02 mar 13:25manset

“İmarət” Mahir Mədətova “müharibə elan etdi”

“İmarət” Mahir Mədətova “müharibə elan etdi”
“Ya adam kimi futbol oynamalıdı, ya da komandadan getməlidi”
Vaxtilə xoş gələcək vəd edən Mahir Mədətovu, deyəsən, itirmək üzrəyik. “Qarabağ”da çıxış etdiyi ilk dönəmlərdə istedadı ilə ölkəyə səs salan, bununla da ən qısa zamanda Avropanın aparıcı ölkələrinin birində legioner həyatı yaşayacağına ümid etdiyimiz 21 yaşlı futbolçu heç cür özünə bənzəmir. Çıxışındakı eniş, sosial şəbəkələrdəki yersiz paylaşımları, müsahibələrində qeyri-təvazökar danışması – bütün bunlar futbolsevərlərdə qıcıq doğurub.
Payızda yığmanın və “Qarabağ”ın Bakı Olimpiya Stadionunda keçirdiyi ev oyunlarında fitə basılmasına baxmayaraq, “köhlən atlar”ın sadiq azarkeşlərindən olan “İmarət”in üzvləri Mahirə sahib çıxmağı özlərinə borc bilmişdilər. Sonradan “Qarabağ”ın müxtəlif oyunlarında Mədətova dəstək şüarları səsləndirildi, sosial şəbəkələrdə ona arxa duranlar tapıldı. Məqsəd dəyişməz idi – Mahir Mədətovu itirməmək.
Görünür, “İmarət”çilərin də olan-qalan ümidləri tükənmək üzrədi. “Sabah”la heç-heçə bitən qarşılaşmada qol imkanlarını boşa verən, ümumi götürəndə ciddi mənada heç nə ilə yadda qalmayan “11 nömrə” azarkeşlərin təpkisi ilə üzləşib. Belə ki, “İmarət”in 18 minə yaxın izləyicisi olan “feysbuk” səhifəsində bazar ertəsi edilən paylaşım diqqəti çəkməyə bilməz. Admin kimdisə, azarkeşlərin adından Mahirə “açıq müharibə elan edib”. Mədətovun şəkli paylaşılıb, futbolçuya mesaj göndərilib: “Mahir ya adam kimi futbol oynamalıdı, ya da komandadan getməlidi. Bu qədər çətinlik çəkdiyimiz mövsümdə bu qədər məsuliyyətsizlik olmaz!”
Məlum paylaşıma fərqli, amma yetərincə maraqlı şərhlər yazılıb.
Atanur Jafarli: “Burda yazdığım yanlış başa düşülməsin. Bu oyunçunun bu günə düşməsinin səbəbkarı həm də azarkeşlərdi. Yerli-yersiz futbolçunu müdafiə edəndə, şəklini klubun loqosunun yerində paylaşanda belə də olacaqdı. Mahiri 15 yaşından – “Bakı”da oynadığı vaxtlardan tanıyıram, indi də yaxşı münasibətimiz var. Amma meydanda və tribunada futbolçu - azarkeş münasibətləri başqa olmalıdı. İnşallah, bundan nəticə çıxarar”.
Nail Kərimov: Nəticə çıxarıb, uzaqbaşı “instaqram”da “story” qoyar. Qurban Qurbanov onu azarkeşlərin ayağına verməmək üçün dəstəklədi. “Qarabağ” azarkeşləri Qurbanı bizim ayağımıza verməməyə görə dəstəklədi Mahiri. Görünən odu ki, artıq bıçaq sümüyə dirənib”.
Aynure Seferova: “Başı var, amma oxumur” silsiləsindən...
İlkin Quliyev: “Halaldı Mahirə. Axır ki, “İmarət”i də dilə gətirdi”.
Cavid Alifov: “Sabooooon xeyir, “İmarət”. İndi ayılmısan, deyəsən. Camaat 2 ildi Mahirdən dad edir”.
Drughi İtalia: “İmarət” də etiraz edirsə, deməli, vəziyyət ciddidi”.
Arzu Ali-zade: “Mahirin ən böyük problemi özünü yekəxana aparmasıdı. Xalqımız belə şeyi qəbul etmir. İstedad var, amma ağıl çatmır ki, o, istedadını düz yola yönəltsin. Qurbanın hörmətini yox e, xalqın hörmətini qazan öncə”.
Fexri Hacizade: “Adam kimi oynamaq üçün adamlıq lazımdı”.
Ramin A-ov: “Bıy, sübhanallah, düz görürəm?”
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş Bu gün, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı Bu gün, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi Bu gün, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu Bu gün, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya Bu gün, 13:13 Litva ilə üçüncü duel Bu gün, 13:10 Bayram axşamı qanımız qaralmasın! Bu gün, 13:06 Yığmanın mümkün “11-liy”i Bu gün, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi Bütün xəbərlər
Ən çox oxunanlar