30 mar 01:23olke

Fofana Azərbaycan - Ermənistan münasibətlərindən xəbərsiz imiş

Fofana Azərbaycan - Ermənistan münasibətlərindən xəbərsiz imiş
“Ordan ayrılandan sonra mənə çox zəng edirdilər, açığı, Ermənistana qayıtmaq istəmirdim”
Əslində onunla indi yox, hələ yanvarda – “Zirə”yə keçidi rəsmiləşəndə danışmaq niyyətindəydim. Ölkəmizə gəlişi səs-küy doğurmuşdu deyə, özüylə üzbəüz söhbətdə bir çox qaranlıq məqamlara aydınlıq gətirmək niyyətindəydim. Sadəcə, çempionat oyunlarının sıx qrafikdə keçirilməsi, bir az da qəzetdəki işlərin çoxluğu görüşün baş tutmasını əngəlləyirdi. Nəhayət, dünən - “Zirə”nin günorta məşqindən sonra mərkəzdəki restoranların birində çay süfrəsi arxasında əyləşib, yarımsaatlıq söhbətdə həm mənim, həm də sizin üçün bir çox maraqlı suallara cavab tapmağa çalışdım. Müsahibənin baş tutmasında klubun mətbuat katibi Elmar Abdullazadəyə də bir ayrı təşəkkür düşür.
Elə isə müsahibim vaxtilə Ermənistanda çıxış etmiş, “Şirak”ın uğurları üçün tər tökmüş, bu komandayla kubok sevinci qazanmış, Avroliqada mərhələ adlamış, bədnam qonşularımızın çempionatında ən sərrast oyunçu olmuş, vaxtilə “Partizan”ın heyətində Bakıya səfər etmiş İsmael Fofanadı.
“Ağlıma da gəlməzdi ki, 18 yaşımda İngiltərəyə yollanmaq imkanım olacaq”
- 18 yaşın olanda “Çarlton”dan təklif almağın və dərhal İngiltərəyə yollanmağın, yəqin ki, həyatının ən unudulmaz hadisəsidi. O dönəmi necə xatırlayırsan?
- Həqiqətən də ömrümün sonuna qədər unuda bilməyəcəyim hadisə idi. Karyeramın ən parlaq səhifəsi də deyə bilərəm. Futbola yeni başlayanda valideynlərimə söz vermişdim ki, adlı-sanlı futbolçulardan birinə çevriləcəm, səsimi yüksəklərdən eşidəcəksiz. Lakin ağlıma da gəlməzdi ki, 18 yaşımda İngiltərəyə yollanmaq imkanım olacaq.
- Nə baş verdi?
- Kot d’İvuarın aparıcı klublarından olan ASEC-in diqqətini çəkmişdim və bu komandada oynamağa başladım. ASEC-in “Çarlton”la əməkdaşlıq müqaviləsi vardı ki, bəndlərdən biri də gənc futbolçuların mübadiləsi idi. ASEC-də cəmi 6 ay oynayandan sonra məni “Çarlton”a təklif etmişdilər. Bir gün baş məşqçi yanına çağırıb İngiltərəyə yollanmaq şansının yarandığını bildirdi. Açığı, inanmadım, zarafat etdiyini düşündüm. Biləndən sonra ki, ciddi söhbətdi, özümə yer tapa bilmirdim. Həmin an keçirdiyim hissləri sözlə ifadə etməyim mümkün deyil. Beləcə günlərin birində “Çarlton”da peyda oldum. Bu mənim üçün yuxu kimiydi.
- Lakin “Çarlton”un əsas komandasında debüt etmək imkanın olmadı.
- Bunun üçün işçi vizam olmaydı. İşçi vizası üçün isə əsas yığmada oynamalıydım. Məni gələcək üçün cəlb etmişdilər. Ona görə də əsas komandayla məşq edib əvəzedici komandada oynayırdım. Yığmada çıxış etməyim üçün klubda daim şans qazanmalıydım. Bu məqsədlə məni Norveç “Fredikstad”ına, daha sonra Fransanın “Şerbur” və “Sen-Lo Manş” klublarına icarəyə verdilər. “Çarlton”la 4 illik müqaviləm olduğu müddətdə əsasən bu komandalarda çıxış etsəm də, milliyə cəlb olunmadım. Nəticədə yenidən Kot d’İvuara qayıtmalı oldum. Sonradan Ermənistan, Serbiya, İran, Çin karyerası və s.
- Sən də kasıb ailədə böyüyən afrikalılardansan?
- O qədər də kasıb olmamışıq. Atam kokos, anam isə paltar alveri ilə məşğul idi. Sadəcə, ən böyük problem o idi ki, atam futbolçu olmağımı istəmirdi. Əvəzində anam daim dəstək göstərir, yanımda olduğunu deyirdi. Çünki o dönəmdə futbolda böyük pullar dövr eləmirdi. Həm də hər yerindən duran futbolçu olmaq istəyirdi deyə, atam hansısa sənətin arxasınca getməyimi istəyirdi. Uşaqlıq illərim çətin keçib. Mən uşaq olanda atamla anam ayrıldılar. Anamın himayəsində qaldıq. 6 uşaq idik - 3 bacı, 3 qardaş. Bacımla mən eyni ata, eyni anadan olsaq da, digərləri atamın o biri yoldaşından idi. O vaxt özümə söz vermişdim ki, anamın çəkdiyi əziyyətin qarşılığını verəcəm.
“Neftçi”də qaradərili “10 nömrə” vardı”
- Yəqin ki, az-çox məşhurlaşandan sonra atan səni axtarmağa başladı.
- (gülür) Eynən. Ən gülməli vəziyyət də onda yaranmışdı. Biz San-Pedro şəhərindən olsaq da, ASEC paytaxt Abicanı təmsil edirdi. Orda oynayanda atam yanıma gəlib mənə dəstək verəcəyini, daim yanımda olacağını bildirdi. Çox xoşbəxt idi. Artıq böyümüşdüm və nə üçün boşandıqlarını dərk edirdim deyə, atama qarşı aqressiv deyildim. Təəssüf, 1 il öncə atam dünyasını dəyişdi. Yaxşı ki, xoş günlərimi görmək ona qismət oldu.
- İsmael müsəlman adıdı. Müsəlmansan?
- Xristianam. Atam müsəlman idi, bu adı da mən o vermişdi. Anam isə xristiandı. Sadəcə, onlar boşanandan sonra anamın yanında qaldım deyə, xristianlığı qəbul etdim. Ayrılmasaydılar, müsəlman olacaqdım.
- Bir çox ölkələrdə oynamısan. Azərbaycanda yaşamaq çətin deyil?
- İnanın həyatımın bəlkə də ən unudulmaz günlərini Bakıda yaşayıram. Həqiqətən fantastik ölkədi, paytaxtınız olduqca gözəldi. Ölkənizi ilk dəfə 2014-ün yayında – “Partizan”la Bakıya səfər edəndə - görmüşdüm. Ona görə də “Zirə”dən təklif alanda qətiyyən tərəddüd etmədim. Burda hər cəhətdən çox rahatam.
- Yeri gəlmişkən, 2014-ün yayında Avroliqanın pley-off mərhələsindəki “Neftçi” - “Partizan”ın duelində serblər qrup mərhələsinə vəsiqə qazanmışdı. Həmin oyunları necə xatırlayırsan?
- Hər iki oyun indiyə kimi gözümün önündədi. Belqradda meydana çıxmaq imkanım olsa da, Bakıda sona qədər ehtiyatda qalmışdım. “Neftçi”də qaradərili “10 nömrə” (Culis Vobay) vardı. Olduqca bacarıqlı və qeyri-adi futbolçuydu. Baş məşqçimiz ən çox ondan ehtiyatlanırdı. Ona görə də bütün komandaya onu “bağlamağı” tapşırmışdı. Lakin Bakıdakı matçda qol vurmağı bacardı. Yadımdadı, burda qrup mərhələsinə vəsiqəni rəsmiləşdirib Belqrada qayıdanda hava limanında xeyli səs-küy salmışdıq. Həmin an polislər bizə yaxınlaşıb sakit olmağımızı tapşıranda arada müəyyən anlaşılmazlıq olmuşdu. Lakin sonda səsimizin tonunu aşağı salmalı olmuşduq. Əks halda təyyarəyə buraxmaya bilərdilər (gülür). Hə, bir də Bakıdakı oyunda meydanın durumu yadıma düşdü. “Neftçi” texnikalı futbol sərgiləyirdi deyə, onlara əlverişli örtükdə oynamaq daha rahat idi. “10 nömrə”dən başqa daha bir braziliyalıları vardı, o da çox texnikalıydı (Flavinyo). Örtüyün durumu yaxşı olsaydı, bəlkə də “Neftçi”ylə bacarmazdıq. Kələ-kötür meydan işimizə yaramışdı.
- Bir neçə gün əvvəl baş məşqçiniz Samir Abasov yığmamızla bağlı danışanda sənin adını çəkmişdi. Yəqin ki, eşitmisən.
- (gülür) Bu barədə mənə Elmar (“Zirə”nin mətbuat katibi Elmar Abdullazadə) məlumat verdi. Xəbərim var.
- Eşidəndə yəqin ki, xeyli güldün.
- Başa düşdüm ki, həmkarlarınızla zarafat etmək istəyib. Burda uzun müddət oynasaydım, bəlkə də yığma haqda danışmaq olardı. Amma belə qısa zamanda heç kim mənə pasport verməz. 3-4 ildən sonra isə 33-34 yaşım olacaq. Çətin kiməsə lazım olum.
“Şirak”da ən yüksək maaş 3 min dollar idi”
- “Zirə”yə transferin səs-küyə səbəb olmuşdu. Səbəbini bilirsən?
- Vaxtilə “Şirak”da oynadığıma görə?
- Təbii...
- Amma mən belə olacağını gözləmirdim.
- Niyə?
- Çünki Ermənistan - Azərbaycan müharibəsindən xəbərsiz idim.
- Ciddisən?
- Həqiqətən. Bilsəydim, deyərəm ki, bilirdim. Burda gizlətməli nə var? Orda olduğum müddətdə bu haqda heç kim mənə heç nə deməmişdi. Ermənilərin türklərlə isti münasibətdə olmadığını eşitmişdim. Amma Azərbaycanla dəhşətli müharibədən məlumatsız idim. Yalnız bura gələndən sonra mənə yaşananlar haqda bilgi verdilər, müəyyən acı faktlar söylədilər. Ona görə də insanların Ermənistanda top qovmuş futbolçunun Azərbaycana gəlməsi ilə bağlı narazılığını yaxşı başa düşürəm. Lakin bu işdə mənim günahım yoxdu. Peşəkar futbolçuyam, hansı ölkədən dəvət olursa, dəyərləndirməyə çalışıram. O vaxt “Çarlton”dan Kot d’İvuara qayıtmışdım və yenidən Avropaya dönmək, özümü göstərmək istəyirdim. Belədə “Şirak”ın təklifini dəyərləndirməli olmuşdum.
- Azərbaycan və Ermənistan futbolunu müqayisə edə bilərsən?
- Azərbaycan futbolunun səviyyəsi daha yüksəkdi.
- Məsələn, nədə?
- Futbolla bağlı olan hər şeydə. İstər şərait olsun, istər peşəkarlıq, istər çempionatın və komandaların səviyyəsi, istər infrastruktur, istər meydanların durumu, istər maliyyə şərtləri – qısası, hər şey burda daha yaxşıdı.
- Fikir vermisənsə, Ermənistan yığmasının bir çox üzvü xaricdə top qovur. Bizimkilər isə ölkəni tərk etməkdə maraqlı deyillər. Səncə, əsas səbəb vətəndə yaxşı pulların verilməsidi?
- Məncə, başlıca səbəb budu. Ermənistanda futbolçulara verilən pulun məbləği çox aşağıdı. Ona görə də xaricə üz tuturlar. Azərbaycanda isə yaxşı maliyyə şərtləri təklif olunur. Fikir verin, Qazaxıstanda da belədi. Hansısa qazax futbolçunun Avropada top qovduğunu görmüsüz? Olsa da, 1-2 nəfər. Çünki özlərində yaxşı pul verirlər. Öz aramızdı, Bakıda həyat səviyyəsi də yüksəkdi. Sanki Avropanın hansısa məşhur şəhərindəsən.
- Ermənistan futbolunda ortalama maaş nə qədərdi?
- Orda 6 il əvvəl oynamışam. Komandadan komandaya fərq var. Məsələn, “Şirak” ən imkanlı komandaları sayılır. Orda ən yüksək maaş 3 min dollar idi. Məncə, indi də belədi. Ordan ayrılandan sonra mənə çox zəng edirdilər, açığı, Ermənistana qayıtmaq istəmirdim.
- Niyə?
- İlk növbədə maddi şərtləri əlverişli deyil. Digər tərəfdən futbolun səviyyəsi. “Şirak”a tramplin gözü ilə baxıb getmişdim. Ona görə də avrokuboklardakı çıxışımı görən “Partizan” məni heyətində cəlb etmişdi. Azərbaycandakı şərtlər təkcə Ermənistandan yox, Serbiyadan da yaxşıdı. Serbiyada “Partizan”, “Srvena Zvezda” və “Çukariçki”dən başqa yaxşı pul verən yoxdu.
