17 mar 14:34olke

Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür

Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür
Hüseyn Məhəmmədov: “Ola bilər, baş məşqçinin müəyyən məlumatlar toplaması seçiminə təsir edib”
Faiq Əzizov: “Həmişə dəvət alan qapıçı siyahıda yoxdusa, istər-istəməz gözlənilməzdi”

Uzun illər yığmanın əsas qapıçısı olan Kamran Ağayevin millinin baş məşqçisi Nikola Yurçeviçdən dəvət almaması müzakirələrə səbəb oldu. Onun yoxluğunda siyahıda üç qapıçı var. Bunlar “Neftçi”dən Səlahət Ağayev, Qazaxıstan “Tobol”undan Emil Balayev və “Qarabağ”dan Şahruddin Məhəmmədəliyevdi. Kamranın yığmadan kənarda qalması haqda qapıçı-məşqçilərinin fikirlərini öyrənməyi lazım bildik. Görəsən, onlar bunun səbəbini nədə görür? Mütəxəssislər Kamranın yoxluğunda “çərçivə”nin kimə etibar ediləcəyini düşünür?
Hüseyn Məhəmmədov: “Yığmanın yeni baş məşqçisi qısa müddətdi gəlib. Şübhəsiz, mümkün qədər çempionatla maraqlanıb, oyunları izləyib. Üstəlik, kənardan da məlumat toplayıb. Belə deyək, 20 faiz özünün məlumatı varsa, 80 faiz də köməkçilərindən, mütəxəssislərdən informasiya alıb. Ümumiyyətlə, futbolumuzda qapıçı ilə bağlı məsələ çox çətindi. Seçim asan deyil. Hazırda bu mövqedə “1 nömrə” yoxdu. Halbuki son vaxtlara kimi bu Kamran Ağayev idi. Fikrimcə, haızrda da Kamran yığmaya layiqdi. Ona görə ki, bu insan uzun müddət millidə əsas heyət üzvü olub. Yığma təcrübəsi kifayət qədərdi. Bunları nəzərə alsaq, 100 faiz layiqdi. Ola bilər, son oyunlarda Kamranın zəif oynaması, baş məşqçinin müəyyən məlumatlar toplaması seçiminə təsir edib. Hər bir kəsin özünün xarakteri var. Elə futbolçu var çılğındı, bir başqası sakitdi. Hər kəsin xasiyyəti fərqlidi. İnanmıram ki, hansısa məşqçi futbolçunun çılğınlığına görə qərar versin. Seçim onun oyununa, təcrübəsinə görə edilə bilər. Yenə deyirəm, ola bilər ki, Yurçeviç qısa müddətdi burdadı, məlumat toplayıb və həmin informasiyalara görə Kamran kənarda qalıb. Yeri gəlmişkən, bir müddət öncə mətbuata müsahibə vermişdim. Orda qeyd etmişdim ki, Kamran daha məsuliyyətli olmalıdı, öz üzərində daha çox çalışmalıdı. Olmasa, millidə yerini itirəcək. Dediyim fikirlər bu gün təsdiqini tapdı... O ki qaldı Səlahətlə Emilin müqayisəsinə, ikisi də eyni səviyyəli qapıçıdı. Onlar arasında seçim etmək çətindi. Görürsən ki, qapıçılar oyunun gedişinə ciddi mənada təsir edir. Lakin bu iki “çərçivə qoruyucusu”nda o məqam diqqəti cəlb etmədiyi üçün fərqləndirmək olmur. Ancaq deyim ki, ikisi də sabit oyun sərgiləyir. Azərbaycan futbolu üçün normal qapıçılardı. Ola bilsin, baş məşqçi Səlahətə daha çox üstünlük verəcək, nəinki Emilə. Çünki Ağayev “Neftçi”nin əsas qapıçısıdı, komandasının lider olması, çıxışı onun xeyrinə seçim edilməsində rol oynayacaq. Bununla belə, bir məqamı da unutmayaq. Yığmada hazırda qapıçılarla işləyən məşqçi Dmitri Kramarenkodu. Onun fikrindən də çox şey asılıdı. Sözsüz, Yurçeviç Kramarenko ilə məsləhətləşəcək, eyni zamanda rəqibin taktikasını nəzərə alıb seçim edəcək”.
Faiq Əzizov: “Düzü, heyət açıqlanan vaxt saytlardan bəziləri yazdı ki, Kamran zədəlidi, məşq etmir və buna görə çağırılmayıb. Həmin informasiya doğrudusa, Ağayevin çağırılmaması normaldı. Kamran uzun illər yığmanın əsas qapıçısı olub. Həmişə dəvət alan qapıçı siyahıda yoxdusa, istər-istəməz gözlənilməzdi. Lakin yenə deyirəm, zədəli olması haqda xəbər məsələnin mahiyyətini dəyişir... Qalan qapıçılara gəlincə, məncə, “çərçivə” Səlahətə həvalə olunacaq. Hazırda çempionatda yaxşı çıxış edir, sabit oyun sərgiləyir, formadadı. Qapıçı üçün də sabitlik önəmlidi. İnanmıram ki, Emilin xeyrinə seçim edilsin”.
Onu da qeyd edək ki, Kamranın yığmaya çağırılmamasının səbəbi zədəli olması deyil. Sadəcə, Nikola Yurçeviçin qərarı belə olub. Bunu millinin baş meneceri Zaur Hacı-Məhərrəmov da bizə açıqlamasında bildirdi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar