31 mar 03:22manset

Amil Yunanov bombardir olmaq istəyir

Amil Yunanov bombardir olmaq istəyir
“Özümü heç vaxt o dərəcədə alçaltmaram”
Yığma Qurban Qurbanovun rəhbərliyi altında növbəti təlim-məşq toplanışını başa vurdu. Yanvarda Moldova ilə yoldaşlıq görüşündə heç-heçə edən milli bu dəfə də qələbəyə həsrət qaldı. Buna baxmayaraq, ürəkaçan məqamlar çox idi. Əvvəla ona görə ki, yığma üzvləri qol vəziyyəti yaratmaqda çətinlik çəkmir. Bir qədər dəqiqlik çatsaydı, həm Belarus, həm də Makedoniya ilə qarşılaşmalarda qələbəyə sevinmək olardı. Digər məqam millidə bir neçə yeni futbolçunu görməyimiz idi. İstər Berti Foqtsun, istərsə də Robert Prosineçkinin dövründə yığma üzvlərinin adını əzbər bilirdik. Aşağı-yuxarı hər dəfə eyni futbolçulara dəvət göndərilirdi. Lakin bu dəfə Asif Məmmədov, Tural Axundov, Şəhriyar Rəhimov kimi təcrübəlilər ölkənin bir nömrəli komandasında debüt etdi. Amil Yunanov Andorra ilə oyundan sonra ikinci dəfə milli hissini yaşadı. Həmin Amil ki, hazırda 8 qolla premyer-liqada bombardirlər siyahısında yer alıb. Üstəlik, Rauf Əliyev, Mahir Mədətov, Ramil Şeydayev kimi forvardların yoxluğunda özünü sübut etmək üçün əla şans qazanmışdı. Hər iki matçda start heyətində meydana çıxan “Sumqayıt”ın “9 nömrə”si qol vura bilməsə də, yetərincə istəkli görünürdü. İstər yığma, istər “Sumqayıt”, istərsə də bombardirliklə bağlı suallara cavab tapmaq üçün Yunanovu aradıq.
- Yığma hissini bir dəfə - Prosineçkinin dönəmində yaşamışdın. Yəni ümumi ab-hava ilə tanışsan. Bu dəfə durum necəydi? Özündə hansısa həyəcan hiss edirdin?
- Desəm ki, çox rahat idim, yalan olar. Hər halda, özümü toparlamağa, həyəcanı boğmağa çalışırdım. Amma istər-istəməz hansısa məqamlarda yeni olmağım özünü göstərirdi. Adicə adam bir evə qonaq gedəndə, müəyyən vaxt özünü yad hiss edir, ab-havaya uyğunlaşmağa çalışır. Zaman keçəndən sonra alışırsan. Yığmaya 2 il əvvəl çağrılmışdım. O vaxtdan bu yana müəyyən dəyişikliklər olub. Baş məşqçi yenidi, ilk dəfə Qurban Qurbanovun məşqlərində iştirak etdim. İlk günlər çətinlik var idi, sonradan yoluna düşdü. Şükürlər olsun, vaxtımız çox oldu.
- Həyəcan nədən irəli gəlir? Şəxsən mən illərdi futbol oynayan birinin yığma həyəcanını başa düşə bilmirəm.
- Bu, sizin düşündüyünüz həyəcan deyil. Həyəcan dediyim məsuliyyətdi. Yaxından tanımadığın, heç vaxt birlikdə çalışmadığın baş məşqçinin rəhbərliyi altında olursan. Ən kiçik hərəkətinə belə fikir verməlisən. Diqqətli olmaq vacibdi. Millinin formasında meydana çıxırsan və bilirsən ki, hansısa qol imkanını qaçırmaq ciddi qınağa səbəb ola bilər. Məsələn, “Sumqayıt”da bir oyunda fərqlənə bilməyəndə, növbəti matçda əvəzini çıxmağa çalışıram, çıxıram. Amma yığmaya yeni dəvət almısansa, ilk dəfədən şansdan maksimum yararlanmalısan. “Sumqayıt”ın oyununda səni stadionda və ekran qarşısında 3-5, bəlkə də 10 min adam izləyirsə, yığma formasında 20-30, bəlkə də qat-qat çox futbolsevərin gözü qarşısında olursan. “Sumqayıt”da da bəzən elə vacib oyunlar olub ki, həyəcanlı olduğumu hiss etmişəm. Belə deyim, məsuliyyətdən irəli gələn həyəcandı.
- Yığmada təcrübəli futbolçuların sayı çoxdu. Kim sənə daha çox dəstək verirdi, yanında olurdu?
- Yığmada ən çox xoşuma gələn cəhət o oldu ki, ailə ab-havası vardı. Heç kim kənara çəkilmirdi, qrup şəklində toplaşmaq yox idi. Hamıyla münasibətim yaxşı idi. Demək olar, şəxsən tanıdığım futbolçulardı. Ona görə də xüsusi olaraq kiminsə adını çəkə bilmərəm.
- Hər iki oyunda start heyətində meydana çıxdın. Təbii, çıxışınla bağlı jurnalistlərin öz fikri var, azarkeşlərin öz fikri. Baş məşqçi fərqli düşünə bilər. Bəs sən özün çıxışınla bağlı nə deyə bilərsən? Razı qaldın?
- Fürsətdən istifadə edib Qurban Qurbanova təşəkkür etmək istəyirəm. Həm dəvət göndərdi, həm də hər iki matçda şans verdi. Hücumçuyamsa, işim qol vurmaqdı. Vura bilməmişəmsə, deməli, vəzifəmin öhdəsindən tam gələ bilməmişəm. Buna baxmayaraq, həvəsdən düşmürəm. Dediyim kimi, yığmada yeniydim. Ən vacibi, qol vurmaq üçün əlimdən gələni etdim, baş məşqçinin tapşırıqlarını artıqlamasıyla yerinə yetirməyə çalışdım.
- Makedoniya ilə oyunun ikinci hissəsində əla keçid edib, Nazarova ötürmə versən də, komanda yoldaşın qol vura bilmədi. Həmin an öz-özünə nə dedin, nə düşündün?
- Əlbəttə, vursaydı, daha yaxşı olardı. Qolun təkrarı göstəriləndə, ötürməm də diqqəti çəkəcəkdi. Əlbəttə, bu məni daha da həvəsləndirərdi, gələcək toplanışlara təsir edərdi. Amma “niyə vura bilmədi” deyə düşünmədim. Bəlkə mən özüm də vura bilməzdim. “Sumqayıt”da o qədər elə qol şansını boşa vermişəm ki... Sonradan təkrara baxanda, fürsəti qaçırdığıma inana bilməmişəm. Futboldu, olur belə şeylər.
- Sosial şəbəkələrdə ümumi fikir beləydi ki, Amil meydanda boş yerə qaçır, güc sərf edir, amma faydalılıq əmsalı yoxdu. Bu nəyin nəticəsiydi: təcrübəsizliyin, yoxsa yığmada yeni olmağın?
- Belarusla matçda başqa ab-havadaydım, Makedoniya ilə görüşə tam fərqli hazırlaşmışdım. Qol vurmaq üçün qaçmalı, döyüşməli, mübarizələrə girişməlisən. Ona görə də qaçırdım. Top rəqibdədisə və mən də pressinq edirəmsə, buna boş-boşuna qaçmaq demək düzgün olmaz. Həmin pressinq nəticə də verə bilərdi. Hücumçu olmağıma baxmayaraq, komanda yoldaşlarıma bütün mövqelərdə kömək etmək istəyirdim. Təbii, fürsət düşsəydi, qol vurmağa çalışacaqdım. Hərənin öz fikri var, hörmətlə yanaşmalıyıq.
- Hansı rəqibin müdafiəçilərinə qarşı oynamaq daha rahat idi?
- Düzünü desəm, Belrusla oyunun ilk 10 dəqiqəsindən sonra qol vura biləcəyimi hiss edirdim. Amma Makedoniya millisi həqiqətən güclü rəqib idi. Həm fiziki, həm də taktiki baxımdan hazırlıqlı görünürdülər. Müdafiəçilər olduqca ağıllı görünürdülər.
- Rauf Əliyev məlum məsələdi, futbol oynamır. Mahir Mədətovla Ramil Şeydayev U-21-in düşərgəsindəydi. Taran tipli hücumçu yalnız sən idin. Bunu sənin üçün göydəndüşmə saymaq olardı?
- Özümü o qədər alçaltmıram ki, digər hücumçular yoxdu deyə bu mənim üçün yaxşı şansdı. Əlbəttə, hər futbolçunun öz bacarığı, ad-sanı, öz yeri var. Milli hamı üçün özünüsübut yeridi. Amma “kimsə yoxdu deyə özümü göstərməliyəm” şəklində düşünmürdüm. Özümü heç vaxt o dərəcədə alçaltmaram. Əlbəttə, Raufun, Mahirin, Ramilin yığmada olması həm milliyə, həm də özümüzə fayda olar. Rəqabət olan yerdə inkişaf da olur.
- Qurban Qurbanovun səninlə fərdi söhbəti oldu?
- Hamıyla necə, mənimlə də elə. Yəni ümumi toplantılar zamanı baş məşqçi kimi fikirlərini bildirir, məsləhətlərini verirdi.
- Bu iki oyunda qələbə qazanacağınız təqdirdə hansısa mükafat söz verilmişdi?
- Allaha and olsun, bu haqda, ümumiyyətlə, düşünmürdüm. Bu dəqiqə mənim üçün vacib olan milliyə fayda vermək, o formanı geyib haqqını ödəməkdi. Ümumilikdə heç bir mükafat-filan deyilməmişdi. Ancaq və ancaq Qurban Qurbanovun dönəmində ilk qələbə haqda düşünürdük.
- “Sumqayıt”ı aprelin 2-dən 21-nə qədər çempionatda və kubokda 6 ağır oyun gözləyir. Üç dəfə “Keşlə”ylə qarşılaşacağınız halda, digər rəqibləriniz “Qəbələ”, “Neftçi” və “Qarabağ”dı. Döyüşə hazırsız?
- Çempionatın həlledici mərhələsinə qədəm qoyuruq. Əsl mübarizə apreldə olacaq. Bir ay ərzində 7 oyun keçirməliyik. Rəqiblərin adlarını da özünüz sadaladız. Əlbəttə, çox çətin olacaq. Hər iki cəbhədə çıxış edirik. Bura qədər gəlmək üçün nə qədər enerji sərf etmişdiksə, apreldə həmin gücün ikiqat artığını ortaya qoymalıyıq. Avrokuboklara vəsiqə haqda düşünürüksə, bu oyunlardan üzüağ çıxmalıyıq.
- Fasilə müddətində 7 futbolçunun əsas yığmada və U-21-də olmasının “Smqayıt”ın oyunlarına təsiri ola bilər?
- İnanmıram. İlk növbədə baş məşqçinin bizdən nə tələb etdiyini bilirik. Üstəlik, futbolsuz qalmamışıq. Məşq etmişik, oyunlar keçirmişik. Həmin “Sumqayıt” olacaq, sadəcə, dediyim kimi daha çox güc sərf etməliyik
- Bombardirlik məsələsi...
- Aha (gülür)...
- Baqali Dabo 12, Mahir Mədətovla Amil Yunanov hərəyə 8 top. Öz şansını necə dəyərləndirirsən?
- Qarşıda 8 tur varsa, deməli, şans da var. Hər bir hücumçu bombardir olmağı arzulayır. Əlbəttə, “Sumqayıt”ın avrokuboklara vəsiqə qazanması mənim üçün daha önəmlidi, Sumqayıt futbolu adına tarix yaza bilərik. Avroliqada oynamaq bombardir olmaqdan daha yaxşıdı. Dabo da, Mahir də qol fürsətlərini dəyərləndirməyi bacaran hücumçulardı. Aramızda gərgin mübarizə gedəcək. Hamının şansı var. Yekunu gözləyək, görək necə olacaq.
- Qolların sayına önəm verirsən? Məsələn, rəqib qapısına yol tapandan sonra qol sayının neçəyə yüksəldiyini düşünürsən?
- Məncə, bunu tək mən yox, bütün hücumçular edir. Meydana ayaq basmamış qollarımızın sayını bilirik. Odu ki, fərqlənəndən sonra həmin sayın üstünə birini də əlavə edirik (gülür).
- Bombardir olmaq arzundu?
- Bu arzu ötən ildən var. Hücumçu qarşısına bacardıqca daha çox qol vurmaq tələbi qoymalıdı. Mənim kimi, başqa forvardlar da bombardir olmaq istəyir.
HƏBİB
President Donald Trump and other top 2016 Trump campaign officials repeatedly privately discussed how the campaign could get access to stolen Democratic emails WikiLeaks had in 2016

http://homfiy.ru http://homfiy.ru/sitemap.xml http://homfiy.ru/rss.php

http://glamourstix.net/__media__/js/netsoltrademark.php?d=homfiy.ru/lesbiyanochki/lesbi-roli-103.php http://navicraft.com/__media__/js/netsoltrademark.php?d=homfiy.ru/opitnie/krasivie-golie-564.php
http://www.lowaste.net/__media__/js/netsoltrademark.php?d=homfiy.ru/lyubimoe/smotret-video-prikoli-3145.php http://www.mailguy.net/__media__/js/netsoltrademark.php?d=homfiy.ru/bdsm/porno-bdsm-svyazali-1295.php
http://www.jlhomeaudio.com/__media__/js/netsoltrademark.php?d=homfiy.ru/lyubimoe/tri-mushketera-erotika-1368.php http://ww17.ashwin.com/__media__/js/netsoltrademark.php?d=homfiy.ru/gei/gei-v-670.php
http://images.google.com.sl/url?q=http://homfiy.ru/luchshee/krasavitsa-pokazala-pisku-412.php http://images.google.vu/url?q=http://homfiy.ru/drochat/golaya-mama-masturbiruet-2474.php
http://www.mspinteractive.com/__media__/js/netsoltrademark.php?d=homfiy.ru/raznoe/porno-video-1158.php http://wepcofcu.info/__media__/js/netsoltrademark.php?d=homfiy.ru/trah/porno-meditsinskiy-fetish-3292.php
http://wadematthews.com/__media__/js/netsoltrademark.php?d=homfiy.ru/prodazhnie/kak-zhestko-ebut-2064.php http://www.siliconfx.com/__media__/js/netsoltrademark.php?d=homfiy.ru/kunilingus/porno-kuni-s-1683.php
http://viralcancertherapy.com/__media__/js/netsoltrademark.php?d=homfiy.ru/lyubimoe/pol-seks-3802.php http://www.criticaloffice.com/__media__/js/netsoltrademark.php?d=homfiy.ru/seks/golie-devki-2270.php
http://dmsbikes.com/__media__/js/netsoltrademark.php?d=homfiy.ru/raznoe/porno-v-otele-523.php http://www.hessoil.com/__media__/js/netsoltrademark.php?d=homfiy.ru/blondinki/seks-pornuha-1616.php




英数字 文字以内

help ordering viagra
is generic viagra available
compare viagra levitra viagra
<a href="http://viagforsale.com">generic viagra fast shipping
</a> - viagra online sales you cannot edit your posts in this forum
viagra i forgot my password

viagra for daily use testimonials position
generic viagra sale
viagra 5mg daily joined
<a href="http://viagforsale.com">viagra for sale no script
</a> - what is the size of brand viagra
buy cheap viagra online no prescription

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər Dünən, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək Dünən, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi Dünən, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi Dünən, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə Dünən, 11:22 “Səbail”i Qəbələdə əzdilər Dünən, 11:18 Emil Balayev əla başladı, pis bitirdi Dünən, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi Dünən, 11:13 Sürprizlər turu Dünən, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi Dünən, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi Dünən, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı Bütün xəbərlər
Ən çox oxunanlar