28 fev 20:25manset

“Qarşıda bizi mart – mübarizə ayı gözləyir”

“Qarşıda bizi mart – mübarizə ayı gözləyir”
“Futbol+” kollektivi haqqı uğrunda mübarizəyə qalxdı
Dünən “Futbol+” qəzetinin redaksiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının yanvarın 31-də verdiyi qərara həsr olunan mətbuat konfransı keçirildi. Xatırladaq ki, qərara əsasən ikinci rübdən etibarən qurum “Futbol+”ə maliyyə yardımını dayandıracaq. Media nümayəndələrinin qarşısına qəzetin baş redaktoru Mahir Rüstəmli və ölkə idmanı şöbəsinin redaktoru Kənan Həsənov çıxdı. Sualları cavablamamış qəzetin baş redaktoru durumla bağlı məlumat verdi.
- KİVDF yanvarın 31-də keçirdiyi toplantıda müsabiqə qaydalarında dəyişiklik edib. Biz tiraj, satış göstəriciləri ilə bağlı bütün dəyişiklikləri məqbul sayırıq. Təəssüf ki, müsabiqəyə yalnız ictimai-siyasi qəzetlərin buraxılacağını da şərt kimi qoyublar. Bu da gündəlik idman nəşri kimi fəaliyyətimizi əngəlləyən səbəbdi. Nəzərinizə çatdırım ki, KİVDF-nin ayırdığı vəsait qəzetimizin aylıq büdcəsinin təxminən 40 faizini təşkil edir. Bu dəstək olmayacağı təqdirdə indiki dövriliklə fəaliyyətimizi davam etdirmək mümkünsüzdü. Ölkə prezidenti İlham Əliyev medianı tam, vahid orqanizm kimi görür və hamıya eyni gözlə baxır. Təəssüf ki, KİVDF-nin Müşahidə Şurasında əyləşənlər və güman, onları yönəldənlər idman mediasını kənarda qoymaq istəyir. Bunun səbəbini bilmirəm. KİVDF rəhbərliyi ilə görüşümüz olub. Onlar bizə deyir ki, bu yuxarıdan gələn göstərişdi. Ancaq digər tərəfdən də müraciətimizə rəsmi cavab gəlib ki, Müşahidə Şurası sizi müsabiyə buraxmağı məqbul saymır. Bu üzdən də dəqiq bilmirik ki, bu qərarın arxasında dayanan kimdi və niyyəti nədi? Qəzet bazarındakı vəziyyət hər kəsə məlumdu. Nə reklam, nə də satış bazarı var. Üstəlik, bu gün fevralın 27-si olmasına baxmayaraq, yanvarda satılan qəzetlərin pullarını belə ala bilməmişik. Bu vəziyyətdə qəzeti ayaqda saxlamaq, demək olar ki, mümkünsüzdü. Bu üzdən də istəyirəm ki, ictimaiyyət bu məsələyə diqqət ayırsın və dəstək versin. “Futbol+” qəzetinin yaşaması üçün mümkün hər şeyi etmək lazımdı.
- Martın 31-də KİVDF-nin ayırdığı yardım dayandırılacaq. Həmin gündən sonra hansı addımları atmaq niyyətindəsiz?
- Şəxsən mənim üçün əsas məqam ölkə prezidenti cənab İlham Əliyevin cavabıdı. Ona müraciət etmişik. Aşağı qurumlardan heç nə ilə əsaslandırılmayan cavablar alırıq. Deyirlər ki, şikayətinizə baxıldı və məqbul sayılmadı. Ancaq hansı səbəbdən məqbul sayılmadığını deyən yoxdu. Axı biz ölkənin gündəlik yeganə idman nəşriyik. Və niyə o siyahıdan çıxarılırıq, bununla bağlı məntiqli, ağıllı izahat yoxdu. Qarşıda bizi mart – mübarizə ayı gözləyir. Əlimizdən nə gəlirsə, edəcəyik. Piket keçirmək fikrimiz var. Bundan başqa, kollektiv müzakirələrdə aclıq aksiyası keçirmək variantı da səslənir. Bu addımlarla ictimaiyyətin dərdimizdən xəbər tutmasını təmin edəcəyik.
- Qəzetinizin tirajı nə qədərdi?
- 3 minə yaxın tirajımız var və KİVDF-nin tələblərinə cavab verir. Özü də tək tiraj yox, həm də satış göstəriciləri. Bu gün o siyahıda olan və bütün tələblərə cavab verən 2-3 qəzet varsa, onlardan biri də “Futbol+”di.
- Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Nəyə görə KİVDF idman ölkəsi imici qazanmış bir ölkənin idman qəzetinə belə münasibət göstərir?
- Bunun səbəbləri barədə mülahizə yürütmək mənə çətindi. Ümid edirəm ki, sonda sağlam məntiq qalib gələcək. Hər il ölkəmizdə “Formula-1” kimi mötəbər yarışın mərhələsi keçirilir. Vətənimizdə keçirilən dünya və Avropa çempionatlarının sayı-hesabı yoxdu. Futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunları paytaxtımızda təşkil ediləcək. Ölkə istəyirsə ki, idman qəzeti olmasın, yəqin ki, olmayacaq. Ancaq ölkənin media siyasətini yönəldənlər maraqlı olsalar ki, qəzet yaşasın, Azərbaycanda gündəlik idman nəşri olsun, yəqin ki, eyni qaydada fəaliyyətimizi davam etdirəcəyik.
- Adətən, mətbuata dəstəyi Prezidentin adı ilə bağlayırlar. Bu məsələ ilə bağlı ölkə başçısına müraciət etmisiz?
- Ölkə başçına ünvanladığımız müraciətdə mövqeyimizi bildirmişik. 22 illik fəaliyyətimiz barədə məlumat vermişik. Onu da qeyd etmişik ki, siz Azərbaycanı idman ölkəsi kimi tanıtmısız, idman daim diqqət mərkəzinizdə olub. Ondan xahiş etmişik ki, bizim durumumuza həssas reaksiya versin. İnanıram ki, hansısa şəkildə reaksiya olacaq. Son vaxtlar xalqla yaxınlaşmaq, onun problemləri ilə maraqlanmaq kursu götürülübsə, güman edirəm ki, bizim də müraciətmizə hansısa şəkildə cavab gələcək.
- Konfransı nəyə görə redaksiyada təşkil etdiz? Daha böyük konfrans salonu seçmək mümkün deyildimi?
- Mətbuat konfransı hələ ötən həftə keçirilməliydi. Təəssüf ki, Beynəlxalq Mətbuat Mərkəzi (BMM) bizə yer ayırmaqdan imtina etdi. Özü də onlar bunu heç nə ilə əsaslandırmadılar. Əvvəlcə qiymət və zal məsələsində razılığa gəldik. Orda, səhv etmirəmsə, 1 saatlıq tədbir üçün kiçik zala 60, böyük zala 100 manat ödəniş etmək tələb olunur. Ancaq qarşı tərəf tədbirin səbəbini öyrəndikdən sonra bizə bildirdi ki, nə danışdığımız gün, nə də yaxın 2 ayda yer ayıra biləcəklər.
- Bu gün daha çox mətbu orqanının iştirakı gözlənilən idi. Lakin biz məhdud sayda KİV görürük...
- Söhbət saytlardan gedirsə, onlarda işçi sayı azdı. Ola bilsin, mətbuat konfransının bir qədər erkən saata təyin olunması da buna təsirini göstərib. Ancaq bu məsələ ortaya çıxandan sonra istər sosial şəbəkələrdə, istərsə də saytlarda bizim problem yetərincə işıqlandırılıb. O ki qaldı telekanallara, belə görünür, müəyyən qüvvələr var ki, məhdudiyyətlər qoyur və bu problemin elektron mediaya çıxmasını, geniş kütləyə çatdırılmasını istəmirlər. Həmin qüvvələr də bizə bəllidi. İstəməzdim ki, bu məsələ siyasiləşsin.
- KİVDF-nin qərarı ilə bağlı içinizdə ümidsizlik yaranıbmı?
- Xeyr, tam ümidsiz deyiləm. Deyərdim ki, geridə qalan 22 ildə bundan da çətin duruma düşdüyümüz vaxtlar olub. Ürəyimdə belə bir nikbinlik var ki, KİVDF-dən yardım olmasa belə, hansısa resurslar tapıb, qəzeti yaşadacağıq. Əsas niyyətimiz odu ki, problemlərin hansı həddə çatmasından asılı olmayaraq, qəzet yaşamalıdı.
- Bu gün ölkə başçısı işsizliyə qarşı mübarizə aparır. KİVDF-dən ayrılan vəsait dayandırılsa, belə çıxır ki, kollektivdə ixtisarlar olacaq. Belə olacağı halda neçə nəfər işini itirəcək?
- Dəqiq cavab verə bilmərəm ki, neçə nəfərlə vidalaşacağıq. Çünki belə olacağı təqdirdə büdcəyə yenidən baxmalıyıq və buna uyğun da iş qurulmalıdı. Uzağı bir-iki ay ziyanla işləmək mümkündü. Bildiyiniz kimi, ötən il oktyabrın 1-dən qəzetimizin heç bir sponsor dəstəyi yoxdu. Yalnız baş redaktorun və kollektivin fədakarlığını, dostların köməyini və bəzi klub reklamlarını qeyd edə bilərəm. Bütün bunlar üst-üstə gəlir və qəzeti birtəhər ayaqda saxlayırıq. KİVDF maliyyəni dayandırsa, əlbəttə, ixtisarlar olacaq. Həm qəzetin dövriyyəsində, həm də işçi sayında.
- Bəzən deyirlər ki, qəzetlər reklam hesabına özü-özünü maliyyələşdirsin. Bu gün Azərbaycanda müstəqil reklam bazarı var?
- Bu gün Azərbaycanda heç bir reklam bazarı yoxdu. Bəzən mənim özümə də təəccüblü gəlir ki, 10 milyonluq və iqtisadiyyatı ldən-ilə inkişaf edən, dövlət büdcəsi 20 milyard manatı aşan ölkədə normal reklam bazarı yoxdu.
- Oxucuların reaksiyası necədi?
- Zənglər çoxdu. Kimisi ianə fondu yaratmağı, kimisi fərdi qaydada köməyini təklif edir. Lakin 200, 300, 500 oxucu müntəzəm şəkildə bu yükü qaldırmaq iqtidarında deyil. Onu da qeyd edim ki, KİVDF-nin layihələrində iştirak etdiyimiz müddətdə hər zaman ən aşağı məbləğdə yardım alan qəzet olmuşuq. Yəni başqa gündəlik qəzetlərə 10 min manat ayrıldığı halda, bizə 5 min ayrılıb.
Bu yerdə söhbətə Kənan Həsənov qoşuldu:
- Bugünlərdə cənab Prezident İlham Əliyev daha bir Olimpiya Kompleksinin açılışını etdi. Ümumiyyətlə, dövlətimizin başçısı idmana və idmançılara həmişə həssas yanaşıb. Azərbaycanda ən böyük yarışlar keçirilib və gələcəkdə də keçirilməsi nəzərdə tutulub. Mahir bəy çıxışında bir çox mətləblərə toxundu, ətraflı məlumat verdi. Fürsətdən istifadə edib, Gənclər və İdman Nazirliyinə, AFFA-ya, idman federasiyalarına, futbol klublarına müraciət edirik. Bu məsələyə həssas yanaşsınlar və haqlı mübarizəmizə dəstək versinlər. “Futbol+” kollektivi olaraq, bütün idman ictimaiyyətindən dəstək gözləyirik.
Mətbuat konfransına Mahir Rüstəmli yekun vurdu:
- Daha bir məqama toxunmaq istəyirəm. KİVDF-nin idman mediasına qərəzli münasibətini heç də ilk dəfə hiss etmirik. Ötən il iyulun 16-da Prezident qəzetlərə 1 milyon manar yardım ayrılmasıyla bağlı sərəncam imzaladı. Müşahidə Şurası 3 gün sonra - iyulun 19-da iclas keçirdi və 26 qəzetin hər birinə 40 min manat ayırdı. Biz isə yenə siyahıda yer almadıq ki, bunu da özümüzə qərəzli münasibət kimi dəyərləndirirəm. KİVDF-nin maliyyə yardımı ayırdığı həmin 26 qəzetdən artıq ikisi fəaliyyətini dayandırıb. 300-500 tirajla çıxan qəzetlərə yardım da özünü doğrultmadı. Qurum kimin işləyib, kimin işləmədiyinə baxmadan pul paylayır. Hətta həmin 40 min də 300-500 tirajla nəşr olunan qəzetləri xilas etmədi. Ümumiyyətlə, 2013-cü ildən KİVDF-nin layihələrində iştirak edirik və “Futbol+” həmişə hamıdan az yardım alıb. Tirajımız, satışımız əksəriyyətindən üstün olsa da, daim qərəzli münasibətlə üzləşmişik və bizə iki dəfə az maliyyə ayrılıb.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:06 Yığmanın mümkün “11-liy”i Bu gün, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır 17-03-2019, 13:48 İcraiyyə Komitəsinin üzvləri yığmaya uğur arzuladı 17-03-2019, 13:43 “Traktorsazi” zirvəyə yüksəldi 17-03-2019, 13:41 Böyükağa Hacıyev bir ildən sonra sükutu pozdu Bütün xəbərlər
Ən çox oxunanlar