19 mar 14:50olke

Boyükağa Hacıyevin ölümündən bir il ötdü

Boyükağa Hacıyevin ölümündən bir il ötdü
AFFA əklil qoydu, Tağı Əhmədov gəldi, bir çoxları gözə dəymədi...
Əməkdar məşqçi Böyükağa Hacıyev uzun sürən xəstəlikdən sonra ötən il martın 16-da 60 yaşında dünyasını dəyişmişdi. İki gün əvvəl ölümüdən düz 1 il ötdü. Geridə qalan vaxt ərzində rəhmətliklə bağlı xoş xatirələr yada salınsa da, bu, həmin gün özünə əziyyət verib il mərasimində iştirak edənlərin sayına təsir etməmişdi.
Rəhmətliyin iki oğlu və futbol ailəsinin bəzi nümayəndələri hələ səhər saatlarında Hacıyevi anmağı özünə borc bilmişdi. AFFA-nın baş katibi Elxan Məmmədovun köməkçisi Sərxan Hacıyev, qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla, İcraiyyə Komitəsinin üzvü və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, Ağasəlim Mircavadovdan başqa komitənin digər üzvləri, “Neftçi”nin uğurlu dönəmində Böyükağa bəylə çiyin-çiyinə çalışmış klubun sabiq vitse-prezidenti Tahir Süleymanov, Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev, Regional Futbol Federasiyasının mütəxəssisi Maşallah Əhmədov, “Forza Neftçi”nin bir neçə fəal üzvü və report.az saytının əməkdaşı qəbir üstündə görünənlər idi. “Neftçi”nin hazırkı rəhbərliyindən heç kimin olmaması acı mənzərə kimi qəbul olunsa da, biabırçılığın yaşanmasına son anda Elnur Eyvazov imkan vermədi. Klub rəsmisi son anda olsa belə, özünü rəhmətliyin məzarı üstünə yetirdi. Eyvazov əliboş gəlsə də, AFFA rəsmiləri böyük əklillə təşrif buyurmuşdu. Təbii ki, güllərin qurumun kollektivi adından olması da qeyd olunmuşdu. Hacıyevin oğulları isə atalarının çempionluq medallarını sinədaşı üzərinə düzməklə bir növ uğurları xatırlatmağa ehtiyac duymuşdular.
Yeri gəlmişkən, ölkə futbol tarixinə Azərbaycan komandasını ilk dəfə avrokubokların qrup mərhələsinə daşıyan baş məşqçi kimi düşən Hacıyevin başdaşının xərcini əvvəldən deyildiyi kimi AFFA rəhbərliyi qarşılayıb. Yeri gəlmişkən, sinə daşının üzərinə APOEL-lə səfər görüşündən əvvəl dilə gətirdiyi sözlər həkk olunub: “Kiprdə qəlbimizin üzərində Azərbaycan və Türk bayraqları yellənir”.
Saat 12-dən etibarən isə Babək prospektinə yaxın yerdə yerləşən SOCAR-a məxsus “Mərasim evi”ndə ehsan süfrəsi açıldı. Maraqlıdı ki, ehsana gələnlərin sayı gözləniləndən də çox idi. Qohum-qonşular, rəhmətliyin dostları, futbol ailəsinin üzvləri, “Neftçi”nin sabiq işçiləri və s. “Neftçi” rəhbərliyi bu dəfə tam tərkibdə idi: Kamran Quliyev, Ceyhun Sultanov, Elnur Eyvazov... Vaxtilə rəhmətliyin əsas köməkçisi olmuş Tərlan Əhmədov da iştirakçılar arasında göründü. Həmçinin “Sabah”ın icraçı direktoru Emin Abbasov. Sürpriz qonaq isə Tağı Əhmədov idi. Bəli, Bakı Metropoliteninin sabiq rəhbəri olmuş şəxs. Lakin çox oturmadı. Bir stəkan çay içib zalı tərk etdi. Məclisin qızğın vaxtında Ruslan Abışov da qonaqlar arasında göründü.
Təbii, insana dəyəri öləndən sonra yox, sağlığında vermək daha yaxşıdı. Amma yazılmamış qanunlar da var ki, onlardan biri də yas mərasimlərində iştirak etməkdi. Təəssüf ki, vaxtilə Böyükağa Hacıyevin yanında köməkçi-məşqçi kimi fırlanan, əlindən çörək yeyən məşqçilər, həmçinin rəhbərliyi altında oynamış bir çox futbolçular keçmişdəki günləri tez unutdular. Belə olmasaydı, onlardan heç olmasa 10-15-i gözə dəyərdi.
Allah sənə rəhmət eləsin, Böyük!
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Dünən, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Dünən, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Dünən, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Dünən, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Dünən, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Dünən, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Dünən, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Dünən, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Dünən, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Dünən, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Dünən, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Dünən, 12:49 Alesio toplanışı dəyərləndirdi Dünən, 12:47 İkinci oyunda uduzdular Dünən, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Dünən, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Dünən, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Dünən, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Dünən, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Dünən, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Dünən, 12:21 Yığma Ukraynaya uduzdu Dünən, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar