Yazarlar
Nurasib Rəhimov
Prezident öz adı ilə bağlı olan qurumlara nəzarət eləmir?Nihat
Həngamə bundan sonradı
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

BMM “Futbol+”ə yer verməkdən çəkindi

“Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi

AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı

“Futbol+” kollektivi İlham Əliyevə müraciət etdi

Kamran Ağayevdən növbəti özündənrazı açıqlama

Adil Nadirov vəfat etdi

Bordin toplanışdan və komandasından razıdı

“Kəpəz”in yeni rəhbərliyi məlum oldu

PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib

PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir

Yaşar Seyidov “Bakı”nın bazasına gedə bilmir

“Aldığımız avadanlıqlara 3 milyondan çox pul xərclədik”

“Xaqani Məmmədov keçmişdəki bəzi səhvlərinə görə kənarda qalıb”

“Aclar” məhəlləsindən çıxan “futbol manyakı”
29 mar 23:33olke
“CBC Sport” Moldova ilə oyunlardan birini göstərəcək

Abbasov: “AÇ-nin oyunlarını yayınlayacağıq”
Futzal millimiz sabah beynəlxalq yoldaşlıq görüşü keçirəcək. Rəqib Moldovadı. Əslində Avropa çempionatının əsas mərhələsinə hazırlaşan Biro Jadenin komandası bu rəqiblə ardıcıl iki gün gücünü sınayacaq. Hər iki oyun Bakı İdman Sarayında baş tutacaq. Başlama saatı da eynidi: 18.30. Sabahkı oyun “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanacaq. Əvvəlcə futzal millimizin hər iki oyununun yayınlayacağı açıqlanmışdı. Ancaq sonradan proqram dəyişdirildi və 30-dakı oyunun yayını ləğv olundu. Aydın məsələdi, həmin tarixdə ölkə kubokunun yarımfinal görüşləri olacaq. Görünür, ilk öncə bu məqam unudulub.
Məsələyə telekanalın baş redaktoru Şəmsəddin Abbasovdan münasibət öyrəndik: “Düzdü, kubok oyunlarına görə ikinci qarşılaşmanın yayınını ləğv etdik. Ancaq hansısa unutqanlıqdan söhbət gedə bilməz. Yenilik fikirləşmişdik, alınmadı. İstəyirdik ki, ayın 30-da Bakı İdman Sarayına 4 kamera göndərək və çəkiliş edib internetdən yayınlayaq. Ancaq bu ideya texniki həllini tapmadı”.
Şəmsəddin bəy AÇ ilə bağlı planları da açıqladı: “Növündən asılı olmayaraq, bütün milli komandalara, o cümlədən futzala həssas yanaşırıq. Komandamızın aprelin 8-11-i aralığında evsahibliyi edəcəyi qitə çempionatının əsas mərhələsindəki oyunlarını da işıqlandıracağıq. Həm də təkcə özümüzkülərin yox, qrupdakı başqa qarşılaşmaları da yayınlayacağıq”.
MİRAĞA
Şərh yaz