19 mar 12:47olke

Layiq olmadığımız yenilgi

Layiq olmadığımız yenilgi
Dünən AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İB-nin təşkilatçılığı ilə "Avropa Liqası 2019/Media Cup-4" turnirində üçüncü turun oyunları baş tutdu. Bəribaşdan qeyd edək ki, əvvəlki turlardan fərqli, bu dəfə oyunlar günün ilk yarısına sığdı. Açılış oyununda "Futbol+" "Partizan"la münasibətlərinə aydınlıq gətirdi. İlk iki turda məğlub olan komandamız bu dəfə də meydanı xalsız tərk etdi. Rəqib 3:1 hesabı ilə qalib gəldi. Halbuki üstün olan tərəf biz idik. Startda qapıçımızın kobud səhvlərindən 3 qol buraxsaq da, toparlanıb bu toplardan birinin əvəzini çıxa bildik. Rəqibin heyətində Mayis Musayev, Səbuhi Nərimanoğlu və Samir Məhərrəmov fərqləndi. Bizdən isə Ceyhun Əliyev rəqib qapısına yol tapdı. Bununla belə, Ceyhun bir qədər əvvəl penaltidən yararlana bilmədi. Daha doğrusu, qapıçı zərbəni dəf etdi. Bir epizodda isə Əli Raufoğlunun “10 metrlik”dən zərbəsi qolla nəticələnə bilərdi. Bundan başqa, tir-dirəkdən dönən toplar oldu. Beləliklə, növbəti məğlubiyyətlə sonuncu yerdən qurtula bilmədik.
Saat 11.00-da isə "İdman Azərbaycan"la "Xəzər" qarşılaşıb. Şərikli lider olan “televiziyaçılar” rəqibini 6 cavabsız qolla üstələyib. “ İdman Azərbaycan”ın heyətində Sərxan İbrahimoğlu het-trikə imza atıb, Tural Məmmədli, İsmayıl Abdullayev və Ramiz Mirzəzadə hərəyə bir dəfə fərqləniblər.
“MX United” zirvəni son qalibə güzəştə getməyib. “CBC Sport”la qarşılaşan mətbuat katiblərinin komandası 6:3 hesabıyla qalib gəlib. İdman telekanalında Şəmsəddin Abbasov, Gündüz Abbaszadə, Rüstəm Əfsərli fərqlənib. Liderin heyətində isə iki nəfər - Nurlan İbrahimov və Etibar Tağıyev dubla imza atıb, digər qolları Rüstəm Allahverdiyev və Elgiz Abbasov vurub. Turun son qarşılaşmasında “sülh” qeydə alınıb. “Bakı” və “İnternasional” hərəyə 2 qol vurub 1 xal əldə ediblər. Birincilərin heyətində Elnur Əşrəfoğlu və İlkin Xəlilov, ikincilərdə isə Mirbağırağa Cəfəri ilə Ceyhun Rzayev fərqləniblər. Bundan başqa, “Bakı”nın kapitanı İbrahim Cəfərov qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Dördüncü turun oyunları aprelin 3-4-də keçiriləcək:
3 aprel
20.00 Xəzər - İnternasional
21.00 CBC Sport - Futbol+
4 aprel
20.00 Partizan - İdman Azərbaycan
21.00 MX United - Bakı
1. MX United 3 3 0 0 22-7 9
2. İdman Azərbaycan 3 3 0 0 11-1 9
3. Partizan 3 2 0 1 9-17 6
4. Bakı 3 1 1 1 9-5 4
5. CBC Sport 3 1 0 2 14-14 3
6. Xəzər 3 1 0 2 6-15 3
7. İnternasional 3 0 1 2 6-10 1
8. Futbol+ 3 0 0 3 5-13 0
Bombardirlər: Nurlan İbrahimov (MX United) – 8, Rüstəm Allahverdiyev, Etibar Tağıyev (hər ikisi “MX United”) – 6.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar