29 mar 15:03olke

Siyasət Əsgərov “danışılmış oyun” iddiasını yalanladı

Siyasət Əsgərov “danışılmış oyun” iddiasını yalanladı
“Emil Həsənzadəni intizamsızlığa görə uzaqlaşdırdım”
“Səbail” qışda əvəzedici komandadan uzaqlaşdırdığı 6 futbolçunun danışılmış oyunlarda iştirakını qətiyyətlə rədd edir. Klub hətta mətbuatda yer alan xəbərləri rəsmi şəkildə bəyanat yaymaqla təkzib etdi. Açıqlamada islahatın baş məşqçi dəyişikliyi nəticəsində reallaşdığı vurğulanmışdı. Bəyanatın məğzini xatırladaq: “İctimaiyyətdə “Səbail” barədə yanlış fikirlərin formalaşmasına və klubumuzun imicinə zərər vurulmasına səbəb ola biləcək bu cür dəqiqləşdirilməmiş məlumatların fakt kimi təqdim olunmasını qəti şəkildə pisləyirik. Məlumat üçün bildiririk ki, ötən ilin dekabrında həqiqətən “Səbail-2” komandasının üzvləri – Cəfər Əlizadə, Süleyman Mustafazadə, Emil Həsənzadə, Nurlan Rzazadə, Nazim Kərimli və Ağarəhim Kərimovun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Ancaq adı qeyd olunan futbolçuların komandadan ayrılmasına səbəb hər hansı “danışılmış oyunlar”da iştirak yox, “Səbail-2”nin məşqçilər korpusunda dəyişiklik baş verməsi və yeni məşqçi korpusunun heyətin komplektləşdirilməsi prosesində həmin futbolçuların xidmətinə ehtiyac duymamasıdı. Son olaraq, ictimaiyyətə yanlış informasiyaların verilməməsi üçün “Səbail” ilə bağlı dərc olunan bütün məlumatların klubun mətbuat xidməti ilə dəqiqləşdirilməsini xahiş edirik”.
Başqa sözlə, klub futbolçuların komandadan kənarlaşdırılmasını baş məşqçi Siyasət Əsgərovun iradəsi ilə izah etmişdi. Biz də onunla əlaqə saxlayıb, islahatı əsaslandırmasını istədik. Düzdü, hər bir məşqçinin özünün futbola baxışı var və istəyinə uyğun olaraq, gəldiyi komandada yeni heyət formalaşdırması normal qarşılanır. Ancaq konkret “Səbail-2” ilə bağlı vəziyyət fərqlidi. Hələ də qaranlıq qalan məqamlar var. “Danışılmış oyunlarda iştirak”la bağlı söz-söhbət bir yana, bəzi futbolçuların üsyan qaldıraraq, Elman Sultanovun geri qaytarılmasını tələb etdiyi də deyilir. Bunlara Siyasət Əsgərovun münasibətini öyrənmişik. Ancaq çalışdırıcının qarşısına konkret dəlillər qoyduq. O dəlilləri sizin də diqqətinizə çatdırırıq.
Məlum olduğu kimi, Elman Sultanov 8-ci turdan sonra istefaya göndərildi. Rəhbərlik əsasən onu texniki məğlubiyyətlərə görə komandadan uzaqlaşdırdı. Belə ki, iki oyunda adı protokolda olmayan futbolçunun xidmətindən yararlandığına görə İntizam Komitəsi tərəfindən “Səbail-2”yə 0:3 hesablı məğlubiyyət verildi. Məsələ burasındadı ki, qış fasiləsində göndərilən 6 futbolçunun heç də hamısı əsas heyət üzvü olmayıb. Ağarəhim Kərimov nəinki Sultanovun, Siyasət Əsgərovun gəlişindən sonra da heç bir çempionat oyununa çıxmayıb. Elman bəy Nazim Kərimlini 8 oyunda cəmi 3 dəfə meydana buraxıb və hamısında 1-2 dəqiqə oynadıb. Qapıçı Cəfər Əlizadə də “bir nömrə” olmayıb. Sultanovun cəmi 3 dəfə “çərçivə”ni etibar etdiyi Əlizadə bunların ikisində 90 dəqiqə, birində isə 66 dəqiqədə forma geyib. Göründüyü kimi, 6 nəfərdən 3-ü əsasən ehtiyat oyunçular skamyasının sakini olub. Əvəzində digər 3 futbolçu komandanın aparıcı üzvləri sayılıb. Xüsusilə Süleyman Mustafazadə və Emil Həsənzadə Sultanov üçün “bank oyunçu” olub. Süleyman kapitan, Emil isə komandanın əsas “qol silahı” kimi diqqəti çəkib. Sonuncu 9 oyunda 3 dəfə fərqlənib. İlk iki turda meydana çıxmağa macal tapmayan Nurlan Rzazadə sonrakı 6 oyunun hər birində 65-90 dəqiqə top qovub.
Siyasət Əsgərovun gəlişindən sonra Süleyman növbəti 3 oyunda da kapitan sarğısını daşıyıb. O, yalnız “Sabah-2” ilə qarşılaşmada kapitanlıqdan məhrum edilib. Emillə bağlı da nə olubsa, həmin matçdan sonra baş verib. Belə ki, hücumçu qış fasiləsi ərəfəsində son iki turda meydanda görünməyib. Əsgərov Ağarəhimlə yanaşı, Cəfər Əlizadəyə də heç bir oyunda şans verməyib.
Siyasət Əsgərov dövrələrarası fasilədə komandadan kənarlaşdırdığı futbolçuların məsələsinə belə aydınlıq gətirdi: “Çox sağ olun ki, bu mövzuya bir daha toxunub aydınlıq gətirmək istəyirsiz. Rəhbərliyimizə minnətdaram, yazılı açıqlama verərək mövqeyini ortaya qoyublar. Mən məsələyə nöqtə qoymaq istəyirəm. Özüm də çox istəyirdim ki, söz-söhbətə münasibət bildirim. Çünki adı çəkilən uşaqlar və dost-tanış mənə zəng vurub bu barədə soruşurlar. Mən “Səbail-2”ni 9-cu turda təhvil almışam. İlk 4-5 matçda, demək olar, eyni heyətlə oynamışam. Çünki hazır komanda var idi. Amma hələ “Səbail”in U-19 komandasında işləyəndə əvəzedicilərin oyununu izləyir, müşahidələr aparırdım. Bilirdim ki, zəif yerləri nədi. Təyinatdan dərhal sonra beynimdəki fikirləri həyata keçirə bilməsəm də, planları qış fasiləsində reallaşdırdım. İlk növbədə gəncləşdirmə siyasəti apardım, yaşlı oyunçuları uzaqlaşdırdım. U-19-dan daha cavan uşaqları cəlb etdim. Hər məşqçinin özünəməxsus iş metodu var. Göndərilən 6 futbolçunun yarısı Elman müəllimin vaxtında da əsas heyət üzvü deyildi. Digərləri də məni qane etmirdi. Adını qeyd etdiyiniz hücumçunu isə başqa səbəbdən komandadan kənarlaşdırdım. O, intizama əməl etmirdi. Bu üzdən birinci dövrənin başa çatmasını gözləmədən, 11-ci turdan sonra göndərdim. Ona görə də son iki oyunda bizimlə olmadı. Bir sözlə, heyətdəki islahatlar sırf mənim istəyimlə reallaşıb və danışılmış oyunlarla heç bir əlaqəsi yoxdu. Mənə qədər alğı-satqıda iştirak etmiş olsaydılar, mən niyə 4-5 oyunda onlara şans verirdim? Yəni burda məntiq yoxdu. O ki qaldı onların guya Elman Sultanovu geri qaytarmağı tələb etmələrinə, bu da yalandı. Elman müəllimin də az şans verdiyi futbolçunun onun dönüşünü arzulaması nə qədər ağlabatandı? “Səbail” gənclərin üzə çıxarılıb əsas komanda üçün hazırlanmasına ciddi önəm verir. Aşağı yaş qrupları üzrə yığmaların heyətinə baxın, hamısında bir neçə yetirməmiz var. “Səbail-2” də bu xətti davam etdirir. Danışılmış oyunlarda iştirak etmək iftirası bizə yapışmaz. Mətbuata səslənərək xahiş edirəm ki, heç kim bu cür söz-söhbəti fakt kimi təqdim etməsin”.
Fürsət düşmüşkən, paralel olaraq qadın yığmamıza da başçılıq edən Siyasət Əsgərovdan millinin qarşıdakı planlarını da öyrəndik: “Bildiyiniz kimi, əvvəl 17 yaşadək qızlardan ibarət millinin baş məşqçisi idim. Hazırda U-17-ni təhvil vermişəm. “Səbail-2” ilə yanaşı, əsas yığmanın da baş məşqçisiyəm. Millinin aprelin 1-6-sı aralığında Bakıda təlim-məşq toplanışı olacaq. Hazırlıq çərçivəsində iki beynəlxalq yoldaşlıq görüşümüz olacaq. Belə ki, ayın 3-də və 6-da Estoniya ilə qarşılaşacağıq. Aprelin 3-dəki görüş saat 16.30-da “Dalğa Arena”da olacaq. Üç gün sonra yenə “Dalğa Arena”nın əsas meydanında, ancaq bu dəfə saat 12.00-da üz-üzə gələcəyik”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar