Surqalı, 32 (4:2). X.Bağırov, 37 (4:3).
Vərəqələr: İ.Atayev, 18. R.Hüseynli, 28 - sarı.
Hakimlər: Rahin Heybətov, Mehman Mahmudov, Elmir Quluzadə.
29 mart. Bakı İdman Sarayı.
Yasamal İSK – Neftçi 1:7 (0:3)
Yasamal İSK: 23. Namaz İsmayılov, 5. Vüsal Səfərov (k), 11. Amil Əlimirzəyev, 3. Məhərrəm Orucov, 10. Məhəmməd Eyniyev; 1. Ceyhun Nağıyev, 19. Nirat Şahtaxtinski, 2. Anar İsayev, 6. Davud Bağıri, 9. İbad Məmmədov, 13. Nihad Mahmudov, 14. İmran Təhmirazlı. Rəhbər: Azər Əmənov.
Neftçi: 1. Samir Mehdiyev, 7. Rəcəb Fərəczadə (k), 13. Əjdər Əjdərov, 14. Vitali Borisov, 94. Oruc Baxşəlizadə; 23. Seyidəhməd Yaqubi, 6. Salar Şahnazi, 8. Vahib Xocayev, 17. Tural İsmayılov.
Baş məşqçi: Hacıbala Abdullazadə.
Qollar: O.Baxşəlizadə, 2 (0:1) S.Şahnazi, 7 (0:2). V.Xocayev, 13 (0:3). V.Borisov, 21 (0:4). A.Əlimirzəyev, 21 (1:4). T.İsmayılov, 32 (1:5). O.Baxşəlizadə, 39 (1:6). V.Xocayev, 40 (1:7).
Hakimlər: Anar Fərəcov, Elvin Ağayev, İsgəndər Əliyev.
29 mart. Bakı İdman Sarayı.
1. Araz 19 13 4 2 140-45 43
2. Neftçi 20 14 1 5 118-57 43
3. Xəzər Cənub 20 12 3 5 191-65 39
4. Ekol 18 12 3 3 166-52 39
5. Yasamal MFK 18 6 1 11 95-97 19
6. Liman 19 2 0 17 63-252 6
7. Yasamal İSK 20 2 0 18 64-267 6
Bombaridlər: Hadi Rizvan (Xəzər Cənub) – 67, Namiq Məmmədkərimov (Ekol) – 49, Xətai Bağırov (Araz) – 30.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu Bu gün, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda Bu gün, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır Bu gün, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü Bu gün, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! Bu gün, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib Bu gün, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar Bütün xəbərlər
Ən çox oxunanlar