27 mar 17:39olke, manset

Böyük ajiotaj və gözlənilən xəyal qırıqlığı

Böyük ajiotaj və gözlənilən xəyal qırıqlığı
İkiillik fasilədən sonra Tofiq Bəhramov adına Respublika stadionu qapılarını yığmamızın üzünə açdı. Sonuncu dəfə millimiz bu arenada Maltanı məğlub etmişdi. Almaniya 3-cü dəfə onlar üçün uğursuz hesab olunan hakimin adını daşıdığı arenada meydana çıxırdı. Ancaq bu dəfə son dünya çempionu statusuyla Bakıya gəlmişdilər. Həm bu, həm də komandamızın seçmə mərhələdə 7 xal toplaması səbəbindən oyuna maraq hədsiz böyük idi. Təsadüfi deyil ki, görüşə 2 gün qalmış bütün biletlər satılmışdı.
Həriflənən almanlar...
Gözləmək olardı ki, qarşılaşmanın statusuna uyğun “qara bazar” ayaq tutub yeriyəcək. Ancaq belə olmadı. Matçın startı ərəfəsində kütləvi şəkildə var-gəl edən işbazlar gözümüzə dəymədi. Hə, 2-3 nəfər əl altdan, xəlvəti bilet satırdı. Belə ki, onlar 2 manatlıq bilet üçün 20-25 manat qiymət qoymuşdu. İşləri də yağ kimi gedirdi. Çünki “Gənclik” metrostansiyasından çıxıb, bilet axtaran o qədər azarkeş var idi ki. Onlar bu oyunu izləmək üçün həqiqi dəyərindən 10 qat artıq təklif olunan biletləri tərəddüd etmədən alırdı. Almanları isə əməlli-başlı hərifləyirdilər. 2 manatlıq bilet üçün 40 manatından keçən qonaqlar var idi.
...pivəyə daraşdı
Almanlardan söz düşmüşkən, qonaq komandanın azarkeşləri müxtəlif tribunalarda yerləşmişdi. Ancaq əksəriyyət – fəal fanatlar 29-30-cu sektorları zəbt etmişdi. Onlar 12-ci qapıdan stadiona daxil olurdu. Könüllülər biletləri, polislər isə fanatların üzərini əllə yoxlayırdılar. Almanların pivə “xəstə”si olduqlarını anlamaq üçün 5 dəqiqəlik müşahidə kifayət idi. Stadionun yaxınlığındakı kafedə boş yer yox idi. Almanlar sanki kafeni özəlləşdirmişdi. Pivə ilə yanaşı, çay və kofe içənlər də var idi. Almanlar yetərincə sərbəst və pərakəndə gəzirdilər. Sanki VİP-lojada, jurnalistlər üçün ayrılmış sektorun aşağısındakı oturacaqlarda yerləşən almanlar da vardı. Stadion önündə alman sosisinin satışı da “xodovoy” idi. Bundan başqa 3 çadır quraşdırılmışdı. Kiçik ölçülü çadırlarda əsasən şirin sular satılırdısa, böyük çadır sırf qonaq azarkeşlər üçün nəzərdə tutulmuşdu. Burda spirtli içkilərlə ayaqüstü qəlyanaltı etmək mümkün idi.
Sponsorlar iş başında idi
7-ci qapının yanında səhnəcik və tordan qəfəs quraşdırılmışdı. Səhnəcikdəki mini-konsert azarkeşlərin diqqətini cəlb etmək üçün idi. Aparıcı isə AFFA-yla əməkdaşlıq edən “Hundai” və “Bakcell” şirkətlərinə aid sualları ünvanlayır, düzgün cavabı tapanlar mükafatlandırılırdı. Qəfəsdə isə qapıya zərbələr endirilirdi. Elektron tabloda zərbənin gücü hesablanırdı. Bəlli limiti aşanlar hədiyyəsiz qalmırdı. Qısası, bəzi azarkeşlər start fitinə qədər bu yolla vaxt “öldürə” bilirdi. Ancaq buna imkan tapmayanlar, daha doğrusu, vaxtında stadiona çatmayanlar start fitindən bir neçə dəqiqə sonra yerlərini tutdular. Oyunun başlamasına az qalmış arenanın önündəki polislər azarkeşləri metal axtaran cihazla başdansovdu yoxlayırdı. Tribunaların qapılarının önündəki asayiş keşikçiləri isə plastik su şüşələrinin qapaqlarını açıb tulladıqdan sonra azarkeşləri içəri buraxırdı.
Yad adamlar orda nə gəzir?
Maraqlıdı ki, bir nəfər İtaliya ilə ötən tsikldəki oyunun akkreditə kartını boynundan asıb stadiona keçə bilmişdi. Ümumiyyətlə, jurnalist kimi hansısa yolla qeydiyatdan keçmiş yad adamlar çox idi. Media sektorunun mərkəzi hissəsi alman həmkarlarımız üçün ayrılmışdı. Fasilədə jurnalistlər üçün ayrılmış otaqda o qədər adam var idi ki. AFFA-nın əməkdaşı Törə Əhmədova Az.TV-nin əməkdaşlarından narazı idi. O, dövlət televiziyasının texniki əməkdaşlarının media nümayəndələri üçün ayrılmış otağa girməyə icazəsinin olmadığını izah etməyə çalışsa da, cəhdləri faydasız qaldı.
Fanklublar sonadək dəstək verdi
Hər zaman olduğu kimi, start fitinə 1 saat qalmış Sənan Şəfizadə azarkeşləri coşdururdu. Həmkarımız futbolçularımızın soyadlarını deyir, tərəfdarlar isə xorla oyunçuların adını səsləndirirdi. Rəşad Sadiqovun adı xüsusi coşğuyla və daha gur söylənildi. Komandalar isinmə hərəkətlərini edərkən iki baş məşqçi şirin-şirin söhbət edirdi. Yerli azarkeşlər bu zaman iş başında idi. Xüsusən də 2-ci sektorda cəmləşən fanklublar fəallığıyla diqqət çəkirdi. “Azərbaycan, Azərbaycan”, “Azərbaycan bir olsun, istəməyən kor olsun” şüarlarını tez-tez səsləndirən azarkeş qrupları Avropa çempionatında İslandiya futbolsevərlərinin istifadə etdiyi ritmlə alqış təzahüratından yararlandı. Start fiti ərəfəsində komandamızın üzvləri həmin azarkeşlərə doğru hərəkət edib, alqışla minnətdarlıqlarını bildirdilər. Ancaq 24-cü sektorda qərarlaşan “Milli Dəstə” yaddan çıxdı. Adətən, ölkə xaricindəki oyunlarda yığmamızı tək qoymayan fanklub sektor boyunca bayraqlarımızın rənglərini əks etdirən lent açmışdı. Yeri gəlmişkən, 60-cı dəqiqədə “Milli Dəstə” bir plakar açdı. Adı “23-lüy”ə salınmayan Renat Dadaşova şamil olunan pankartda “Renat, evə xoş gəlmisən” sözləri yazılmışdı. 10 dəqiqə sonra bu fanklub neytral azarkeşləri “Meksika dalğası”yla ayıltdı. “Asteklər”in dünya futboluna bəxş etdiyi təzahürat 3-4 dəqiqə davam etdi. Bundan alman azarkeşlərin də məmnun qaldığı aşkar görünürdü. Bu dəqiqələrdə tribunalar telefon işıqlarıyla daha gözəl görünürdü.
Nazarov coşdurdu, İsmayılov susdurdu
Qonaqlar yalnız ilk dəqiqələrdə və Dmitri Nazarovun qolundan sonra uğultuya məruz qaldı. Başqa heç bir azarkeş təzyiqindən söhbət gedə bilməzdi. Ancaq bizimkilər hər dəfə ağıllı ötürmələr verəndə, uğurlu fint edəndə, rəqibin hücumları sovuşdurulanda azarkeşlər cuşa gəlirdi. Meydandakı ən parlaq yığma üzvü olan Nazarovun əməyini də danmaq olmaz. Soyuqqanlı və texnikalı oyunuyla azarkeşlərin zövqünü oxşayan Dmitri bərabərlik qolunu vuranda arena sevinc sədalarından az qala dağılırdı. Hətta bəzi alman azarkeşlər də onun qoluna alqışla reaksiya verdi. Ancaq nədənsə Nazarovun qol müəllifi kimi adı diktor tərəfindən elan olunmadı. “Status-kvo” bərpa olduqdan sonra ənənəvi “bir daha” şüarlarını eşitdik. Ancaq Əfran İsmayılovun kobud səhvindən sonra almanlar yenidən hesabda önə çıxanda fanatların ümidi qırıldı. Belədə tribunalar xeyli sakitləşdi. Əfranın bu səhvinə Robert Prosineçki sərt reaksiya verdi. Ağzına gələni deyən xorvat çalışdırıcı texniki zonada hirsindən partlamaq dərəcəsinə çatmışdı. Baş məşqçi qəzəbini kənardakı topa zərbə endirməklə soyutmağa çalışdı.
Bu dəfə sakit idilər
Qapımıza vurulan 4-cü qoldan sonra azarkeşlər meydanı yavaş-yavaş tərk etməyə başladı. Almanların isə kefi kök idi. Ancaq nədənsə klub müstəvisindəki turnirlərdə Bakıda tribunaları susduran Adolf Hitlerin həmyerliləri bu dəfə o qədər də fəal deyildi. Əvvəlcə 15-ci dəqiqədə varlıqlarını göstərdilər. Daha sonra hər qoldan sonra qısamüddətli şüarlar səsləndirirdilər. Bəlkə də özlərini yormağa ehtiyac görmür, sadəcə, futbol tamaşasından sakitcə zövq almağa çalışırdılar.
Müller Nazarovun formasını istədi
Məsut Özil meydana çıxanda yerli azarkeşlər də əl çaldı. Final fitindən sonra türk əsilli futbolçu ayaq qoruyucularını topdaşıyan uşaqlara atdı və alqış sədaları altında paltardəyişmə otağına yollandı. Buna qədər isə meydana 1 gənc və 2 uşaq çıxaraq almanlardan forma almağa cəhd etdi. UEFA buna görə AFFA-nı cərimələyə bilər. Oyundan sonra Qurbanov Hummelsə, Mirzəbəyov Şürle ilə köynəyini dəyişdi. Müller isə özü Nazarova yaxınlaşaraq formalarını dəyiş-düyüş etməyi xahiş etdi.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar