19 mar 14:18manset, gundem

Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu”

Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu”
“Məndə olan faktları ictimaiyyətə açıqlasam, aləm bir-birinə dəyəcək”

İntizam Komitəsinin qərarı ilə çempionatdan uzaqlaşdırılan “Şərurspor”un prezidenti Sərdar Bağırovun həbsdə olduğunu xəbər vermişdik. Vergidən yayınmaqda ittiham olunan və təxminən 3 aya yaxın Kürdəxanı təcridxanasında saxlanılan Sərdar bəy srağagün azadlığa çıxıb. Dünən günorta saatlarında onunla əlaqə saxlayıb yaşananlarla bağlı danışmaq istədiyimi söyləsəm də, “indi qonaqlarım var, axşam zəngləşərik” dedi. Həmişəki kimi bu dəfə də Bağırov vədini unutmadı və axşam saatlarında imkan tapıb mənimlə görüşdü. Şəhərin mərkəzindəki çay evlərinin birində baş tutan görüşümüzə “Şərurspor”un baş məşqçisi Əfqan Talıbov da qatıldı. Sərdar bəy son günlər ölkə gündəminə damğa vuran olayla bağlı fikirlərini bölüşdü.
- Öncə sizi azadlığa çıxmağınız münasibəti ilə təbrik edirəm.
- Çox sağ olun.
- Həbs olunmağınız bir qədər gözlənilməz oldu. Nə baş vermişdi?
- Mətbuatda, daha doğrusu, qəzetinizdə yazıldığı kimi, mən vergidən yayınmaqda ittiham olunurdum. Aparılan araşdırmalardan sonra əsl həqiqət ortaya çıxdı və məlum oldu ki, qanun qarşısında heç bir günahım yoxdu. Mən dövlətimi sevən və onun qanunlarına hörmət edən insanam.
- Siz azadlığa çıxandan bir gün öncə İntizam Komitəsi prezidenti olduğunuz klubu çempionatdan kənarlaşdırdı. Bu xəbəri harda eşitdiz və necə reaksiya verdiz?

- Bu xəbəri həbsdən çıxandan sonra, daha dəqiq desəm, dünən (srağagün) eşitdim və heç bir reaksiya vermədim. Çünki Azərbaycan futbolundan diksinmişəm. Onu da bildirim ki, təkcə mən belə deyiləm. Mübariz Mənsimov, Nuru Əliyev kimi iş adamları milyonlarla sərmayə qoyduğu sahədən iyrənərək uzaqlaşıblar. Odu ki, İcraiyyə Komitəsinin qərarına görə heç narahat olmadım. Deyirlər ki, UEFA-dan siqnal almışıq. Bu nə siqnaldı? Orda nə yazılıb, nə göstərilib? Yaxşı olardı ki, AFFA rəhbərliyi həmin məlumatları ictimaiyyətə açıqlasın. Qoy bütün xalqımız qitə futbol qurumundan gələn siqnallarla tanış olsun. Məni və komandamı oyun alğı-satqısında ittiham etmirlər? Mən razıyam ki, əllərində olan sübutları ortaya qoysunlar və ictimaiyyətə göstərsinlər ki, “Şərurspor” həqiqətən xoşagəlməz işlərlə məşğul olub.
- “Göyəzən” - “Şərurspor” oyununa Çindəki bukmeker kontorlarında pul qoyuluşu edildiyi bildirilir.
- Həbsdə ola-ola Çində iş qura bilirəmsə, onda onlar məndən bərk yapışmalıdılar. Bu qədər qüdrətli insanamsa, Azərbaycan futbolunun inkişafı naminə məndən istifadə etməlidilər. Bu mövzuda daha nə deyim? Bunların söylədiklərinə mənim reaksiyam budu. Həbsdə olan Sərdarın əli Çinə də çatırsa, ora göstəriş verə bilirsə, onu qorumalıdılar, onun xidmətlərindən yararlanmalıdılar.
- Ötən dəfə qəzetimizə müsahibənizdə bildirmişdiz ki, AFFA-da oturan bəzi şəxslər kənara maliyyə getməsin deyə, şəxsi pulunu futbola xərcləyən iş adamlarını bu sahədən uzaqlaşdırmaq üçün müxtəlif variantlar üzərində işləyirlər. Yenə həmin fikirdəsiz?
- Çempionatdan uzaqlaşdırılan komandalar buna sübut deyil? Həm “Rəvan”, həm də “Şərurspor” kimin hesabına yaşayır? AFFA-dan asılılığı olmayan iş adamlarının vəsaiti hesabına.
- Məndə olan məlumata görə, əlinizdə Azərbaycan futbolunda yaşanan neqativ hallarla bağlı müəyyən faktlar var. Ancaq nədənsə onları hələ açıqlamaq istəmirsiz...
- Hələ ki səbr edirəm və düşünürəm ki, nə vaxtsa ölkə futbolunda yaşanan xoşagəlməz hallar düzələcək. Elə etməsinlər ki, açım sandığı, töküm pambığı. Məndə olan faktları ictimaiyyətə açıqlasam, aləm bir-birinə dəyəcək. Yenə söyləyirəm, demirlər ki, Çin, İndoneziya, Malayziyadakı kontorlarda “Şərurspor”un oyunlarına pul qoyuluşu ilə bağlı siqnallar alıblar, faktları ortaya qoysunlar. Mən ortaya fakt çıxaracağım halda, çox adamlar problemlə üzləşəcək. Bu mesajım kimlərəsə siqnal olmalıdı. Mənə qarşı təbliğat aparmasınlar. Demirlər Sərdar Azərbaycan futbolunun imicinə ləkə vurur? Mən çəkilirəm kənara, görək bundan sonra nələr olacaq. Onsuz da bezmişdim bu söz-söhbətdən. Komanda udur, deyirlər oyunu pulla almısız, uduzuruq, deyirlər satıbsız, heç-heçə olur, oyun danışılmışdı söyləyirlər. Yaxşı, biz nə edək? Bütün bu iyrənc söhbətlər məni də zara gətirmişdi. Sabah komandaya baxmayacağım halda AFFA rəsmiləri “Sərdar Bağırovun “Şərurspor”u saxlamağa gücü çatmadığı üçün yarıyolda qoyub geri çəkildi” şəklində mətbuata açıqlama verəcəkdilər. Mən bir tərəfdən sevinirəm ki, nə yaxşı belə oldu. Fikrimcə, məni hörmətlə yola saldılar.
- Bəs bu illər ərzində “Şərurspor”a ayırdığınız maliyyəyə heyfiniz gəlmir? Ümumiyyətlə, klub fəaliyyət göstərəcək, yoxsa tarixin yaddaşına köçəcək?
- Klub fəaliyyətini dayandıracaq. Azərbaycan futbolunda yaxşılığa doğru dəyişikliklər olarsa, Rövnəq müəllimin ətrafında olan bəzi insanlar AFFA-dan uzaqlaşarsa, yenidən qayıda bilərik. Əks halda bu mümkünsüzdü. Nə qədər ki, qurumda “qara qüvvələr” olacaq, biz böyük futbolda olmayacağıq.
- AFFA-da “qara qüvvə” deyəndə kimi nəzərdə tutursuz?
- Bir-iki nəfəri çıxmaq şərti ilə ordakıların hamısı bir bezin qırağıdı. Ordakıların əksəriyyəti Rövnəq müəllimin arxasından iş çevirirlər.
- Niyə AFFA rəhbərliyi ilə əlaqə saxlayıb yaşananlara aydınlıq gətirmədiz?
- Nəyə görə? Heç buna cəhd də göstərmədim. Guya bu nəyi dəyişəcəkdi? Onsuz da onlara Sərdar kimi adamlar sərf etmir. Mən özümü reklam etmək üçün pul xərcləməmişəm. Futbola sevgim olduğuna görə komanda yaratmışam.
- Ola bilər ki, idmana sevgisi olan Sərdar Bağırov sabah idmanın başqa sahəsinə vəsait ayırsın, digər idman növlərinə sponsorluq etsin?

