14 mar 23:07olke

“CBC Sport”un iclasında günahkarlara irad bildirilib

“CBC Sport”un iclasında günahkarlara irad bildirilib
Şəmsəddin Abbasov: “Qırılma, kəsilmə varsa, peyklə bağlı olan işdi”
Ölkə futbolunun təbliği baxımından böyük iş görən “CBC Sport”un əməkdaşları hər nə qədər qüsursuz işləməyə çalışsalar da, bu mümkün olmur. Premyer-liqa oyunlarını yayınlayan telekanal az qala hər tur izləyicilərin qınağına tuş gəlir. Yayında fasilələrin yaranması, önəmli epizodların təkrarının göstərilməməsi, oyundankənar vəziyyətlərin düzgün rakursdan göstərilməməsi – zaman-zaman bu və buna bənzər hallarla rastlaşırıq ki, bu da izləyicilər arasında müzakirələrə səbəb olur.
20-ci turun “Sumqayıt” – “Neftçi” qarşılaşması da qüsursuz ötüşmədi. “Ağ-qaralar”ın vurduğu bərabərlik qolundan sonra Mehdi Cənnətovla Kiril Petrov arasında yaşanan olayı baş hakim Rəşad Əhmədov qapıçını meydandan qovmaq kimi qiymətləndirsə də, televizor qarşısında oturanlar oyun başa çatana qədər nə baş verdiyini anlamadılar. Çünki videotəkrar göstərilmədi. Halbuki “CBC Sport”un bir neçə operatoru oyunu lentə alırdı. Belədə epizodun təkrarını təqdim olunamamasının səbəbi qaranlıq qaldı. Gec da olsa, dünən telekanalın baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxlayıb, mövqeyini öyrənməyə çalışdıq: “Həmin oyun 5 kamera ilə çəkilirdi. “Neftçi” bərabərlik qolunu vuran anda kameralardan ikisi uzaqda idi deyə, həmin epizodu götürə bilməzdi. Qalan 3 kameradan biri qol sevinci yaşayan Mamadu Mbocu çəkib, digəri Roberto Bordini, bir başqası isə azarkeşləri. Belə olan halda rejissor və operatorlar qapının içində başverənləri görə bilməyiblər. Hər turdan əvvəl və sonra iclaslarımız olur. Və həmin epizodla bağlı iradlar lazımi şəxslərə bildirilib. Dünən (srağagün) “Yuventus” – “Atletiko” oyununda penalti epizodu cəmi bir rakursdan göstərildi. Halbuki müxtəlif rakurslardan çəkilsəydi, dəqiq qiymət vermək olardı”.
Nöqsan tək bu deyildi. Belə ki, ikinci hissənin gedişində “CBC Sport”un efirində iki dəfə siqnal kəsintisi yaşandı. Telekanal əməkdaşları ilk problemi reklam fasiləsinə çıxmaqla aradan qaldırmağa çalışsalar da, ikincidə ekran qaraldı. Şəmsəddin bəy bunu konkret kiminləsə əlaqələndirməyin mümkünsüz olduğunu dedi: “Bu, sırf texniki qüsurdu. Qırılma, kəsilmə varsa, peyklə bağlı olan işdi. Bəzən siqnal itir. Heç kim bundan “sığortalanmayıb”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:41 AFFA xəbərləri Bu gün, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... Bu gün, 13:30 Favoritlər büdrəmədi Bu gün, 13:28 Eltac “sülh”lə başladı Bu gün, 13:27 Büdrəməyən iki komanda var Bu gün, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş Bu gün, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı Bu gün, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi Bu gün, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu Bu gün, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya Bu gün, 13:13 Litva ilə üçüncü duel Bu gün, 13:10 Bayram axşamı qanımız qaralmasın! Bu gün, 13:06 Yığmanın mümkün “11-liy”i Bu gün, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar