26 fev 13:08manset

KİVDF-dən “Futbol+”ə daha bir “yox” cavabı gəldi

KİVDF-dən “Futbol+”ə daha bir “yox” cavabı gəldi
Sabah redaksiyada mətbuat konfransı keçiriləcək
Redaksiyamıza Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının sədri, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənovun imzasıyla məktub daxil olub. Həmin məktubda deyilir: “Hörmətli Mahir müəllim, Sizin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ünvanladığınız 04.02.2019-cu il tarixli müraciətə Müşahidə Şurasının üzvlərinin iştirakı ilə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Fondun Müşahidə Şurasının 31 yanvar 2019-cu il tarixli iclasında 2019-cu ilin II rübündə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müəyyənləşdirilmiş şərtlərə yenidən baxılması barədə təklifiniz məqsədəuyğun hesab edilməmişdir”.
Göründüyü kimi, KİVDF heç bir əsas gətirmədən müsabiqəyə yalnız ictimai-siyasi nəşrlərin buraxılacağıyla bağlı qaydaya yenidən baxmağı lazım bilməyib. Mənzərənin tamlığı üçün bəndənizin quruma göndərdiyi müraciətin məzmununu da xatırladıram: “KİVDF-nin Müşahidə Şurasının yanvarın 31-də keçirilən iclasında razılaşdırılan 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanında bir məqam diqqətimizi cəlb etdi. Təbii ki, müsabiyəqə səhifələrinin sayı 16-dan, tirajı 5000 nüsxədən az olmayan, hər sayından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlərin buraxılması haqda şərtlə razıyıq. Bizi narazı salan məqam odu ki, Müşahidə Şurasının hörmətli üzvləri nəyə görəsə müsabiqəyə yalnız ictimai-siyasi qəzetlərin buraxılacağına dair qərar verib. Bununla da idman nəşrləri, yəni avtomatik “Futbol+” də müsabiqədə iştirak imkanını itirir.
Məlumat üçün bildirim ki, ilk sayı 1997-ci il oktyabrın 21-də işıq üzü görən “Futbol+” qəzeti son 22 ildə müntəzəm nəşr olunan, fəaliyyətinə bir gün də fasilə verməyən, ölkənin idman uğurlarının təbliğinə, oxucu kütlələrinin maariflənməsinə xidmət edən yeganə gündəlik idman nəşridi. Həm də nəinki Azərbaycanda, bütün postsovet məkanında həftədə 5 dəfə işıq üzü görən üç qəzetdən biridi. Bu müddətdə qəzetin işi dəfələrlə ən yüksək səviyyədə təqdir olunub, Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası bir neçə dəfə “Futbol+”i “ilin idman qəzeti” elan edib. Böyük məmnunluq hissi ilə bildiririk ki, məhz qəzetin yetişdirdiyi yüzlərlə kadr ötən müddətdə həm jurnalistikada, həm də idman strukturlarında özünə yer edib, mövqe qazanıb.
Ötən 22 ildə qəzet əsasən satışdan gələn pul hesabına ayaqda qalmağı, işçilərinin güzəranını təmin etməyi bacarıb. 2013-cü ilin yanvarından isə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihələrində də müntəzəm iştirak edirik. Qəzetin yaşaması naminə bizə ayrılan yardımı yüksək qiymətləndirir, KİVDF-yə və Müşahidə Şurasının üzvlərinə təşəkkür edirik.
Müsabiqəyə yalnız ictimai-siyasi nəşrlərin buraxılacağıyla bağlı şərt bu qəzetdə çalışanları, eləcə də oxucularımızı ciddi narahat edir. Niyə yalnız ictimai-siyasi qəzetlər? Məgər bu ölkəyə idman qəzeti, Azərbaycanın idman uğurlarının təbliği lazım deyil? Prezident İlham Əliyev cənablarının idmanın inkişafı, idmançıların sosial rifah halının yaxşılaşdırılması yönündə necə böyük işlər gördüyündən bu ölkədə hər kəs xəbərdardı. Bəs onda ölkənin idman təsərrüfatında yaşananlar oxuculara obyektiv, operativ şəkildə təqdim olunmamalıdı?
Odu ki, son müsabiqə elanında yer alan, yalnız ictimai-siyasi nəşrlərin maliyyələşdiriləcəyi ilə bağlı şərtə yenidən baxmağı, ümumiyyətlə, “Futbol+”in taleyinə həssas yanaşmağı Sizdən bir vətəndaş və jurnalist olaraq xahiş edirəm”.
Təbii ki, KİVDF-nin cavabı bizi qətiyyən qane etmir. Ölkə Prezidenti İlham Əliyev cənablarına göndərdiyimiz məktub-müraciətə cavab gözləyirik. Məhz Onun bu ədalətsiz qadağanı aradan qaldırmaqla bağlı KİVDF-yə göstəriş verəcəyinə ürəkdən inanırıq.
Beləliklə, “Futbol+” kollektivinin haqqını qorumaq uğrunda mübarizəsində yeni mərhələnin başladığını elan edə bilərik. Artıq sabah - fevralın 27-si, saat 11-də redaksiyamızda bununla bağlı mətbuat konfransı keçiriləcək. “Futbol+”in, eləcə də idman jurnalistikasının taleyinə biganə olmayan həmkarlarımızı redaksiyaya dəvət edir, səsimizə səs vermələrini istəyirik. Mətbuat konfransında “Futbol+”in növbəti addımları haqda bilgi veriləcək, eləcə də problem ətrafında geniş fikir mübadiləsi aparılacaq.
MAHİR
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır 17-03-2019, 13:48 İcraiyyə Komitəsinin üzvləri yığmaya uğur arzuladı 17-03-2019, 13:43 “Traktorsazi” zirvəyə yüksəldi 17-03-2019, 13:41 Böyükağa Hacıyev bir ildən sonra sükutu pozdu 17-03-2019, 13:35 Turnir cədvəlində yerdəyişmə olmadı 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:33 Gürcülərə uduzdular Bütün xəbərlər
Ən çox oxunanlar