“Bunları da zəhmət olmasa, müsahibənin sonuna qeyd edərsiz”
- Ermənistanda azarkeşliyin səviyyəsi necə idi? Azərbaycanın ən böyük problemlərindən biridi.
- Siz burdakı azarkeş sayına problem deyirsizsə, ermənilər nə etsin? (gülür) Burda hər oyuna azı 500-1000 nəfər gəlir. Hətta sayları az olsa da, möhtəşəm dəstək verirlər. Məsələn, “Sumqayıt”la səfər oyunumuzda tribunalarda əla ab-hava var idi. “Qarabağ” və “Neftçi” ilə oyunlarımızda da həmçinin. Ermənistanda həm tərəfdarların sayı azdı, həm də sakitdilər. Əsasən derbi görüşlərinə maraq göstərirlər ki, onda da sayları 2, maksimum 3 min olur.
- Orda da hər qələbəyə görə mükafat verirlər?
- O vaxt iddialı komandalarda var idi. Amma məbləğ elə də çox olmurdu. Həm də yalnız qələbə müqabilində verirdilər, heç-heçəyə düşmürdü.
- İrəvanla Bakını müqayisə etsən, necə?
- Arada o dərəcədə kəskin fərq var ki, müqayisə etməyim mümkünsüzdü. Bakı ucu-bucağı görünməyən, həm də olduqca müasir şəhərdi. İrəvan isə kiçik qəsəbə kimidi, həm də keçmiş illəri xatırladır. Ora əcnəbilər üçün çox darıxdırıcıdı. Bakını, məsələn, Belqradla müqayisə edə bilərəm.
- Futbolçu olmasaydın, səndən yaxşı turist çıxardı.
- (ucadan gülür) Düz deyirsən.
- Niyə dediyimi başa düşdün?
- Əlbəttə. Çox ölkələrdə oynadığıma görə?
- Eynən. Kot d’İvuar, İngiltərə, Norveç, Fransa, Ermənistan, İran, Serbiya, Çin, Qazaxıstan, indi də Azərbaycan...
- Bunun məndən asılı olan və olmayan səbəbləri var. Xırdalıqlara varsam, söhbətimiz çox uzanacaq. Qısaca deyim ki, bəzi komandalardan məşqçi dəyişikliyi olduğuna görə ayrılmışam, bəzən daha yaxşı təklif almışam, ya da elə olub ki, daha rahat ola biləcəyim kluba üz tutmuşam.
- Bizə qonşu olan üç ölkədə oynamısan. Elə isə Azərbaycan, İran, Qazaxıstan və Ermənistan futbolunu pillələr üzrə necə yerləşdirə bilərsən?
- Heç şübhəsiz, ilk pillədə İran dayanır. Buna şübhə etməyə dəyməz. Azərbaycanla Qazaxıstan futbolu, demək olar, eyni səviyyədədi. Sadəcə, onlarda komanda sayı daha çoxdu deyə, çempionatda ciddi rəqabət var. Azərbaycanda 12-14 komanda çıxış etsə, səviyyə bərabər olar, bəlkə də siz onları üstələyərsiz. Belədə azarkeşlərin sayı da artar. Komanda sayı çoxdu deyə, ora daha çox əcnəbi axın edir. Ona görə də Qazaxıstan birinciliyi Azərbaycan çempionatı ilə müqayisədə nisbətən öndədi. Sonuncu pillədə isə Ermənistan futboludu.
(diktofonu söndürməyə hazırlaşdığım anda son fikirlərini demək üçün fürsət istəyir)
- 13 ildi futbol oynayıram, dediyiniz kimi, neçə-neçə ölkələrdə olmuşam. Amma ilk dəfə idi müsahibə üçün restorana dəvət olunurdum. Həm də sıradan suallara cavab vermədim. Hiss olunurdu ki, karyeramı ən kiçik detalına qədər incələmisiz. Futbolçu üçün dolu tribunalar önündə oynamaq nə qədər rahatdısa, jurnalistdən bu cür sualları eşidib cavablamaq da o qədər xoşdu. Çəkdiyiniz əziyyətə görə təşəkkür edirəm. Bunları da zəhmət olmasa, müsahibənin sonuna qeyd edərsiz.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar