19 mar 18:05olke

Essyen ilyarım “Səbail”ə xidmət edəcək

Essyen ilyarım “Səbail”ə xidmət edəcək
Gözlənildiyi kimi, “Səbail” sıralarını Maykl Essyenlə genişləndirdi. Klubun rəsmi saytı keçidin bəzi detallarını açıqlayıb. Qanalı ulduzla 1,5 illik müqavilə imzalanıb. Beləliklə, Maykl karyerasında 8-ci klub olan "Səbail"ə 2020-ci ilin mayına qədər xidmət edəcək. Essyen həmçinin “Səbail”in U-19 komandasının məşqçilər korpusunda da fəaliyyət göstərəcək. Başqa sözlə, o, Bayıl təmsilçisində oynayan-məşqçi statusu daşıyacaq. O, U-19-a əsasən seleksiya işində kömək edəcək. Yeri gəlmişkən, Essyen futbolçu kimi mübarizə apardığı İndoneziyada çıxışını bitirdikdən sonra bir müddət "Çelsi"nin 16 yaşadək futbolçulardan ibarət komandasında məşqçi kimi çalışıb. Onun UEFA-nın B kateqoriyalı məşqçi lisenziyası var.
Qana millisinin heyətində 58 oyuna 9 qol vuran, peşəkar karyerasına Fransa “Bastiya”sında başlayan və İngiltərə “Çelsi”si, İspaniya “Real”ı, İtaliya “Milan”ı kimi nəhənglərin şərəfini qoruyan Essyen yeni klubuna keçidini dəyərləndirib: “Bakıda üç həftə əvvəl olmuşdum. Klub rəhbərliyi ilə yaxşı söhbətim oldu. Onlar mənə layihələri haqda bəhs etdilər. Bu haqda düşündüm, bəyəndim və bax, artıq burdayam. Bura əvvəl gördüklərimdən fərqlənir. Maraqlı və cəlbedci görünür. Buna görə burda olmaqdan xoşbəxtəm".
İstisnasız olaraq, Maykl Essyen Azərbaycana gəlib-getmiş ən titullu futbolçudu. 36 yaşlı yarımmüdafiəçi "Çelsi"nin heyətində Çempionlar Liqasının qalibi olub. Ulduz futbolçunun karyerasına qısa nəzər salaq:
Mövqe - dayaq yarımmüdafiəçisi
Alternativ mövqelər - mərkəz yarımmüdafiəçisi və sağ cinah müdafiəçisi
Boy - 1.78
Ən yüksək bazar dəyəri - 45 milyon avro (2005)
Hazırkı bazar dəyəri - 500.000 avro
“Bastiya”da: 74 oyun, 12 qol
“Lion”da: 96 oyun, 13 qol
“Çelsi”də: 256 oyun, 25 qol, 18 məhsuldar ötürmə
“Real”da: 35 oyun, 2 qol, 1 məhsuldar ötürmə
“Milan”da: 22 oyun
“Panatinaikos”da: 15 oyun, 1 qol
“Persib Bandunq”da: 29 oyun, 5 qol, 1 məhsuldar ötürmə
Qana millisində: 58 oyun, 9 qol, 5 məhsuldar ötürmə
Fransa çempionu – 2 dəfə
Fransa superkuboku – 2 dəfə
İngiltərə çempionu – 2 dəfə
İngiltərə FA Kuboku – 4 dəfə
İngiltərə Liqa Kuboku – 1 dəfə
İngiltərə superkuboku – 1 dəfə
Çempionlar Liqasının qalibi (Çelsi) – 1 dəfə
Fransa liqasında "Ayın oyunçusu" mükafatı – 1 dəfə
Fransa liqasında "Mövsümün oyunçusu" mükafatı – 1 dəfə
Avropada "İlin ən yaxşı afrikalı oyunçusu" mükafatı – 1 dəfə
Qanada "İlin oyunçusu" mükafatı – 1 dəfə
İngiltərədə "Mövsümün oyunçusu" mükafatı – 1 dəfə
İngiltərədə "Mövsümün ən yaxşı qolunun müəllifi" mükafatı – 1 dəfə
Fransa liqasında “Mövsümün “11-liy”i” – 1 dəfə
Afrika qitəsində “İlin “11-liy”i – 4 dəfə
Sözsüz, Essyenin Azərbaycana gəlişi futbolumuz təbliği və “Səbail”in tanınması yönündə təkan ola bilər. Təsadüfi deyil ki, artıq “Çelsi”nin saytı, o cümlədən BBC ulduz futbolçunun “Səbail”ə keçidi ilə bağlı xəbər paylaşıb.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Dünən, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Dünən, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Dünən, 10:28 Koronavirus olmasaydı... Dünən, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar