26 avq 12:31manset

İdman jurnalistləri AFFA-dan ədalətsizliyə aydınlıq gətirməyi tələb edir

İdman jurnalistləri AFFA-dan ədalətsizliyə aydınlıq gətirməyi tələb edir
“Səfərlərə aparılan jurnalistlərin böyük əksəriyyəti Firuz Abdullanın badə yoldaşlarıdı”
“Futbol+” yarandığı gündən heç vaxt səfər davası etməyib, bundan sonra da etməyəcək. Təklif edəndə getmişik, olmayanda gözləmişik və bunu özümüzə dərd etməmişik. Bundan sonra da səfərlə bağlı hansısa klubun, yaxud qurumun qapısını döyüb cavab gözləmək fikrimiz yoxdu.
Sadəcə, yığmanın sentyabrın 6-da Uelslə keçirəcəyi görüşü ilə bağlı səfərə bir neçə mətbu orqanın aparıldığını və siyahıda “Futbol+”in adının olmadığını eşidəndə təəccübləndik. Və çox keçmədən məlum oldu ki, qarşıdakı səfər oyunlarında da ölkənin ən köklü idman nəşrinin heç bir əməkdaşı iştirak etməyəcək.
Məsələyə aydınlıq gətirmək üçün qəzetimizin baş redaktoru Mahir Rüstəmli AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxlayanda məlum oldu ki, durum deyilən kimidi. AFFA ilə münasibəti isti olan bir neçə sayt və telekanal var ki, orda çalışanlar Uelsə də gedəcək, Macarıstana da, Slovakiyaya da.Yəni AFFA-nın səfər qapıları bizim qəzetin, yetərincə yaşı və nüfuzu olan saytların üzünə bağlıdı. Özü də Firuz bəyin cavabından aydın olur ki, bu seçmə mərhələnin sonuna qədər səfər siyahısında dəyişiklik gözlənilmir.
Ona görə də bu mövzuda çox danışmadan idman jurnalistikasında saç ağartmış həmkarlarımıza tribuna verdik.
Vüsal Mahmudov, futbolinfo.az saytının rəhbəri: “Əvvəla onu qeyd edim ki, seçimin növbəlilik prinsipi əsasında aparılmasına qarşıyam. Ona qalsa, gərək hamı getsin. Xarici səfərlərə layiq olanlar getməlidi, bunun üçün isə ədalətli seçim olmalıdı, müəyyən kriteriyalara baş vurulmalıdı. Şəxsi fikrimi bilmək istəyirsizsə, seçimi ədalətli saymıram. Detallara varsaq, çox şey yazmaq, demək olar. Əksər hallarda səfərlərə yığmanı tənqid etməyənlər gedir, AFFA-nın xətrinə dəyməyənlər aparılır, şəxsi tanışlıqlar, münasibətlər və s. Bu gün səfərə getməyi haqq edib kənarda qalanların sayı gedənlərdən çoxdu”.
Aydın, Bağırov, qol.az saytının rəhbəri: “AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinə Mikayıl Nərimanoğlu rəhbərlik etdiyi dönəmdə qol.az bir çox xarici səfərə aparılıb. Səhv etmirəmsə, sonuncu belə səfərimiz Millətlər Liqası çərçivəsində Farer adalarına olub. Yəni son dönəmlər AFFA tərəfindən mətbu orqanlar arasında ayrı-seçkiliyin edilməsi aşkar görünür. Bilmirəm, bu Firuz Abdullanın iradəsi ilə bağlı olan məsələdi, yoxsa AFFA-nın baş katibi Elxan Məmmədovun göstərişidi. Bu məsələyə həmişə öz baxışım olub. Hesab etmirəm ki, hansısa klub və ya federasiya jurnalisti səfərə aparmalıdı. Bu onun borcu deyil. Ona görə də heç vaxt onlara müraciət etməmişəm. Yox, aparırlarsa, o zaman hansısa prinsiplər əsas götürülməlidi. Səfərə aparılan jurnalistlərə iradım yoxdu. Onların da hansısa xidmətləri, özlərinə görə imzaları, əziyyətləri var. Sadəcə, seçim edəndə, AFFA-nın bu işə cavabdeh departamenti ortaya ədalətli yanaşma qoymalıdı. Bu gün əməkdaşının səfərə aparılmasını ən çox “Futbol+” haqq edir. Çünki Azərbaycan futbolunun 22 ilini yazan və yazmaqda davam edən mətbu orqandı. Görünür, assosiasiyada çalışan bəzi insanlar “Futbol+”in ölkə futbolundakı xidmətlərini dərk etmək bacarığına sahib deyil. Belə şeylər mənəvi məsələdi. O ki qaldı rəhbərlik etdiyim qol.az saytına, əməkdaşlarımızın səfərlərə aparılmaması yazılarımla, çıxışlarımla bağlıdı. AFFA-nı tənqid etməyim bu məsələdə birbaşa rol oynayır.
Tam əminliklə deyə bilərəm ki, AFFA bu məsələdə inhisar yaradıb. Müəyyən klublara təsir qüvvələri var deyə, həmin klublar media ilə əlaqələri assosiasiyadan gələn tapşırıqlar əsasında qururlar. Bütün bunlar AFFA - media münasibətlərinə ziyan vurur. Qurumun mətbuatla əlaqələrinə cavabdehlik daşıyan şəxslər bu cür ziyanlı vərdişlərdən ən çəkməlidilər”.
Əli Sahib, fanat.az saytının rəhbəri: “AFFA-nın səfər siyasətini bu gün yox, əvvəldən bəyənməmişəm. Nəyə əsasən seçirlər, hansı meyarlara əsaslanırlar – illərdi nə qədər çalışsam da, başa düşə bilmirəm. Özlərinə yaxın, AFFA üçün səmərəli, effektli işləyən kimləri görürlərsə, onları da aparırlar. Qəti əleyhinəyəm, çünki balans pozulur. “Futbol+” kimi 22 yaşlı qəzet kənarda qalır, yaxud da illərdi fəaliyyət göstərən saytlar. Halbuki həmin mətbu orqanların oxucu kütləsi var və həmin kütlə səfər oyunlarından informasiya əldə etmək istəyir. Firuz Abdulla adlı dostumuzun AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinə rəhbər seçildiyini eşidəndə, haqq-ədalətin bərpa olunacağını düşünmüşdük. Lakin o gələndən sonra əvvəlki sistemi yığışdırması bir yana, siyahını məhdudlaşdırdı. Bəlkə də bildiyi, yaxud bildikləri nəsə var, desinlər, biz də bilək. Şəxsən mənim özümə səfər oyunları üçün hansı prinsiplərin əsas götürülməsi vacibdi. Vüqar Vüqarlının AFFA-nın xətti ilə təşkil olunan səfər matçında nə işi var? Bildiyimə görə, siyahıda onun da adı var. Bu adam faktiki idman mətbuatında çalışmır, oyunları işıqlandırmır. Bir başqa sual: ictimai-siyasi haqqın.az niyə hansısa idman saytının yerini tutmalıdı? Həmin saytı ölkə prezidenti oxuyur deyə? Bu dəfə siyahıda olub-olmadıqlarını dəqiq deyə bilmərəm. Amma əvvəlki səfərlərdə olublar. Ümumiyyətlə, siyahını nəyə əsasən tərtib edirlər? “Kimi istəyirəm, aparıram, əcəb edirəm” deməklə deyil ki. AFFA pul qazanan orqan deyil, dotasiya ilə işləyən qurumdu, maliyyəni də ARDNŞ-dən alır. Bu isə o deməkdi ki, səfər oyunlarına ayrılan vəsaitdə hamının payı var. Ona görə də AFFA-dan kimsə ortaya çıxıb, məlum məsələylə bağlı açıqlama verməli, əsaslar gətirməlidi. Mənim də, sizin də oxucunuz var, onlar da saytda, yaxud qəzetdə xəbər oxumaq istəyir. ARDNŞ maliyyə ayıranda, “al bu pulu, məhz filan saytların əməkdaşlarının səfərini təşkil et” demir. Neft şirkətinin, lap dəqiq desəm, ölkə rəhbərliyinin vəsait ayırmaqda məqsədi futbolun inkişafı, kütləviləşməsidi və biz də həmin yolda əziyyət çəkirik”.
