Yazarlar
Həbib
Pulun üzü qara olsunAmal
Absurdla dolu futbol
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

BMM “Futbol+”ə yer verməkdən çəkindi

“Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi

AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı

“Futbol+” kollektivi İlham Əliyevə müraciət etdi

Kamran Ağayevdən növbəti özündənrazı açıqlama

Adil Nadirov vəfat etdi

Bordin toplanışdan və komandasından razıdı

“Kəpəz”in yeni rəhbərliyi məlum oldu

PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib

PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir

Yaşar Seyidov “Bakı”nın bazasına gedə bilmir

“Aldığımız avadanlıqlara 3 milyondan çox pul xərclədik”

“Xaqani Məmmədov keçmişdəki bəzi səhvlərinə görə kənarda qalıb”

“Aclar” məhəlləsindən çıxan “futbol manyakı”
25 yan 13:51manset
“Kəpəz”in yeni rəhbərliyi məlum oldu

Vaqif Sadıqov: “Çalışacağıq komandanı bu vəziyyətdən çıxaraq və əvvəlki əzəmətini özünə qaytaraq”
Elmir Vəliyevin İdarə Heyətinin sədri, Elnur Camalxanovun isə ötən ilin noyabrında icraçı direktor postundan istefa verməsindən sonra rəhbərsiz qalan “Kəpəz”in yeni rəhbərliyi müəyyənləşib. Kluba yaxın mənbələrdən əldə etdiyimiz bilgiyə görə, bundan sonra İdarə Heyətinin sədri postu Elmir bəyin dönəmində də “sarı-göylər”in rəhbərliyində təmsil olunan İslam Abbasova həvalə olunub. Onunla yanaşı, Məşqçilər Komitəsinin sədri, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov da İdarə Heyətində yer alacaq.
Son vaxtlar futbol ictimaiyyəti arasında yeni mövsümdə elita təmsilçilərinin sayının artırılacağı haqda söz-söhbət dolaşır. Söylənilənlərə inansaq, AFFA rəhbərliyi say artımını bölgə təmsilçilərinin hesabına reallaşdırmaq niyyətindədi. Bu yöndə daha çox “Turan Tovuz”un, “Kəpəz”in, “Zaqatala”nın və MOİK-in adı çəkilir. Sadıqovun “Kəpəz”ə rəhbər vəzifəyə təyin olunmasından sonra belə qənaətə gəlmək olar ki, kuluarlarda yayılan söhbətlər heç də əsassız deyil. Belə olmasaydı, assosiasiyanın baş katibi Elxan Məmmədovun ən yaxın kadrlarından sayılan Vaqif bəyə etimad göstərilməzdi.
Məsələ ilə bağlı Vaqif Sadıqovun fikirlərini öyrəndik. O da deyilənləri təsdiq etdi: “Kəpəz” ölkənin ən köklü klublarından biridi. Gəncə təmsilçisinin tarixinə nəzərə saldıqda, qazandığı uğurları gözdən keçirdikdə bunun bir daha şahidi olursan. Bəli, mən bundan sonra “Kəpəz”in Müşahidə Şurasında təmsil olunacam. Çalışacam ki, həmişə olduğu kimi göstərilən etimadı doğruldum. Bunun üçün əlimdən gələni edəcəm. Gəncədə daim perspektivli futbolçular olub. Hələ SSRİ dönəmində “Neftçi”də Gəncə futbolunun bir çox yetirməsi çıxış edib ki, indi onları bir-bir sadalamağa ehtiyac yoxdu, bütün Azərbaycan onları tanıyır. Bilirəm ki, hazırda “Kəpəz”də vəziyyət o qədər də ürəkaçan deyil, komanda birinci divizionda aşağı yerlərdə qərarlaşıb. Çalışacağıq komandanı bu vəziyyətdən çıxaraq və əvvəlki əzəmətini özünə qaytaraq”.
Vaqif bəy qarşıdakı 10 gündə Gəncəyə yollanıb kollektivlə tanış olacağını da bildirdi: “Yanvarın 25-də Antalyaya yollanıram. Türkiyədən qaydandan sonra Gəncəyə yollanıb kollektivlə tanış olacam. Yəqin ki, bu da fevralın ilk günlərinə təsadüf edəcək. Bundan sonra “Kəpəz” harda, Vaqif Sadıqov orda olacaq”.
RƏŞAD
Şərh yaz