- Ola bilsin, Naxçıvanın daxili çempionatında çıxış edən Şərur təmsilçisinə sponsorluq etdim. Və yaxud bəlkə də futzala pul ayırdım. İstəmirəm ki, bu gün “Şərurspor”da olan kollektiv dağılsın, işsiz qalsın.
- “Göyəzən”lə oyunun videoyazısını izləmisiz?
- Bəli.
- Həmin matçla bağlı fikirlərinizi bilmək istərdik.
- Harda yazılıb ki, bütün penaltilər qol olmalıdı. Və yaxud müdafiəçi səhv edə bilməz. Bununla həmin oyunçulara haqq qazandırmaq istəmirəm. Sadəcə, hər şeyə real yanaşmaq lazımdı. Bu futbolda yaşanan haldı. Dünya futbolunda minlərlə belə olayın şahidi olmuşuq.
Bu yerdə söhbətə Əfqan Talıbov müdaxilə edir: “Ondansa AFFA rəhbərliyi Qazax stadionunun durumunu qabartsın. Elə meydanda necə futbol oynamaq olar? Yaxşı olardı ki, futbol təsərrüfatına rəhbərlik edən şəxslər onu fikirləşsinlər ki, bəzi divizion klublarında futbolçu 50-100 manat maaşa top qovur. Hanı bəs dövlətin futbola ayırdığı milyonlar?”
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb Dünən, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi Dünən, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi Dünən, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı Dünən, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? Dünən, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü Dünən, 13:21 “Qarabağ” Avstriyada çempion oldu Dünən, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı Dünən, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır 21-05-2017, 13:53 Azərbaycan yenidən liderliyi ələ keçirdi 21-05-2017, 13:51 Əsgər Abdullayev AFFA-dan inciməyib 21-05-2017, 13:49 “Şəmkir”in prezidenti premyer-liqa iddiasından əl çəkdi 21-05-2017, 13:48 “Neftçi”yə yaxın duran yoxdu 21-05-2017, 13:47 Vidadi Rzayev Diniyevin köməkçisi oldu 21-05-2017, 13:22 Yeni mövsümün təqvimi yığmanın maraqlarına uyğun hazırlanacaq 21-05-2017, 13:17 Rəmiş Malıyev AFFA ilə vidalaşdı, yerinə xanım gəlir 21-05-2017, 13:16 Tural Qürbətov Türkiyə klubunda 21-05-2017, 13:14 Yığma üzvləri azarkeşləri finala səsləyir 21-05-2017, 13:11 Yığma üçün həlledici an 21-05-2017, 13:09 Turan Makedoniyanı cəzalandırdı 21-05-2017, 13:08 Reaksiyalar 21-05-2017, 13:04 Rəşad Sadıqov və komandası mükafatlandırıldı 21-05-2017, 12:51 Vəkil zərərcəkəni və məhkəməni qınadı 21-05-2017, 12:49 Kvekveskiri təklif bolluğunda “üzür” 21-05-2017, 12:48 Renat Dadaşov “Ayntraxt”la peşəkar müqavilə imzaladı 21-05-2017, 12:47 Qriqorçuk “Qəbələ”də qalacaq 21-05-2017, 12:43 Qurban Qurbanov Kintananın tezliklə sıraya dönəcəyinə ümid edir 21-05-2017, 12:42 Yığma bu gün vətəni tərk edir 21-05-2017, 12:39 Final mərhələsi başladı 21-05-2017, 12:37 Şəhriyar şərikli liderliyi davam etdirir 19-05-2017, 20:07 Daha bir dopinq şoku: bu dəfə Toğrul Əsgərov cəzalandı 19-05-2017, 20:05 Şahmatçılarımız "sülh bağladı” 19-05-2017, 20:04 Elxan Abdullayev: “Kim var, kimi alaq, namizəd var ki?” 19-05-2017, 20:01 “Kəpəz”dən ayrılanlar səbəb göstərdi 19-05-2017, 19:59 AZAL-lılar bu gün maaş alacaq 19-05-2017, 19:58 Kamran Quliyev AFFA-da iclas keçirəcək 19-05-2017, 19:52 Əlcəzairin baş məşqçisi də hakimlikdən gileyləndi 19-05-2017, 19:47 Yığma Əlcəzairə “2 verib” finala adladı 19-05-2017, 19:43 “Qəbələ” fanatı tribunaları coşdurdu 19-05-2017, 19:42 Rəşad Sadıqov məşqlərdən kənarda qalıb 19-05-2017, 19:41 U-23-ü AFFA da mükafatlandıracaq 19-05-2017, 19:39 “Oynamaq istədiyimiz komandalar Avstriyada olmayacaq” 19-05-2017, 19:37 U-19 qazaxları yendi 19-05-2017, 19:35 İslamiadada mübarizə qızışdı 19-05-2017, 19:32 2016/17 mövsümündən seçmələr 19-05-2017, 19:31 Rəhbərlik “Neftçi”ni mükafatlandıracaq 19-05-2017, 19:28 Qurbanov gəldi, Şemonayev qaldı 19-05-2017, 19:26 AFFA ölkə futbolunu inhisara alıb? 19-05-2017, 19:25 “Qəbələ” təlim-məşq toplanışını Avstriyada keçəcək 19-05-2017, 19:23 PFL “Qaradağ Lökbatan”ın futbolçusunu mükafatlandırdı 18-05-2017, 18:52 İslamiadada qazanılan medallar adamlarda ikrah hissi doğurur 18-05-2017, 18:50 Batumidən iki medalla 18-05-2017, 18:48 İstirahətə “sülh”lə çıxdılar 18-05-2017, 18:46 “Qəbələ”, “Neftçi” və Qarabağ” 18-05-2017, 18:44 Samir Əliyev getdi, aləm bir-birinə dəydi 18-05-2017, 18:43 Mübariz Mənsimov Bursada dava-dalaş saldı Bütün xəbərlər
Ən çox oxunanlar