Saleh Arslan, korner.az saytının rəhbəri: “Artıq xeyli müddətdi ki, AFFA və onun tam təbəəsinə çevrilən “Neftçi” bir qrup idman jurnalistinə, bir qrup idman jurnalisti də AFFA-ya, “Neftçi”yə işləyir. Tam açıq şəkildə gedir proses. Hətta o qədər açıq ki, bu gün AFFA və onun təbəə-klubu çəkinmədən yalnız bir neçə media qurumu ilə əməkdaşlıq etdiyini açıq şəkildə iqrar edir. Bu, sadəcə, absurddu. Heç bir ölkənin federasiyası, assosiasiyası ayrı-seçkilik aparmır mediada. Təəssüf ki, Elxan Məmmədovun tənqidçi mediaya qarşı müharibəsi artıq daha kəskin forma alıb. “AFFA-nın dostları və qeyriləri” – artıq AFFA-ya yaxın olan həmkarlarımız arasında məşhurdu bu deyim, bu bölgü. Çox təəssüf ki, Media Komitəsi vasitəsilə “parçala, hökm et” siyasətini tam həyata keçirə bilməyən baş katibin yeni oyununa gələn dostlar və onların dostları heç kimin kreslosunun əbədi olmadığı gerçəyini unudurlar. Biz ki unutmuruq və altlarındakı kreslolardan sürüşüb düşəcəkləri gün gələndə xatırladacağıq bir-bir - əsas olan da budu. Qoy hələ istədikləri “əbədiyyət nəğməsi”ni oxusunlar, oxutsunlar”.
Rəşad Ergün, komanda.az saytının rəhbəri: “Firuz Abdullanın növbəlilik, yaxud başqa prinsiplərə əsaslanması üçün ilk növbədə AFFA-nın özü peşəkar qurum olmalıdı və bu şəxs də həmin peşəkar təşkilatdakı departamentin rəhbəri olmalıdı ki, başqa cür düşünsün, düşünə bilsin. Jurnalistlərə münasibətdə AFFA heç vaxt peşəkar davranmayıb. Müəyyən bir fasilə oldu - həmin vaxt ki, Media Komitəsi yaradılmışdı – bəli, o dönəmdə bir müddət peşəkarlıq adına nəsə hiss olunurdu. Sonradan komitə ləğv olundu və AFFA yenə işə dədə-baba üsulu ilə davam edir. Səfərlərə aparılan jurnalistlərin böyük əksəriyyəti Firuz Abdullanın badə yoldaşlarıdı. Dostdular, bir məclislərdə olurlar, toy-şənlikləri birgə keçirirlər, sosial şəbəkələrdə şəkillər paylaşırlar. Bu gün AFFA jurnalistlərlə münasibəti “badə yoldaşları” prinsipi üzərində qurub və davam etdirir. Siyahı tərtib ediblər? Səfərə jurnalist aparırlar? Lap yaxşı. Çıxıb izah etsinlər, görək nəyə əsaslanırlar, hansı prinsipləri əsas tuturlar? AFFA dövlət qurumudusa, mətbuata, bütün orqanlara hörmətlə, dürüstlüklə yanaşmağa borcludu, saytları bir-birindən fərqləndirməməlidi. Səfərlərə xərclənən pullar kiminsə ulu babasından qalmayıb ki, istədiyini etsin. Milli sərvətimiz olan neftin pullarıdı, o pul isə hamımızındı. Özüm də şəxsən Firuz Abdullayla əlaqə saxlayıb, səbəbini soruşacam. Nəyə görə hansısa saytın əməkdaşı Uelsə getməlidi, rəhbərlik etdiyim saytın reportyoru kənardan baxmalıdı? Bu rəqabət deyil, bu AFFA-nın rəqabəti pozması, arada parçalanma yaratması deməkdi. Ona görə də üzümü həmkarlarıma tuturam, nə qədər ki gec deyil, birləşin, birlik nümayiş etdirin!”
Bu adların hər biri ömrünün azı 15 ilini idman mətbuatına sərf edənlərdi. Mövqeləri ilə də tanış olduz, dedikləriylə də. Ümid edək ki, başda Rövnəq Abdullayev olmaqla, Elxan Məmmədov və Firuz Abdulla kimilərin yığmanı Bakıdan Kardiffə aparan təyyarədə papaqlarını yanlarındakı boş oturacağa qoyub fikirləşmək və nəticə çıxarmaq üçün kifayət qədər vaxtı olacaq.
HƏBİB
cbd drops
cbd oil for anxiety and depression
cbd isolate
<a href="http://cbd-7.com/#">cbd oil benefits for skin
</a> - cbd extract
best cbd pills

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu Bu gün, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda Bu gün, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır Bu gün, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü Bu gün, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! Bu gün, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib Bu gün, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar Bütün xəbərlər
Ən çox oxunanlar