26 mar 13:32manset

“Heydər Əliyev kuboku”na 8-10 komandanın qatılacağı planlaşdırılıb

“Heydər Əliyev kuboku”na 8-10 komandanın qatılacağı planlaşdırılıb
“İran, Türkiyə və Gürcüstan klubları ilə danışıqlar gedir”

Ötən il Naxçıvan Muxtar Respublikasında Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev kuboku”nun keçirildiyini, yəqin ki, unutmamısız. Xatırladaq ki, turnirin təşkilatçısı Muxtar Respublikanın Gənclər və İdman Nazirliyi, yerli Futbol Federasiyası və PFL olmuşdu. Yeri gəlmişkən, onu da qeyd edək ki, birinci divizionun 4 klubunun qatıldığı yarışda qalib adını artıq tarixin yaddaşına köçmüş “Neftçala” qazanmışdı. Kamal Quliyevin rəhbərlik etdiyi komanda finalda MOİK-i məğlub etməyi bacarmışdı. 3-cü yer uğrunda görüşdə isə İntizam Komitəsinin qərarı ilə ötən həftə birinci diviziondan uzaqlaşdırılan “Şərurspor” “Araz Naxçıvan”la üz-üzə gələrək qələbəni bayram etmişdi.
Sözügedən turniri xatırlamağımız əbəs deyil. Belə ki, bugünlərdə əldə etdiyimiz məlumata görə, mayın sonlarında Naxçıvan Futbol Federasiyası, Gənclər və İdman Nazirliyi və PFL-in birgə təşkilatçılığı ilə “Heydər Əliyev kuboku” növbəti dəfə təşkil olunacaq. Ancaq ötənilkindən fərqli, bu dəfə təşkilatçılar yarışa daha çox komandanın qatılmasını planlaşdırır.
Məsələyə aydınlıq gətirmək üçün sabiq həmkarımız, hazırda “Araz Naxçıvan”ın icraçı direktoru vəzifəsində çalışan Ceyhun Məmmədovla əlaqə saxladıq: “Ötən il qeyd olunmuşdu ki, təşkilatçılar turnirin ənənəvi olmasına çalışacaqlar. Artıq bu yöndə real addımlar atılıb. 2016-cı ildə olduğu kimi, bu dəfə də turnir Naxçıvan Gənclər və İdman Nazirliyi, yerli Futbol Federasiyası və PFL ilə birgə təşkil olunacaq. Yarışın mayın sonlarında keçirilməsi planlaşdırlır. Ötən il ilk dəfə keçirilən turnirdə 4 komanda iştirak edirdisə, bu dəfə təşkilatçılar iştirakçıların sayını artırmaq haqda düşünür. Məndə olan məlumata görə, 8-10 komandanın Naxçıvana gəlişi gözlənilir. Məhz iştirakçıların sayı məlum olandan sonra turnirin hansı formatda və neçə stadionda keçiriləcəyi bəlli olacaq. Yeri gəlmişkən onu da qeyd edim ki, son bir ildə Naxçıvanda müasir standartlara cavab verən 4 arena istifadəyə verilib. Düzdü, stadionların azarkeş tutumu böyük deyil (200-400 yerlik), lakin ot örtüyü, drenaj sistemi, yardımçı və paltardəyişmə otaqlar yüksək səviyyədə təmir olunub. Bundan başqa, final qarşılaşmasının keçiriləcəyi 12800 yerlik Naxçıvan mərkəzi stadionunda da kosmetik təmir işləri aparılacaq. Bir sözlə, turnirə qatılacaq komandalar təşkilatçılıq baxımından heç bir problemlə üzləşməyəcək. Onların məskunlaşması ilə bağlı da çətinlik yaşanmayacaq. Naxçıvanda fəaliyyət göstərən otellərdə kifayət qədər yer var”.
Mənbəmizin sözlərinə görə, təşkilatçılar turnirə başqa ölkələrdən də komanda dəvət etməyi planlaşdırır. Ceyhun bəylə söhbətdə bu məqama da toxunduq: “Açığı, belə fikir var. İran, Türkiyə və Gürcüstan klubları ilə danışıqlar gedir. Ancaq bu məsələ ilə bağlı ortada konkret heç nə yoxdu. Turnirin mayın sonunda təşkil olunması adını çəkdiyim ölkələrin klublarına bir qədər problem yaradır. Səbəb isə həmin dönəmdə onların öz çempionatlarında iştirak etməsidi. Ancaq hələ ki bu məsələyə nöqtə qoyulmayıb. Ola bilsin, qarşıdakı günlərdə, daha dəqiq desəm, martın sonlarında qarşı tərəflə bir daha müzakirələr aparıb ortaq məxrəcə gəlmək mümkün olsun”. “Araz Naxçıvan”ın icraçı direktoru ötən ildən fərqli, bu dəfə mükafatların sayının artdığını da vurğulamağı unutmadı: “Bu dəfə mükafatçı yerləri tutan komandalara kubok və medallar verilməklə yanaşı, “ən yaxşı futbolçu”, “ən yaxşı qapıçı”, “ən sərrast oyunçu” nominasiyalarının qaliblərinə də təşkilatçılar tərəfindən xüsusi mükafatlar təqdim olunacaq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar