09 fev 14:13manset

“Futbol+” kollektivi İlham Əliyevə müraciət etdi

“Futbol+” kollektivi İlham Əliyevə müraciət etdi
Məgər bu ölkəyə idman qəzeti, Azərbaycanın idman uğurlarının təbliği lazım deyil?
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev cənablarına

Hörmətli cənab Prezident!
Məlumat üçün bildiririk ki, ilk sayı 1997-ci il oktyabrın 21-də işıq üzü görən “Futbol+” qəzeti son 22 ildə müntəzəm nəşr olunan, fəaliyyətinə bir gün də fasilə verməyən, ölkənin idman uğurlarının təbliğinə, oxucu kütlələrinin maariflənməsinə xidmət edən yeganə gündəlik idman nəşridi. Həm də nəinki Azərbaycanda, bütün postsovet məkanında həftədə ən azı 5 dəfə işıq üzü görən üç idman qəzetindən biridi. Bu müddətdə qəzetin işi dəfələrlə ən yüksək səviyyədə təqdir olunub, Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası bir neçə dəfə “Futbol+”i “ilin idman qəzeti” elan edib. Böyük məmnunluq hissi ilə bildiririk ki, məhz qəzetin yetişdirdiyi yüzlərlə kadr ötən müddətdə həm jurnalistikada, həm də idman strukturlarında özünə yer edib, mövqe qazanıb. Ötən 22 ildə qəzet əsasən satışdan gələn pul hesabına ayaqda qalmağı, işçilərinin güzəranını təmin etməyi bacarıb. 2013-cü ilin yanvarından isə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihələrində də müntəzəm iştirak edirik. Düzdü, “Futbol+” daim Fonddan ən az yardım alan gündəlik qəzet olub, bununla belə, qəzetin yaşaması naminə biz bu jesti yüksək qiymətləndirir, şəxsən Sizə təşəkkür edirik.
Hörmətli cənab Prezident!
Yanvarın 31-də KİVDF bu ilin ikinci rübü üçün qəzetlərin layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan açıqlayıb və nədənsə müsabiqəyə yalnız ictimai-siyasi nəşrlərin buraxılacağını bildirib. Bu məqam bizi, yəni bu qəzetdə çalışanları, eləcə də oxucularımızı ciddi narahat edir. Niyə yalnız ictimai-siyasi qəzetlər? Məgər bu ölkəyə idman qəzeti, Azərbaycanın idman uğurlarının təbliği lazım deyil? Sizin ölkə idmanının inkişafı, idmançıların sosial rifah halının yaxşılaşdırılması naminə necə böyük işlər gördüyünüzdən bu ölkədə hər kəs xəbərdardı. Bəs onda ölkənin idman təsərrüfatında yaşananlar oxuculara obyektiv, operativ şəkildə təqdim olunmamalıdı?
Siz Azərbaycanı idman ölkəsinə çevirmək yolunda inadla çalışırsız, amma belə çıxır ki, məmurlar yeganə gündəlik idman qəzetinin məhvində maraqlıdılar. Bizə elə gəlir ki, idman ölkəsində gündəlik idman qəzetinin yoxluğu ilk növbədə Sizin imicinizə ziyandı, çünki Fondun varlığı Sizin təşəbbüsünüzdü. Məmurlar Sizə qarşı əhalidə narazılıq oyatmağa çalışır, axı yuxarıda qeyd edildiyi kimi, Fond Azərbaycan Prezidentinin adı ilə bağlıdı.
Odu ki, KİVDF-nin son müsabiqə elanında idman nəşrlərinin layihələrinin maliyyələşməsi ilə bağlı qadağanın aradan qaldırılmasında bizə yardım etməyinizi, ümumiyyətlə, “Futbol+”in taleyinə həssas yanaşmağı Sizdən vətəndaş və jurnalist kollektivi olaraq xahiş edirik.
Hörmətlə,
“Futbol+” qəzetinin kollektivi
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar