14 mar 22:56olke

İntizam Komitəsi “Sumqayıt”ı baş məşqçisiz və qapıçısız qoydu

İntizam Komitəsi “Sumqayıt”ı baş məşqçisiz və qapıçısız qoydu
Martın 12-də AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Budəfəki toplantı premyer-liqanın 20-ci, birinci divizionda isə 18-ci turda yaşanan qayda pozuntularının müzakirəsinə həsr olunub.
Premyer-liqanın son turunun iki oyunu cəza və cərimələrə əsas verib ki, komitənin Sumqayıtda yaşananlarla bağlı hansı ölçü götürəcəyi daha çox maraq doğururdu. “Sumqayıt” – “Neftçi” matçında hakim Rəşad Əhmədov 12 sarı vərəqə göstərmişdi ki, hər iki tərəf “limit”i keçmişdi. Belədə həm paytaxt, həm də “gənclik şəhəri” təmsilçisi 800 manat cərimələnib. Oyunun 78-ci dəqiqəsində aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alan və komandasının məğlubiyyətində əsas pay sahibi olan “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov 3 turluq diskvalifikasiya edilib. Onun davranışı kluba 2400 manata başa gəlib. Hərçənd Cənnətova 2 oyun da vermək olardı. Başqa sözlə, komitə qapıçıya münasibətdə sərt qərar çıxarıb. Matçın 85-ci dəqiqəsində texniki zonadan kənarlaşdırılan “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov isə 1 oyun və 800 manatla canını qurtarıb. “Sumqayıt” ümumilikdə 5600 cərimə ödəyəcək. Belə ki, qarşılaşmanın 82-ci və 84-cü dəqiqələrində yerli azarkeşlər tərəfindən meydana kənar əşyalar atılıb və bu, 1600 manat cərimə deməkdi.
“Qəbələ” – “Səbail” matçında hər iki tərəf ziyana düşüb. “Səbail” vərəqə sayının çoxluğuna görə 800 manat ödəyəcəksə, “Qəbələ”ni Bəhlul Mustafazadə 200 manat “tərlədib”. 73-cü dəqiqədə ikinci xəbərdarlıqdan sonra meydandan kənarlaşdırılan müdafiəçi Bəhlul Mustafazadə növbəti turu da buraxmalı olacaq.
Birinci divizionda 14 komandanın yarısı cəza və cəriməyə məruz qalıb. İK “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musanı da cəzalandırıb. “Səbail-2” ilə matçın 59-cu dəqiqəsində ikinci “sarı”dan sonra meydandan kənarlaşdırılan gənc forvard bu səbəbdən dünən “Ağsu” ilə oyunda iştirak edə bilməyib. Klubu ona görə kəsilən 20 manat cəriməni ödədikdən sonra, 20-ci turda meydana çıxa biləcək. “Qarabağ-2” sarı vərəqələrin çoxluğuna görə də 80 manat cərimələnib.
“Şüvəlan” – “Neftçi-2” matçı meydan sahiblərinə 180, qonaqlara 160 manata başa gəlib. Hər iki komandada sarı vərəqə sayı 4 və daha çox olub ki, bu da 80 manat deməkdi. 60-cı dəqiqədə “Şüvəlan”lı Seyxan Fərəcov komandasını azlıqda qoyub. O, dünən “Zaqatala” ilə matçı buraxmaqla yanaşı, 20 manat cərimələnib. “Şüvəlan” xərəkdaşıyan uşaqlara görə də 80 manat “tərləyib”. AFFA nümayəndəsi raportunda qeyd edib ki, xərəkdaşıyanların yaşı Əsasnaməyə uyğun deyil. “Neftçi-2”də isə qapıçılarla işləyən məşqçi Fuad Əsədov 86-cı dəqiqədə texniki zona qaydalarını pozub. O, 1 oyun cəzalanıb və 80 manat cərimə olunub.
“Turan Tovuz” – “Qaradağ Lökbatan” matçında meydan sahiblərinin 5, qonaqların 4 üzvünə sarı vərəqə göstərilib ki, belədə avtomatik “40-cı maddə” tətbiq olunub. Bundan başqa, Tovuz təmsilçisinin rəsmiləri matçın protokolunu vaxtında təqdim etməyiblər. Bu da əlavə 80 manat cəriməyə əsas verib.
“Zirə-2” – “Zaqatala” matçında isə vərəqə sayı daha çox – 12-yə çatıb ki, hakim hər iki tərəfi “radara salıb”. Başqa sözlə, tərəflər hərəyə 80 manat cərimələniblər. Ancaq “Zaqatala” 100 manat ödəyəcək. Belə ki, oyunun 87-ci dəqiqəsində Kənan Müslümov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırılıb. Belədə o, 1 oyun cəza və 20 manat cəriməyə məruz qalıb.
Beləliklə, komitə klublara 8260 manat cərimə kəsib. Nəticədə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 112840 manata çatıb.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:41 AFFA xəbərləri Bu gün, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... Bu gün, 13:30 Favoritlər büdrəmədi Bu gün, 13:28 Eltac “sülh”lə başladı Bu gün, 13:27 Büdrəməyən iki komanda var Bu gün, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş Bu gün, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı Bu gün, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi Bu gün, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu Bu gün, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya Bu gün, 13:13 Litva ilə üçüncü duel Bu gün, 13:10 Bayram axşamı qanımız qaralmasın! Bu gün, 13:06 Yığmanın mümkün “11-liy”i Bu gün, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar