19 mar 14:47olke

“O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu”

“O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu”
Vurğun Hüseynov fasiləni nişan verdi
Bəlkə də yanvarın ortalarında Türkiyədə təşkil olunan təlim-məşq toplanışında kimsə Ayxan Abbasova “komandan 7 oyuna cəmi 2 xal toplayacaq” desəydi, 38 yaşlı mütəxəssis həmin şəxsi ya dəli hesab edərdi, ya da yumşaq formada desək, bir-iki “yaxşı söz” deyib uzaqlara göndərərdi. Ancaq 3-cü dövrənin yekunları göstərdi ki, “kimyaçılar” 7 oyunluq seriyada axsadı, yıxıldı, süründü. Bir ara mükafatçılar sırasına düşəcəyi, avrokuboklarda ölkəmizi təmsil edəcəyi söylənilən “kimyaçılar” artıq başqa məqsəd, daha dəqiq desək, elitada qalmaq uğrunda mübarizə aparır. Düzdü, “ağ-göylər” qitəmiqyaslı turnirlərə qatılmaq şansını hələ də saxlayır. “Sumqayıt” ölkə kubokunun yarımfinalındadı. Abbasovun komandası tarxində ilkə imza atıb avrokuboklarda iştirak etmək istəyirsə, ilk növbədə yarımfinalda “Zirə”ni məğlub etməli, ardınca isə finalda qalib gəlib ölkə kubokunu baş üzərinə qaldırmalıdı. Hazırkı durumla isə bunun qeyri-mümkün olacağını deyə bilərik. Bugünkü “Sumqayıt” süni nəfəsalma cihazına qoşulmuş xəstəyə bənzəyir. Xəstə ölümün biraddımlığında olsa da, yaxınları tibbdə tətbiq olunan bütün yeniliklərdən yararlanıb, onun həyatını bir qədər də uzatmağa çalışırlar. Bu addımın nə qədər effektli olacağını isə nə həkimlər, nə də xəstə yiyələri dəqiq bilirlər. Hər şey Allahın ümidinə qalıb...
“Sumqayıt”ın durumunu geridə qalan turlar ərzində çox müzakirə etmişik, müxtəlif yöndə təhlillər aparıb, bəzi futbolçular və komandanın baş məşqçisi ilə danımışıq. Hətta klub rəhbərliyinin də başverənlərə münasibətini öyrənmişik. Hər kəs uğursuzluğa müəyyən prizmadan yanaşıb, özünə yaxın rakursdan baxıb fikrini səsləndirib. Hər kəs uğursuzluğa müxtəlif don geyindirsə də, bir məsələdə hər üç tərəfin fikri üst-üstə düşüb: “Sumqayıt”ın potensialı daha yüksək yerlər uğrunda mübarizə aparmağa imkan verir”. Çox qəribədi ki, bunu məşqçi də deyir, klub rəhbəri də, futbolçu da. Doğrudan da elədisə, “Sumqayıt”ın şərəfini qoruyan futbolçuların potensialı daha yüksək yerlər uğrunda oynamağa imkan verirsə, onda onların qarşısını kim və nə kəsir? Niyə futbolçular geridə qalan turlar ərzində potensiallarına uyğun oyun nümayiş etdirməyiblər? Bəlkə klub prezidenti onlara bilərəkdən zəif oynamağı tapşırıb? Bəlkə baş məşqçi özü istəmir ki, çalışdırdığı komandanın üzvlərinin “ulduzu parlasın” və bu yöndə əlindən gələni edir ki, futbolçular “yansın”. Bəlkə oyunçular özləri-özlərinə qənim kəsiliblər? Məsuliyyəti üzərinə götürüb komandanı irəli aparmaq istəyəni ayağından vurub şikəst edirlər? Doğrudan da çox maraqlı, cavabını gözləyən suallardı. Hər halda, hansı yolla olur-olsun, vaxtında “kimyaçılar”ın futbolçularının potensialını açmağa mane olan amili tapıb üzə çıxarmaq lazımdı. Əks halda Riad Rəfiyev bunu növbəti “futbol ili”ndə aşağı dəstədə etməli olacaq.
Biz isə heç nəyi və heç kimi gözləmədən bu suala cavab tapmaq üçün “ağ-göylər”in kapitanı Vurğun Hüseynovla danışmağı lazım bildik. Hər halda, təcrübəli müdafiəçi kapitan kimi daha dolğun izahat verə bilərdi: “3-cü dövrəni boşa verməyimiz, komandanın 7 turda bir qələbə qazana bilməməsi hamı kimi məni də məyus edib. Uğursuzluqdan ən çox əziyyət çəkən də, heç şübhəsiz ki, futbolçulardı. Həftəboyu məşqlərdə var qüvvəmizlə çalışıb, çempionat oyununda meydana ancaq qələbə istəyi ilə çıxmışıq. Lakin hər dəfə 3 xalı bayram etmək üçün nəsə çatmayıb. Bəzi oyunlarda hakim səhvləri səbəbindən qələbəni əldən verdik, bəzi matçlarda bəxtimiz gətirmədi desəm, hamı bunu bəhanə kimi başa düşəcək. Nəticə yoxdusa, günahkar bizik. Ancaq həqiqətən də bəzi görüşlərdə haqsızlıq, bəzilərində isə bəxsizlik bizə mane oldu”.
“Komandanın qələbə qazanması, futbolçuların özlərini yaxşı tərəfdən göstərməsi üçün nə çatışmır” sualına Hüseynov belə cavab verdi: “Yeni nəsə tapıb deməkdə çətinlik çəkirəm. Sözün həqiqi mənasında istər rəhbərlik, istər məşqçilər korpusu, istərsə də biz futbolçular əlimizdən gələni edirik ki, “qara zolaq”dan çıxaq. Lakin hər dəfə hansısa səbəbdən qələbəni əldən veriririk. Deyim ki, nəsə problemimiz var, yoxdu. Hansısa çatışmazlıqlardan da söhbət gedə bilməz. Düşərgədə hər şey qaydasındadı. Yeganə çatışmayan 3 xaldı ki, onu da qazana bilmirik. Ancaq hələ mövsümün sonuna bir dövrə var. Bəlkə də premyer-liqada yaranmış fasilə bizim xeyrimizə işləyəcək. Çalışacağıq 15 günlük fasilədən maksimum yararlanaq, komanda kimi toparlanaq. Bizi qarşıda bir-birindən gərgin 7 çempionat, 2 kubok qarşılaşması gözləyir. Həmin oyunlara ciddi hazırlaşmaq və uğursuzluğa son qoymaq lazımdı. Ümid edirəm ki, komanda olaraq çətin durumdan çıxmağı bacaracağıq”.
Sonda onu bildirək ki, fikrimiz “Sumqayıt”ın uğursuz çıxışı ilə bağlı komandanın kapitanı ilə daha geniş söhbətləşmək idi. Ancaq Vurğun çox danışmağa həvəsinin olmadığını bildirib, müsahibəni başqa vaxta saxlamağı istədi: “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu. Məni üzürlü sayın”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Dünən, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Dünən, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Dünən, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Dünən, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Dünən, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Dünən, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Dünən, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Dünən, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Dünən, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Dünən, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Dünən, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Dünən, 12:49 Alesio toplanışı dəyərləndirdi Dünən, 12:47 İkinci oyunda uduzdular Dünən, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Dünən, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Dünən, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Dünən, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Dünən, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Dünən, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Dünən, 12:21 Yığma Ukraynaya uduzdu Dünən, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar