30 mar 04:11olke

“Yasamal” MFK fəaliyyətini dayandırdı

“Yasamal” MFK fəaliyyətini dayandırdı
Orxan Allahverdiyev: “Ayda komandaya 10 min manat xərcləyirdik”
Bu gün futzal üzrə yüksək liqada növbəti turun oyunları keçiriləcək. Bakı İdman Sarayında keçiriləcək 23-cü turun oyun cədvəlini və təyinatları qəzetimizin ötən saylarından birində nəzərinizə çatdırmışıq. Sadəcə, bir qaranlıq məqam var. Məlum olduğu kimi, “Yasamal” MFK mübarizəni dayandırıb. Reqlamentə görə, çempionat ərzində üzürlü səbəb olmadan 3 oyuna gəlməyən komanda avtomatik yarışdan kənarlaşdırılır. Ötən turda “Araz”la oyuna gəlməməklə “Yasamal” MFK 3-ü haqladı. Komanda üçüncü dövrənin ilk iki turunda “Araz” və “Ekol”la görüşlərdə də iştirak etməmişdi. Baxmayaraq ki, sonradan özlərində güc tapıb 4 oyuna çıxmışdılar. “Yasamal” MFK-nın məsələsinə bir daha qayıtmağımız səbəbsiz deyil. Məsələ burasındadı ki, federasiyanın rəsmi saytı turun təqviminə “Yasamal” MFK – “Ekol” matçını da daxil edib. Hətta oyun saatı və təyinatlar da açıqlanıb. Saat 12.30-a təyin olunan oyunu Mehman Mahmudov, Elmir Quluzadə və Elvin Ağayevdən ibarət briqada idarə etməlidi. Bəlkə “Yasamal” MFK-ya güzəşt olunub? Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovu dinləyək: “Böyük ehtimalla “Yasamal” MFK-nın məsələsi məlumdu. Yəqin yenə oyuna gəlməyəcəklər. Həmin oyunu qrafikə salmamaq olardı. Ancaq biz İntizam Komitəsinin rəsmi qərarını gözləməliyik. Fasilə olduğuna görə İK-nın növbəti iclası gələn həftə baş tutacaq. Soruşduq, dedilər ki, qərar yoxdusa, oyun təqvimdən çıxarılmamalıdı. Bəlkə “Yasamal” MFK elə səbəb göstərəcək ki, İK onu üzürlü sayacaq”.
Əslində federasiyanın rəsmi sənədə əsaslanması normaldı. Amma oxucularımız durumdan tam hali olsun deyə, məsələnin sonuna qədər getdik. Belə ki, axtarıb “Yasamal” MFK-nın rəhbəri Orxan Allahverdiyevi tapdıq və “Ekol”la oyuna çıxıb-çıxmayacaqlarını soruşduq: “Artıq fəaliyyətimizi dayandırmışıq. Federasiya da durumdan xəbərdardı. Maddi vəziyyət yaxşı deyil. Davam etmək iqtidarında deyilik. Komanda dağılıb, iranlıları gətirə bilmirik. Əslində 3-4 nəfərin müqaviləsinin müddəti mövsümün sonuna qədərdi. Tələb etsək, gəlib son dövrəni yola verə bilərlər. Amma onları gətirib maddi xərclərini qarşılaya bilmirik. Legioner gətirirsənsə, ona ev tutmalısan, başqa məişət qayğılarını həll etməlisən, maaş verə bilməsən də, mükafat ayırmalısan. Çünki iranlı gəlib burda qidalanmalı, ailəsinə pul göndərməlidi, ya yox? Dekabrın pulunu öz cibimdən verdim, yanvarda imkanım olmadı. Onlar da çıxıb getdilər. Oyun saatı, təyinatların açıqlanması formal xarakter daşıyır, oyuna gəlməyəcəyik və bunu yuxarılar da bilir. Bu illik fəaliyyətimizə son vermişik. Bəlkə yayda vəziyyət dəyişdi, növbəti mövsüm yenidən qayıtdıq”.
Qeyd edək ki, “Yasamal” MFK-nın əvəzediciləri birinci liqada çıxış edir. Bəs onların taleyi necə olacaq? Allahverdiyev ikinci komandanı saxlayacağını deyir: “İkinci komanda ilə bağlı problem yoxdu. Orda heyət genişdi, 20 futzalçı sifariş etmişik. Komanda ortabablardandı. Nəticəsi bizi tam qane etməsə də, yolumuza davam edəcəyik. Əslində reqlament imkan vermir, yoxsa ordan bir neçə nəfəri əsas komandaya götürüb mübarizəni davam etdirərdik. Əsasnaməyə görə, ikinci komandadan 2 nəfəri yüksək liqada oynada bilərik. Əsas komandada isə cəmi 2 yerli futzalçımız var. Birlikdə say 4 edir, yəni bir “beşlik” belə düzəlmir. Səhv özümüzündü, komandanı formalaşdıranda iranlıların sayını azaldıb yerlilərdən bir neçəsini əlavə etməliydik. İndi belə problemlə qarşılaşmazdıq. Bilmirdik ki, vəziyyət belə alınacaq. 10-12 iranlı gətirmişdik, onların 5-6-nı bizim klublar ələ keçirdi, 1-i İranda özünə klub tapdı”.
Fürsətdən yararlanıb Orxan bəydən komandanın yüksək liqadakı xərclərini də öyrəndik: “Klubu 2014-cü ildə təsis etmişik. 2016/17 mövsümündə 4-cü, 2017/18-də 6-cı yeri tutduq. Ötən mövsüm sponsorumuz var idi. Ayda komandaya 10 min manat xərcləyirdik. Bu il isə bu məbləğ bir neçə dəfə az oldu. Konkret bu mövsüm futbolçulara ödənilən məbləğ və başqa xərclər 2200-2500 aralığında dəyişirdi. Tutaq ki, 2-ci və ya 3-cü yeri tutdum, yenə büdcəmə təsir etməyəcək. Legionerlərin transferindən də heç nə əldə etmədim. Mənə qalan əziyyət oldu. Sonluq da belə alındı, mübarizəni davam edə bilmədik, adımıza xələl gəldi. Federasiyaya kömək üçün müraciət etmədim. Kiməsə yük olmağı xoşlamıram. Belə baxanda mövsümün əvvəlində bizə eşitdirmişdilər ki, federasiyadan nəsə gözləməyin”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu Dünən, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda Dünən, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır Dünən, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü Dünən, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! Dünən, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib Dünən, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar Bütün xəbərlər
Ən çox oxunanlar