14 mar 22:47olke

EFA azərbaycanlı uşaqları Avropa üçün hazırlayır

EFA azərbaycanlı uşaqları Avropa üçün hazırlayır
Vüsal Mustafayev: “Yaxın vaxtlarda İstanbulun üç böyük klubu ilə memorandum imzalanacaq”
Bu gün ölkə ərazisində müxtəlif adda yetərincə futbol klubları fəaliyyət göstərir. Onların bəzilərinin əsas məqsədi valideynlərin başını aldadıb azyaşlılardan pul qazanmaqdısa, bəziləri doğrudan da qarşısına ciddi məqsədlər qoyub, uzunmüddətli plan əsasında iş görməkdədi. Belə akademiyalardan biri də EFA-dı (Avropa Futbol Akademiyası). Açığı, Bakıda belə futbol akademiyasının fəaliyyət göstərdiyini mən də bilmirdim. Ancaq bugünlərdə Türkiyənin məşhur TV8 telekanalında EFA ilə bağlı reportaja baxdıqdan sonra akademiyanın fəaliyyəti ilə yaxından tanış olmaq qərarına gəldim. Futbol sahəsində çalışan dostların sayəsində məlum oldu ki, təsisçilər başqa şəxslər olsa da, akademiyanın direktoru Vüsal Mustafayevdi. Vüsal bəylə görüşümüzdə bizi maraqlandıran suallara cavab tapmağa çalışdıq.
- Bu gün Azərbaycanda, xüsusilə də Bakıda müxtəlif adlar altında futbol məktəbləri, akademiyalar fəaliyyət göstərir. EFA-nın onlardan fərqi nədi?
- EFA-nın yaradılmasında əsas məqsəd Azərbaycanda uşaq futbolunun inkişafına töhfə verməkdi. Biz də istədik nəsə bir şey edək. Fəaliyyətimiz əsasən ödənişli qruplar üzərində qurulub. 4 yaş qrupumuz bu gün AFFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak edir. Həmin 4 komanda ödənişsizdi. Bu komandaların heyətində çıxış edən futbolçuların bütün xərcləri akademiyanın təsisçiləri tərəfindən qarşılanır. Bunun özü ödənişli qruplarda olan uşaqlar üçün stimuldu. Yəni əsas komandada çıxış etməyə layiq olduğunu göstər və imtiyazlardan istifadə et.
- AFFA-nın təşkil etdiyi çempionatlarda hansı yaş qruplarında komandalarınız çıxış edir?
- U-10, U-11, U-12 və U-14 yaş qruplarında təmsil olunuruq. Onlardan başqa qruplarımız da var ki, orda da futbolun sirlərini öyrənmək istəyən uşaqlar cəmləşib.
- Ümumiyyətlə, bu gün EFA-da neçə uşaq məşqlərə qatılır?
- Hazırda təxminən 200-ə yaxın uşaq bizim akademiyada futbolla məşğul olur.
- Məşqlər harda keçirilir, akademiya hansı ünvanda yerləşir?
- Əsas bazamız İdman Akademiyasının böyük stadionundadı. Çalışırıq ki, uşaqlar üçün məşqlər təbii örtüklü meydanlarda keçirilsin. Əsas baza kimi oranı seçmişik. Ordan başqa “Azfar”ın bəzi arenalarını, Bakıxanov qəsəbəsi, Neapol dairəsi, “ASK Arena”da da akademiyanın məşqləri keçirilir. Bu yaxınlarda metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında da yeni meydan götürməyi planlaşdırırıq. Çünki akademiyaya müraciət edən yetərincə valideyn var. Biz istəyirik ki, nə uşaq, nə də valideyn ərazi baxımından çətinliklə üzləşsin, yola çox vaxt sərf etsin.
- Akademiyada neçə məşqçi var və onlar kimlərdi?
- Bu gün bizim akademiyada 10 məşqçi çalışır. Onların kateqoriyaya sahib olması mütləq şərtlərdən biridi. Savadlı, gənc, öyrənmək və öyrətmək istəyən mütəxəssislərə üstünlük veririk. Çalışırıq akademiyada işləyən məşqçilərimizi tez-tez ölkə xaricində keçirilən seminarlara göndərək ki, futbol savadlarını daha da artırsınlar, uşaq futbolunda tətbiq olunan yeniliklərdən xəbərdar olsunlar.
- Bu yaxınlarda akademiyanızın komandası Türkiyədə keçirilən turnirdə iştirak etmişdi. Həmin turnirlə bağlı məlumat verməyinizi istərdik. Necə oldu ki, EFA-ya həmin yarışın təşkilatçılarından təklif gəldi?
- Antalya turniri artıq üçüncü dəfə keçirilir. Yanvarın 25-dən 27-nə qədər baş tutan yarışa bu dəfə bizi də dəvət etmişdilər. Yarışda Türkiyənin “Fənərbaxça”, “Beşiktaş”, “Qalatasaray” kimi aparıcı klubları ilə yanaşı, Rumıniya “Styaua”sı və Səudiyyə Ərəbistanı təmsilçiləri də iştirak edirdi. Çox güclü və səviyyəli turnir idi. Bir qədər hava şəraiti təşkilatçılara müəyyən problemlər yaratsa da, ümumi götürdükdə çox xoş təəssüratla ordan ayrıldıq. Həmin turnir həm komandamıza, həm də məşqçilərimizə böyük təcrübə oldu.
- Məhz həmin turnirdən sonra Türkiyənin məşhur TV8 telekanalı sizin bazanızda qonaq oldu, akademiyanın gündəlik fəaliyyətindən reportaj hazırladı. Siz dəvət etmişdiz, yoxsa telekanal rəhbərliyi özü EFA barədə reportaj hazırlamağa qərar vermişdi?
- Bizim onlarla heç bir əlaqəmiz yox idi. Bu üzdən TV8 telekanalını məşqlərimizə dəvət etməyimiz, bizdən reportaj hazırlamaq barədə xahişdə bulunmağımız bir qədər absurd görünərdi. Baxmayaraq ki, Azərbaycanda bəziləri bunu reklam aksiyası kimi qəbul etdi. Sadəcə, Antalyada təşkil olunan 3-cü beynəlxaq turnirdə iştirakımız, komandamızın diqqəti çəkən çıxışı onların marağına səbəb olmuşdu. Sözügedən yarışın təşkilatçıları əlaqə nömrələrimizi və ünvanımızı onlara vermişdi. Komandamızın və məşqçilərimizin Antalyada nümunəvi davranışı nəinki həmin telekanalın, həm də turnirdə iştirak edən başqa klubların diqqətini cəlb etmişdi. Orda olduğumuz müddətdə müxtəlif klubların nümayəndələri ilə də bir araya gəldik. “İstanbul BŞ”nın, “Beşiktaş”ın nümayəndələri ilə görüşlərimiz oldu, gələcəkdə həyata keçirmək istədiymiz layihələr ətrafında fikir mübadiləsi apardıq. Bu müzakirələrin davamı kimi yaxın vaxtlarda İstanbulun üç böyük klubunun - “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” rəhbərliyi ilə bizim akademiyanın rəhbərliyi arasında görüşlər olacaq. Yəqin ki, qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanacaq. Əməkdaşlıq çərçivəsində məşqçilərimiz və futbolçularımız həmin klubların düşərgəsinə baş çəkəcəklər.
- Yaxın vaxtlarda EFA-nın hansısa yaş qrupunun ölkə xaricində keçirilən turnirlərə qatılmaqla bağlı planı var?
- Ümumiyyətlə, akademiyanın əsas məqsədi müxtəlif yaş qrupları üzrə komandalarımızın Azərbaycandan kənarda keçirilən turnirlərdə daha çox iştirakını təmin etməkdi. Bu nə üçün vacibdi? Onsuz da müvafiq yaş qruplarımız il ərizndə dəfələrlə “Neftçi”, “Qarabağ”, “Keşlə” və başqa klıublardan olan həmyaşıdları ilə müxtəlif turnirlərdə üz-üzə gəlirlər. Artıq uşaqlar da bir-birini yaxından tanıyırlar. Bəzən bu bezdirici olur. Yeni ölkə, əcnəbi komandalarla görüş uşaqların püxtələşməsi, yeni futbol mədəniyyəti ilə tanış olması və ən vacibi onların inkişafı yönündə önəmli addım sayılır. Bütün bunları nəzərə alıb, çalışırıq ki, müxtəlif yaş qrupu üzrə komandalarımızı vaxtaşırı ölkə xaricində keçirilən turnirlərə yollayaq. Bu yöndə işlər davam edir.
- Akademiyanızın adından belə çıxır ki, əsas məqsədiniz azərbaycanlı istedadları yetişdirib, xarici klublara satmaqdı...
- Təbii ki, qarşıya qoyulan əsas məqsəd EFA-dan çıxan uşaqları Avropanın müxtəlif futbol akademiyalarına göndərməkdi. Özünüz də bilirsiz ki, 18 yaşa çatmamış yeniyetmənin hansısa kluba satılması mümkün deyil. Uşaq alveri ilə məşğul olmaq fikrimiz də yoxdu. Əsas məqsədimiz azərbaycanlı uşaqları müəyyən yaş həddinə qədər yetişdirib, sonra “köhnə qitə”nin aparıcı klublarının akademiyalarına göndərməkdi. Əlbəttə, həmin uşaqların gələcəkdə böyük futbolçu olub-olmamaları özlərindən asılıdı. Bizim akademiya əsasən 14 yaşa qədər uşaqlarla məşğul olur. Bu yaşa çatıb özünü doğruldanları icarə əsasında Avropaya yola salacağıq. Həmin mərtəbəyə çatmayanlar isə yerli klublara yönəldiləcək. Bununla bağlı Azərbaycan klubları ilə danışıqlar aparılır. Biz də bilirik ki, bütün yetirmələrimiz Avropa akademiyalarına göndəriləcək səviyyədə olmayacaq ki, bu da təbiidi. Orta məktəbi qutaran bütün şagirdlər ali məktəbə daxil ola bilmir ki... Ancaq qabında nəsə olanları hansısa kluba verəcəyik.
- Adətən, sizin kimi akademiyalar bölgələrdə olan istedadlı uşaqları da sıralarına cəlb etmək üçün seleksiya işləri aparırlar. Sizdə bu yöndə durum necədi?
- Bunun üçün güclü maliyyə lazımdı. Bizdə isə hələ o qədər vəsait yoxdu. Amma bölgələrdən bizə istər fərdi, istərsə də komanda şəklində müraciət edənlər var. Bəzi rayonlarda fəaliyyət göstərən klublar var ki, EFA ilə əməkdaşlıq etmək istəyirlər. Biz də həmin müraciətləri gözdən keçirib, sərf edənləri müsbət cavablayırıq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:06 Yığmanın mümkün “11-liy”i Bu gün, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır 17-03-2019, 13:48 İcraiyyə Komitəsinin üzvləri yığmaya uğur arzuladı 17-03-2019, 13:43 “Traktorsazi” zirvəyə yüksəldi 17-03-2019, 13:41 Böyükağa Hacıyev bir ildən sonra sükutu pozdu Bütün xəbərlər
Ən çox oxunanlar