24 mar 18:52manset, gundem

“Neftçi” yubiley məclisində jurnalistləri görmək istəmir!

“Neftçi” yubiley məclisində jurnalistləri görmək istəmir!
Mehman Rəsulov martın 30-dakı tədbirin anonsunu verdi

Bu il “Neftçi”nin 80 yaşı tamam olur. Yubileyi nəzərə alan klub rəhbərliyi artıq indidən tədbirlərə start verib. İlk belə hadisəyə martın 18-də - “Neftçi” – “İnter” matçının start fitindən öncə rast gəldik. Azarkeşlərin trbinalarda yaratdığı ab-hava öz yerində. Ən maraqlısı “ağ-qaralar”ın meydana 50-ci illərə məxsus formalarda çıxması və yaxalarında həmin dönəmlərin gerbini gəzdirməsiydi. PFL-in himni əvəzinə ötənlərin futbol marşının səsləndirilməsi də olduqca xoş ideya kimi qarşılandı. Lakin matça azarkeş marağı istənilən səviyyədə deyildi. Halbuki bir neçə gün öncədən idman telekanallarında, qəzet və saytlarda anonslar verilsəydi, “Bakcell Arena”ya azı 5 min tərəfdar toplaşardı. Gördüklərimizdən sonra ortaya xeyli suallar çıxdı. Bu məqsədlə klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulovu aradıq.
- Klub rəhbərliyi “İnter”lə oyunda tribunalardakı atmosferdən nə dərəcədə razı qaldı?
- Bu il “Neftçi”nin 80 illik yubileyi ilə bağlı silsilə layihələr, tədbirlər keçiriləcək. Artıq bu işlərə start verildi. Məqsədimiz oyunu izləyənlərə klassik “Neftçi”ni xatırlatmaq idi. Yəni 50-ci illərdəki ab-havanı az da olsa, canlandırmaq üçün müəyyən addımlar atdıq. O forma, o gerb, futbolkalarda ardıcıl nömrələr, o dövrün futbol marşı – hamısı keçmişi xatırladırdı. Bunu isə futbol ictimaiyyətinə sürpriz kimi təqdim etmək istədik. Ona görə təbliğat işləri görülmədi, anonslar verilmədi. Çünki layihələrin davamı kimi başqa yeniliklər də olacaq. Onlar haqda anonslar veriləcək. “İnter”lə oyunda gördükləriniz azarkeşlərə sürpriz, başqa cür desəm, hədiyyə idi.
- Sizə elə gəlmir ki, ictimaiyyəti xəbərdar etsəydiz, tribunalara daha çox insan toplaşardı. Yəni sürprizdənsə, say çoxluğu maraqlı olmazdımı?
- Onu da edəcəyik. Hamısı pillə-pillə nəzərdə tutulub. Qarşıda bizi “Qarabağ”la olduqca mühüm iki oyun gözləyir. Yəni kuboku qazanmaq yolunda ciddi sınaqdı. Məhz həmin qarşılaşmada, yəni martın 30-da daha maraqlı ideyalar olacaq. Amma azarkeş sayından danışırıqsa, bu dəfə onların sayı əvvəlki matçlardakına nisbətən çox idi. Məncə, həmin gün stadionda yubiley ab-havası yaşandı.
- Sürpriz əvəzinə anons versəydiz, nəyi pis olacaqdı?
- Hər tədbirin özünəməxsus təqdimat üsulu var. Budəfəki ideya belə idi. Yəni belə qərara alınmışdı.
- İdeya müəllifi kim idi?
- Ad açıqlamaq istəmirəm. Klub olaraq ortaya nəsə qoymağa çalışdıq.
- Futbolçular xəbərdar idi, yoxsa onlar üçün də sürpriz oldu?
- İşlərə xeyli əvvəldən start verilmişdi. Amma komanda üzvləri bu haqda matçdan bir-iki gün əvvəl xəbər tutmuşdu.
- “Neftçi”nin yaranma tarixi kimi martın 18-ni nişan verdiz. Bu tarixi hardan götrümüsüz? Çünki fərqli qaynaqlarda fərqli rəqəmlər göstərilir. Olmaya sizdə hansısa rəsmi arxiv sənədi var?
- Əvvəla onu deyim ki, dəqiq tarix bizdə də yoxdu. Əfsuslar olsun ki, klubun yaranma gününü təsdiqləyən fakt tapmaq mümkün deyil. Bizdən öncə də sənədi əldə etmək üçün çalışsalar da, rəsmi heç nə tapa bilməyiblər. Yəni martın 18-i bununla bağlı deyildi. Sadəcə, yubiley tədbirlərinə həmin gündən start verildi. Və martın 18-nə təsadüf etdi. Bundan sonra da davam etdiriləcək. Martın 30-da daha bir layihəmiz olacaq, amma bu, “Neftçi”nin həmin gün yaranması anlamına gəlməyəcək. Biz klubun yaranma ilinin yubileyini qeyd edirik. Ona görə də tədbirlər silsilə xarakter daşıyacaq.
- Çingiz İsmayılovla Kazbek Tuayevi gördük. Amma 66-nın yadigarları - Yaşar Babayev, Boris Xetaqurov unudulmuşdu.
- Onların heç biri unudulmayıb. Sayları elə də çox deyil ki, unudulsunlar. Sadəcə, topa mərkəzdən bir, uzağı iki nəfər başlaya bilərdi ki, ona görə Tuayevlə İsmayılova dəvət göndərmişdik. Martın 30-dakı tədbirdə bütün veteranları görəcəksiz. Yəni heç kim unudulmayıb. Bununla bağlı işlər davam etdirilir.
- Yeri gəlmişkən, planların nədən ibarət olması haqda məlumat verə bilərsən?
- Detallara varmayacam, amma ümumi bilgi verə bilərəm. Xırdalıqları söyləsəm, tədbirin dadı qalmaz. Oyun günü futbol ictimaiyyətinin bəzi üzvləri, “Neftçi”nin veteranları və kluba bağlı olan insanlar restoranların birində bir araya gələcək. Amma məkanın adını çəkməyəcəm. Məqsəd onları bir yerə toplamaq, ötən illəri xatırlamalarına şərait yaratmaqdı. Təxminən 200 nəfər olacaqlar. Amma məclis jurnalistlər üçün qapalı olacaq. Restorandan çıxıb birbaşa stadiona yollanacaqlar. Stadionda hamı onları görəcək, eləcə də siz jurnalistlər. Hər biri ilə danışa, suallarınıza cavab tapa biləcəksiz.
- Ölkə xaricində yaşayan sabiq “Neftçi”liləri dəvət edəcəyinizi bilirik. “Neftçi” – “Qarabağ” matçından öncə veteranlar arasında yoldaşlıq görüşü keçiriləcək?
- Xeyr, belə planımız yoxdu. Onları dəvət etməyimizdə məqsəd uzun illərdən sonra bir-birini görməsi, söhbət etməsi, eyni zamanda həlledici məqamda hazırki komandanın yanında olmalarıdı. Yəni oyunu canlı izləmələrinin özü böyük hadisə sayıla bilər. Təbii ki, qarşılaşmadan öncə başqa görüntülər də olacaq. Lakin bu haqda ətraflı məlumat verə bilməyəcəm. Min eşitməkdənsə, bir dəfə görmək yaxşıdı.
- Heç olmasa, bu dəfə təbliğat aparacaqsız?
- “Yutub” kanalımızda bununla bağlı videoçarx hazırlanıb. Həmçinin “feysbuk”da müəyyən bilgilər verilir, veriləcək.
- Bəs sosial şəbəkələrdən xaric? Hər halda, 60-70 yaşlı stajlı “Neftçi” fanatı “feysbuk”da, “yutub”da vaxt keçirmir.
- “CBC Sport”da çalışanlar sağ olsunlar, hər dəfə oyunlarımızın anonsunu yüksək səviyyədə təqdim edirlər. Bu dəfə onları da məlumatlandıracağıq ki, hansısa şəkildə tədbiri diqqətə çatdırsınlar. Həmçinin “Speys” radiosunda futbolsevərlər martın 30-da stadiona səslənəcək. Belə bir müsahibənin minlərlə oxucusu olan “Futbol+”də işıq üzü görməsinin özü də bir təbliğat üsuludu. Fikrimcə, bu dəfə stadiona daha çox azarkeş təşrif buyuracaq.
- Veteranlar arasında Eduard Markarovu görəcəyik?
- Xeyr. Məlum səbəblərdən ona dəvət göndərmədik. Bakıda olsaydı, çağırardıq, gəlib iştirak edərdi. Amma bu gün vəziyyət elədi ki, dəvət göndərməyimiz mümkün deyil. Markarovun “Neftçi”nin tarixində böyük zəhməti olub. Bunu danmaq nadanlıq olar. Sadəcə, siyasi durumu nəzərə alıb belə qərar qəbul olundu. Bildiyiniz kimi, Markarov ölkəmizlə düşmən olan işğalçı Ermənistanın vətəndaşıdı.
- Martın 30-dan sonra daha hansı layihələr nəzərdə tutulub?
- Klub muzeyi və “fan-şop”un istifadəyə verilməsi xeyli əvvəldən nəzərdə tutulsa da, müəyyən səbəblərdən yubanırdı. Apreldə “Bakcell Arena”da muzeyin və “fan-şop”un açılışı olacaq ki, azarkeşlərimizi sevindirəcəyik.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb Dünən, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi Dünən, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi Dünən, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı Dünən, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? Dünən, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü Dünən, 13:21 “Qarabağ” Avstriyada çempion oldu Dünən, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı Dünən, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır 21-05-2017, 13:53 Azərbaycan yenidən liderliyi ələ keçirdi 21-05-2017, 13:51 Əsgər Abdullayev AFFA-dan inciməyib 21-05-2017, 13:49 “Şəmkir”in prezidenti premyer-liqa iddiasından əl çəkdi 21-05-2017, 13:48 “Neftçi”yə yaxın duran yoxdu 21-05-2017, 13:47 Vidadi Rzayev Diniyevin köməkçisi oldu 21-05-2017, 13:22 Yeni mövsümün təqvimi yığmanın maraqlarına uyğun hazırlanacaq 21-05-2017, 13:17 Rəmiş Malıyev AFFA ilə vidalaşdı, yerinə xanım gəlir 21-05-2017, 13:16 Tural Qürbətov Türkiyə klubunda 21-05-2017, 13:14 Yığma üzvləri azarkeşləri finala səsləyir 21-05-2017, 13:11 Yığma üçün həlledici an 21-05-2017, 13:09 Turan Makedoniyanı cəzalandırdı 21-05-2017, 13:08 Reaksiyalar 21-05-2017, 13:04 Rəşad Sadıqov və komandası mükafatlandırıldı 21-05-2017, 12:51 Vəkil zərərcəkəni və məhkəməni qınadı 21-05-2017, 12:49 Kvekveskiri təklif bolluğunda “üzür” 21-05-2017, 12:48 Renat Dadaşov “Ayntraxt”la peşəkar müqavilə imzaladı 21-05-2017, 12:47 Qriqorçuk “Qəbələ”də qalacaq 21-05-2017, 12:43 Qurban Qurbanov Kintananın tezliklə sıraya dönəcəyinə ümid edir 21-05-2017, 12:42 Yığma bu gün vətəni tərk edir 21-05-2017, 12:39 Final mərhələsi başladı 21-05-2017, 12:37 Şəhriyar şərikli liderliyi davam etdirir 19-05-2017, 20:07 Daha bir dopinq şoku: bu dəfə Toğrul Əsgərov cəzalandı 19-05-2017, 20:05 Şahmatçılarımız "sülh bağladı” 19-05-2017, 20:04 Elxan Abdullayev: “Kim var, kimi alaq, namizəd var ki?” 19-05-2017, 20:01 “Kəpəz”dən ayrılanlar səbəb göstərdi 19-05-2017, 19:59 AZAL-lılar bu gün maaş alacaq 19-05-2017, 19:58 Kamran Quliyev AFFA-da iclas keçirəcək 19-05-2017, 19:52 Əlcəzairin baş məşqçisi də hakimlikdən gileyləndi 19-05-2017, 19:47 Yığma Əlcəzairə “2 verib” finala adladı 19-05-2017, 19:43 “Qəbələ” fanatı tribunaları coşdurdu 19-05-2017, 19:42 Rəşad Sadıqov məşqlərdən kənarda qalıb 19-05-2017, 19:41 U-23-ü AFFA da mükafatlandıracaq 19-05-2017, 19:39 “Oynamaq istədiyimiz komandalar Avstriyada olmayacaq” 19-05-2017, 19:37 U-19 qazaxları yendi 19-05-2017, 19:35 İslamiadada mübarizə qızışdı 19-05-2017, 19:32 2016/17 mövsümündən seçmələr 19-05-2017, 19:31 Rəhbərlik “Neftçi”ni mükafatlandıracaq 19-05-2017, 19:28 Qurbanov gəldi, Şemonayev qaldı 19-05-2017, 19:26 AFFA ölkə futbolunu inhisara alıb? 19-05-2017, 19:25 “Qəbələ” təlim-məşq toplanışını Avstriyada keçəcək 19-05-2017, 19:23 PFL “Qaradağ Lökbatan”ın futbolçusunu mükafatlandırdı 18-05-2017, 18:52 İslamiadada qazanılan medallar adamlarda ikrah hissi doğurur 18-05-2017, 18:50 Batumidən iki medalla 18-05-2017, 18:48 İstirahətə “sülh”lə çıxdılar 18-05-2017, 18:46 “Qəbələ”, “Neftçi” və Qarabağ” 18-05-2017, 18:44 Samir Əliyev getdi, aləm bir-birinə dəydi 18-05-2017, 18:43 Mübariz Mənsimov Bursada dava-dalaş saldı Bütün xəbərlər
Ən çox oxunanlar