19 mar 14:44manset

“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq

“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq
Atanur Cəfərli: “Hər dəfə olduğundan daha artıq dəstək verəcəyik”

Almanların mərkəzi arenanın dolu tribunaları önündə qorxuya düşəcəyini, azarkeşlərin güclü dəstəyindən özünü itirəcəyini söyləmək mənasız olar. Bundestimin hər bir üzvü Avropanın aparıcı klublarının şərəfini qoruyur və onların belə atmosferə alışdıqları birmənalıdı. Bu üzdən yığmamızı dəstəkləyən fanklublardan rəqib futbolçulara psixoloji zərbə vurmağı tələb etmək yersizdi. Ancaq nəzərə alaq ki, bizim futbolçular bu cür dəstəyə “acdı”. Yalnız beynəlxalq oyunlar zamanı tribunların dəstəyini hiss edən milli üzvlərini almanlarla oyunda da tək buraxmaq olmaz. Həmin matçda komandaya elə dəstək verilməlidi ki, futbolçular bacarığından artığını ortaya qoysun. Xatırladaq ki, istər millinin, istərsə də klubların xaricdəki oyunları zamanı onlara dəstək olan “Milli dəstə” azarkeş qrupu da Bakıya təşrif buyurub, oyun vaxtı tribunada yer alacaq. Bütün bunlarla bağlı həmişə yığmanın yanında olan “Sektor 11” azarkeş qrupunun rəhbəri Atanur Cəfərlinin fikirlərini öyrəndik: “Rəqibdən asılı olmayaraq, biz həmişə yığmadan qələbə gözləyirik. Millinin çox güclü komandaya qarşı oynayacağına baxmayaraq, 1 xala ümid edirik. Bundan başqa, yığmanın yaxşı oyun sərgiləyəcəyinə də inanırıq. Yenə də həmişəki kimi, deyərdim ki, hər dəfə olduğundan daha artıq dəstək verəcəyik. Olimpiya stadionunda komandaya dəstək vermək çətindi. Həmin arenanın akustikası bunun üçün əlverişli deyil. Ancaq Almaniya ilə matçın keçiriləcəyi Respublika stadionu bu baxımdan daha rahatdı və daha güclü dəstək verəcəyimizi düşünürəm. Bir də onu qeyd edim ki, “Milli dəstə” bizimlə əlaqə yaratdı. Bildirdilər ki, oyuna gəlirik. Lakin başqa tribunadan dəstək vermək istədilər. Biz də bunda problem görmədik. Çünki hər birimizin məqsədi eynidi. Ayrı olmağın səbəbi isə şüarların, bəstələrin fərqli olmasıdı. Eyni sektorda olsaq, biz onların, onlar isə bizim şüarları səsləndirə bilməyəcək. Odu ki, qarışıqlıq olmasın deyə, belə oldu. Ancaq dediyim kimi, stadiona hamımız milliyə dəstək olmaq üçün gedirik və komandanı sona qədər dəstəkləyəcəyik. Onu da qeyd edim ki, biz bütün azarkeş qruplarının birləşməsi təklifini vermişdik. Lakin çox təəssüf ki, bu reallaşmadı. Ad çəkmək istəmirəm, ancaq müəyyən azarkeş qrupları oldu ki, birləşmək istəmədilər. Bilirik ki, Almaniyadan 800-ə yaxın azarkeş gələcək. Özü də bundestimin fanatlarının çox çılğın olduğu hamıya məlumdu. Bizim onlarla başabaş gəlməyimiz bir qədər çətindi. Ona görə də istəyirdik ki, bütün azarkeş qrupları eyni tribunadan dəstək olaq. Amma qoşulmadılar. Bununla belə, özümüz gedib, əlimizdən gələn dəstəyi verəcəyik”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb Dünən, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi Dünən, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi Dünən, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı Dünən, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? Dünən, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü Dünən, 13:21 “Qarabağ” Avstriyada çempion oldu Dünən, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı Dünən, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır 21-05-2017, 13:53 Azərbaycan yenidən liderliyi ələ keçirdi 21-05-2017, 13:51 Əsgər Abdullayev AFFA-dan inciməyib 21-05-2017, 13:49 “Şəmkir”in prezidenti premyer-liqa iddiasından əl çəkdi 21-05-2017, 13:48 “Neftçi”yə yaxın duran yoxdu 21-05-2017, 13:47 Vidadi Rzayev Diniyevin köməkçisi oldu 21-05-2017, 13:22 Yeni mövsümün təqvimi yığmanın maraqlarına uyğun hazırlanacaq 21-05-2017, 13:17 Rəmiş Malıyev AFFA ilə vidalaşdı, yerinə xanım gəlir 21-05-2017, 13:16 Tural Qürbətov Türkiyə klubunda 21-05-2017, 13:14 Yığma üzvləri azarkeşləri finala səsləyir 21-05-2017, 13:11 Yığma üçün həlledici an 21-05-2017, 13:09 Turan Makedoniyanı cəzalandırdı 21-05-2017, 13:08 Reaksiyalar 21-05-2017, 13:04 Rəşad Sadıqov və komandası mükafatlandırıldı 21-05-2017, 12:51 Vəkil zərərcəkəni və məhkəməni qınadı 21-05-2017, 12:49 Kvekveskiri təklif bolluğunda “üzür” 21-05-2017, 12:48 Renat Dadaşov “Ayntraxt”la peşəkar müqavilə imzaladı 21-05-2017, 12:47 Qriqorçuk “Qəbələ”də qalacaq 21-05-2017, 12:43 Qurban Qurbanov Kintananın tezliklə sıraya dönəcəyinə ümid edir 21-05-2017, 12:42 Yığma bu gün vətəni tərk edir 21-05-2017, 12:39 Final mərhələsi başladı 21-05-2017, 12:37 Şəhriyar şərikli liderliyi davam etdirir 19-05-2017, 20:07 Daha bir dopinq şoku: bu dəfə Toğrul Əsgərov cəzalandı 19-05-2017, 20:05 Şahmatçılarımız "sülh bağladı” 19-05-2017, 20:04 Elxan Abdullayev: “Kim var, kimi alaq, namizəd var ki?” 19-05-2017, 20:01 “Kəpəz”dən ayrılanlar səbəb göstərdi 19-05-2017, 19:59 AZAL-lılar bu gün maaş alacaq 19-05-2017, 19:58 Kamran Quliyev AFFA-da iclas keçirəcək 19-05-2017, 19:52 Əlcəzairin baş məşqçisi də hakimlikdən gileyləndi 19-05-2017, 19:47 Yığma Əlcəzairə “2 verib” finala adladı 19-05-2017, 19:43 “Qəbələ” fanatı tribunaları coşdurdu 19-05-2017, 19:42 Rəşad Sadıqov məşqlərdən kənarda qalıb 19-05-2017, 19:41 U-23-ü AFFA da mükafatlandıracaq 19-05-2017, 19:39 “Oynamaq istədiyimiz komandalar Avstriyada olmayacaq” 19-05-2017, 19:37 U-19 qazaxları yendi 19-05-2017, 19:35 İslamiadada mübarizə qızışdı 19-05-2017, 19:32 2016/17 mövsümündən seçmələr 19-05-2017, 19:31 Rəhbərlik “Neftçi”ni mükafatlandıracaq 19-05-2017, 19:28 Qurbanov gəldi, Şemonayev qaldı 19-05-2017, 19:26 AFFA ölkə futbolunu inhisara alıb? 19-05-2017, 19:25 “Qəbələ” təlim-məşq toplanışını Avstriyada keçəcək 19-05-2017, 19:23 PFL “Qaradağ Lökbatan”ın futbolçusunu mükafatlandırdı 18-05-2017, 18:52 İslamiadada qazanılan medallar adamlarda ikrah hissi doğurur 18-05-2017, 18:50 Batumidən iki medalla 18-05-2017, 18:48 İstirahətə “sülh”lə çıxdılar 18-05-2017, 18:46 “Qəbələ”, “Neftçi” və Qarabağ” 18-05-2017, 18:44 Samir Əliyev getdi, aləm bir-birinə dəydi 18-05-2017, 18:43 Mübariz Mənsimov Bursada dava-dalaş saldı Bütün xəbərlər
Ən çox oxunanlar