30 yan 12:46manset

Adil Nadirov vəfat etdi

Adil Nadirov vəfat etdi
“Futbol+”in redaksiyasına baş çəkmək arzusu ürəyində qaldı...
Onunla cümə axşamı danışmışdım. Fevralın 3-də keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu ərəfəsində sabiq klub rəsmilərinə tribuna verilməliydi ki, Tahir Süleymanov və Aqil Abbasla yanaşı, Adil Nadirovun da fikirlərini öyrənməliydim. Həm də hesabla bağlı proqnoz verməliydi.
Xəstəlik səbəbindən bütün günü yataqda keçirdiyimdən, bilgisayar arxasına əyləşəndə axşam 10-a işləyirdi. Xəstə olduğunu bildiyimdən, ilk zəngi ona etdim. Dəstəyi gec də olsa, qaldırdı. Səsindən yuxulu təsiri bağışlasa da, əslində yatmamışdı. Fikir bildirməyə çalışırdı ki, davamını gətirə bilmədi, “sabah zəng vur, rahat danışaq” deyib dəstəyi asdı. Təxminən yarımsaat sonra özü zəng elədi. “Həzrət Abbas haqqı, evdə həkim var idi deyə rahat danışa bilmirdim” sözlərini dilə gətirəndən sonra oğlunun maşınında xəstəxana yolunda olduğunu söylədi. Əvvəlkinə nisbətən indi səsi daha gur çıxırdı. “Qarabağ”la “Neftçi” arasındakı rəqabətdən ağızdolusu danışdı, bakılıların ağdamlılarla oyunlarda çətinliklə üzləşdiyini bildirdi, yekunda şirin Ağdam ləhcəsində “heç-heçə olajax” dedi və...
Özünə qarşı diqqətsizlikdən, canının ağrımasından, istədiyi həyatı yaşaya bilməməsindən bəhs etməyə başladı. Kimdənsə, nədənsə narazı görünsə də, “kartları açmırdı”. Redaksiyaya gəlmək istədiyini deyəndən sonra hansı gün və hansı saatda işdə olacağımla maraqlandı. Söhbətin sonunda isə təxminən bu cür dialoq alındı;
- Ay bala, çalış sırtıq ol. İndiki zəmanənin tələbi budu.
- Fikir eləmə, kişi. Allah böyükdü, darda qoymaz səni.
- Əşi, guya bundan sonra nə olacaq ki? Canım getdi, özüm nə günlərə düşdüm. Hamısı “Qarabağ”a, Ağdama görə oldu. Allah o zülmləri heç kimə göstərməsin. Başımıza gəlməyən işlər qalmadı. İndi də xəstə, yataqda...
- İnşallah, heç nə olmaz, ayağa qalxarsız. Ömrünüzün sonuna azı 10-15 il var hələ.
- Yox, ay bala, yox... Mənə bax, “Futbol+”dəsən?
- Bəli-bəli.
- Sənin qadanı alım, iynələri vurdurum, gələcəm redaksiyaya. Hər şeyi danışacam sənə, qoy camaat bilsin. Onsuz da bu gün-sabahlığam...
...Bu gün-sabalıq dediyi cəmi 4 gün çəkdi. “Qarabağ”ı yaradanlardan olan, uzun illər bu klubda prezident vəzifəsini icra edən, komandanın ən çətin günlərində yaşaması üçün şəxsi vəsaitini xərcləyib, dost-tanışın qapısını döyən Adil Nadirov dünən səhər 11 radələrində gözlərini əbədi yumdu. 1950-ci ildə Ağdamda dünyaya gələn rəhmətlik bu il 69 yaşını tamamlayacaqdı. Artıq bir neçə il idi xəstəlikdən əziyyət çəkirdi. Ağrıları müxtəlif orqanlarla, hətta ayağı ilə bağlı olsa da, əsas problem ürəyindəydi.
Rəhmətliyin adını deyəndə ağla “Qarabağ” gəlirdisə, belə məqamda klub rəhbərliyinin yas mərasimini diqqətdən kənarda qoyması laqeydlik olardı. Dünən əldə etdiyimiz bilgiyə görə, ölüm xəbərini eşidən klub rəsmiləri dərhal mərhumun yaşadığı Sulutəpə qəsəbəsinə yollanıblar. Dəfndə iştirak edən “Qarabağ”lılar yas mərasiminin müəyyən xərclərini də öz üzərinə götürüblər. “Üç” mərasimi sabah baş tutacaq.
Ağdam təmsilçisinin futbolçuları həftəsonu “Neftçi”ylə baş tutan oyunda meydana qara sarğıyla çıxacaq. Həmçinin qarşılaşmadan əvvəl birdəqiqəlik sükutun elan olunması üçün PFL-ə müraciət olunacaq. Bilməyənlərin nəzərinə çatdıraq ki, Adil Nadirov “Qarabağ”ın və yığmanın sabiq futbolçusu Vüqar Nadirovun əmisi idi və onun futbolçu kimi parlamasında xüsusi pay sahibi olub.
Allah rəhmət eləsin...
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar